Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir.
Azərbaycan Demokratik Maarifçilik Partiyası | |
---|---|
Sədri | Elşən Musayev |
Qurucu | Məmmədhənifə Musayev |
Quruluş tarixi | 4 avqust 1995 |
Qeydiyyat tarixi | 4 avqust 1995 |
Baş qərargah | Q. Məmmədov 3/20, Xətai rayonu |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
Məşvərət Məclisi (1997) Demokratik Azərbaycan Bloku (2000) İslahat Seçki Bloku (2005) |
Üzv sayı | 5 mindən çox |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur.[1]
Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.
Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan parlament seçkilərində mübarizə apardı. Bu seçkilərdə qalib olmayan partiya 4 fevral 1996-cı il tarixli təkrar seçkilərə qatıldı. Nəticədə ADMP üzvü və partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi.
Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi.
ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu.
ADMP 2005-ci il noyabrın 6-da baş tutan parlament seçkilərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi.
Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan parlament seçkilərində də mübarizə apardı. 17 saylı Yasamal üçüncü dairəsində namizədliyini irəli sürən AMDP sədri Elşən Musayev, 55 səslə 13-cü pillədə qərarlaşdı.
ADMP sədri Elşən Musayev növbəti illərdə də, 2015-ci il noyabrın 1-də baş tutan və 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində də mübarizə apardı. Elşən Musayev 2015-ci ildə 110 saylı Zaqatala dairəsindən 13 280 səslə, 2020-ci ildə isə həmin dairədən 9 004 səslə qalib gəldi.
Məmmədhənifə Musayev |
|||
Elşən Musayev |
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | 0 / 100 |
N/A | N/A | N/A | 0 / 125
| |||
2000 | 0 / 100 |
N/A | N/A | N/A | 0 / 125
| |||
2005 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |||
2010 | 55 | 0.00 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |
2015 | 13 280 | 0.47 | 1 / 125 |
N/A | N/A | N/A | 1 / 125
| |
2020 | 9 004 | 1 / 125 |
N/A | N/A | N/A | 1 / 125
| ||
2024 | N/A | N/A | N/A |
Azərbaycan Demokratik Maarifçilik Partiyasının qərargahı Xətai rayonunda Q. Məmmədov Küç. 3/20 ünvanında yerləşir.