Gürcüstan Xalq Maarif Muzeyi

Gürcüstan Xalq Maarif MuzeyiTbilisidədir.

Gürcüstan Xalq Maarif Muzeyi

Zaqafqaziya maarif tarixinə dair ən dəyərli mənbələrdən olan bu muzeydə Qori müəllimlər seminariyasınında sənədləri qorunub saxlanılır. Sənədlər arasında burada təhsil almış Azərbaycanın digər görkəmli şəxsiyyətləri ilə yanaşı, Məmmədquluzadənin də seminariyaya qəbulu və orada oxuması haqqında çoxlu sənədlər vardır. Bunların arasında Mirzə Cəlilin atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun 1882 il iyunun 21-də Qori müəllimlər seminariyasına qəbul edilməsi haqqında direktorun adına ərizəsi, Mirzə Cəlilin doğum tarixi haqqında qəza polis idarəsi tərəfindən verilmiş vəsiqə və ruhani idarəsinin şəhadətnaməsi, seminarist Cəlilin dərsə davamiyyəti və təhsil zamanı aldığı qiymətlər haqqında cədvəllər, 1886–1887 tədris ilində seminariyanı bitirərək "İbtidai xalq məktəblərində müəllimlik adına layiq görülməsi" haqqında məlumat və digər sənədlər də vardır. Qori seminariyasında təhsil almış azərbaycanlı tələbələr, o cümlədən Cəlil Məmmədquluzadə haqqındakı həmin sənədlərin mikrofoto surətləri Azərbaycan Respublikası Dovlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır.

Qori müəllimlər seminariyası

Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.