Şahqulu (rəssam)

Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun[a] formalaşmasında aparıcı rol oynamışdır.

Şahqulu
Vəfat tarixi 1556
Fəaliyyəti rəssam, memarlıq çertyojçusu[d]
Janr mifologiya rəssamlığı[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Feniksə hücum edərkən yuxarıdakı aslanın hücumu altında fırlanan yarpaqlara qarışan bu əjdaha rəsmi "həqiqətən [saz] üslubunun ən böyük şah əsəridir".[2] Bu əsər üslubun ilk mərhələsi dövrünə aiddir[3] və Şahquluya aid edilir.[4] Klivlend incəsənət muzeyində saxlanmaqdadır.

Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu AğqoyunluSəfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır.[6][7] Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir.[8] Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı.[9] Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir. Bu əsər hal-hazırda Nyu-York Meytopolitan muzeyində (nr. 57.51.26) saxlanmaqdadır. Bu əsər onun bu sənət sahəsində Şahqulunun əsl gücünü göstərən işlərdən biri hesab edilir. Bundan başqa, ortada bir çox sənət əsərləri vardır ki, hazırlanma üslubu və xüsusiyyətləri baxımından Şahqulunu xatırlatmaqdadır. Buna görə də, bu əsərlərinin müəllifinin Şahqulu olacağı ehtimal edilir. Əsərlər bunlardır: (Cleveland Museum of Art, J. H. Wade Fund Koleksiyası, nr. 44.492; İstanbul Universiteti Kitabxanası, Far., nr. 1426, vr. 48a; Vyana Österreichische Nationalbibliothek, nr. 313, vr. 11b; Washington Freer Gallery of Art, nr. 33.6).[9]

1525–1526-cı illərə aid saray qeydlərində Şahqulunun 29 rəssamın və 12 şagirdin rəhbəri olduğu, 20 axça kimi yüksək bir maaşla işlədiyi bildirilmişdir. Şahqulu Sultan Süleymanla tanış olmuş, ona pəri şəkli hədiyyə etmiş və şəkli çox bəyənən sultan ona 2 min axça ilə birlikdə bahalı xələt və kaftanlar vermişdir. Arxivdən bəlli olan bir digər sənədə görə o, 1520–1521-ci illərdə nəqqaşxanaya qatılmışdır. O, 1545–1546-cı ildə nəqqaşxananın iki sektorundan birinin rəhbəri olmuşdur. Dövrün tarixçisi Mustafa Əlinin 1586-cı ildə yazdığına görə, sultan onun əsərlərini bəyəndiyi üçün ona müstəqil emalatxana vermişdir. Əsərdə onun həmçinin baş rəssam təyin edildiyi (nəqqaşbaşı) və yüz axça maaş aldığı qeyd edilmişdir. Çox güman ki, maaşın miqdarı şişirdilmədir, çünki o dönəmdə belə bir maaş verilməsi hadisəsinə rast gəlinməmişdir. 1555–1556-cı illərdə sultanın saray sənətçilərinə etdiyi hədiyyələr siyahısındakı qeyddə Şahqulunun hədiyyə ona təqdim edilməmişdən əvvəl vəfat etdiyi bildirilir. Onun ən önəmli şagirdi Qara Memi idi.[6]{[10][11]

Saz üslubunun formalaşmasında Şahqulunun böyük rolu olmuşdur, halbuki bir neçə az saylı əsər istisna olmaqla, hansı əsərlərin dəqiq olaraq onun tərəfindən şəkildiyini müəyyənləşdirmək çox çətindir.[12] Şahqulunun rəssam imzası iki əsərdə tapılmışdır: birində (Topqapı Saray Kitabxanası, H. 2154, FOL. 2r) əjdaha çəkilmişdir və bu şəkil alboma salınmışdır (girişdə 1544–1545-ci illər qeyd edilmişdir), digəri isə (Freer, 37.7) üçan və əlində şərab badəsi ilə şüşəsini tutan pəri təsvir edilmişdir. Onun imzası olan üçüncü rəsm əsəri isə (Met., 57.51.26) görünür daha sonradan kopya edilmişdir və onda da əjdaha fiquru vardır. Onun "zərif fırça işi, güclü dizayn hissi və dramatik hərəkət motivləri bir neçə imzasız əjdaha və peris rəsmlərində, çiçəklər və yarpaqların tədqiqatlarında da görünür".[6] Sonrakı dövrlərdə onun adına Osmanlı sənəti tarixində verilən önəm Rza AbbasiKəmaləddin Behzadın çoxsaylı "imzalarından" fərqli olaraq, "müxtəlif üslub və dövrlərə aid çoxlu sayda əsər ilə əlaqələndirilməsi" ilə nəticələndi.[12]

  1. 16-cı əsr Osmanlı İmperiyasında bitki mənşəli ornament üslubudur və onunla əlaqəli sənət üslubudur.[5]
  1. https://www.metmuseum.org/art/collection/search/451405?searchField=All&amp%3BsortBy=Relevance&amp%3Bft=Shah%20Quli&amp%3Boffset=0&amp%3Brpp=20&amp%3Bpos=1.
  2. Denny, 1983. səh. 110
  3. Denny, 1983. səh. 110-111
  4. "Dragon in foliage with lion and phoenix heads". Cleveland Museum of Art (ingilis). 30 oktyabr 2018. 2022-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-03.
  5. Saz, 2003
  6. 1 2 3 4 5 Atil, 2003
  7. Denny, 1983. səh. 105
  8. Akin-Kivanç, 2011. səh. 268
  9. 1 2 3 Derman və Duran, 2010
  10. Bloom və Blair, 2009. səh. 238
  11. Denny, 1983. səh. 105, 120
  12. 1 2 Denny, 1983. səh. 104
  13. "Kneeling Angel with Cup and Bottle". Freer Gallery of Art (ingilis). 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-03.
  14. Birol, 2012