Hayko Maas — alman siyasətçi, Sosial Demokrat Partiyasının üzvü, Angela Merkelin başçılığı altında formalaşan yeni hökumətində 2018-ci 14 mart ayından etibarən Almaniyanın Xarici İşlər Naziri.[3]
Hayko Maas | |
---|---|
alm. Heiko Maas | |
Vəzifədədir | |
14 mart 2018-ci ildən | |
Əvvəlki | Ziqmar Qabriel |
17 dekabr 2013 – 14 mart 2018 | |
Əvvəlki | Sabina Loythoysser-Şnarrenberqer |
Sonrakı | Katarina Barli |
Saarlandın İqtisadiyyat, Əmək, Enerji və Nəqliyyat Naziri | |
9 may 2012 – 17 dekabr 2013 | |
Əvvəlki | Piter Cakobi |
Sonrakı | Anke Rehlinger |
Şəxsi məlumatlar | |
Doğum adı | Heiko Josef Maas |
Doğum tarixi | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hüquqşünas, nazir, xarici işlər naziri[d] |
Dini | Roma-Katolik kilsəsi, katolisizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], Dövlət idarəetməsi[2] |
|
|
heiko-maas.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Maas 1966-cı il sentyabrın 19-da Fransada orta sinif ailəsində anadan olmuşdur. Atası peşəkar bir əsgər idi, daha sonra Saarlouis Assambleyasında, Almaniyaya məxsus bir avtomobil zavodunda menecer oldu, anası bir paltar tikişçisi idi. 1987-ci ildə gimnaziyadan məzun, 1987-1988-ci illərdə məcburi hərbi xidmətdə olmuşdur. Bundan sonra bir il Saarlouis Assambleyasında işləmiş, 1989-cu ildə Saarland Universitetində hüquq fakültəsinə qəbul olmuşdur.[4]
Saarland Universitetində hüquq fakültəsini bitirdikdən sonra 1996-cı ildə Saarland Parlamentinə seçilir. 1999-cu ildən Saarland regional parlamentində Almaniya fraksiyasının rəhbəri və 2013-2018-ci illərdə Almaniyanın ədliyyə naziri vəzifəsində olmuşdu.[5] Hayko Maas 2000-ci ildə Sosial Demokratlara rəhbərlik etmiş, 2001-ci ildən isə Partiyanın Federal Şurasının üzvü olmuşdur. Saarlandın Ətraf mühit, Enerji və Nəqliyyat naziri (1998-1999), Saarlandın - İqtisadiyyat, əmək, enerji və nəqliyyat naziri (2012-2013), 14 mart 2018-ci ildən Almaniyanın xarici işlər naziridir.
Hayko Maas sosial demokratik dəyərlərin güclü tərəfdarıdır.[6]