Arif Qazıyev (rəssam)
Arif Şamil oğlu Qazıyev (d. 2 yanvar 1937, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası - ö. Bakı, Azərbaycan Respublikası, 3 sentyabr 2021) — məşhur heykəltaraş və Qazıyevlər ailəsinin üzvü Şamil Qaziyevin oğlu, məşhur rəssam və heykəltaraş, Bakı Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycanın əməkdar incəsənət xadimi və Azərbaycanın xalq rəssamı (2018).
== Həyatı ==
=== Təhsili ===
Heykəltaraş Şamil Qazıyevin oğlu 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki rəssamlıq Akademiyasını, 1958) və Moskvada V.Surikov adına Rəssamlıq Akademiyasını (1965) bitirmişdir.
== Fəaliyyəti ==
Təhsilini tamamladıqdan bir müddət sonra Bakı Rəssamlıq Universitetində müəllim işləməyə başlamışdır.
=== Yaradıcılığı ===
Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 1957-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri müxtəlif muzeylərdə (“Bakılı qız”, ”Məhəmməd Nəsirəddin Tusi” - R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, ”Tarla gözəli” - Şərq Sənətləri Muzeyi (Moskva) və s.), habelə ABŞ, Almaniya, Avstriya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.