Adil Həsənov (rəssam)

Adil Həsənov — Azərbaycanlı rəssam.

Adil Həsənov
Həsənov Adil Şamil oğlu
Doğum tarixi (51 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı şəhəri
Fəaliyyəti rəssam

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsənov Adil Şamil oğlu 8 noyabr 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1986–1990-cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1992–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ-Tətbiqi Sənət fakültəsində təhsil almışdır. Rəssam təsviri sənətin rəngkarlıq sahəsində natürmort və mənzərə janrlarında əsərlər yaratmışdır. Adil Həsənov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Beynəlxalq qrup sərgilərində, "28 may", "20 yanvar", "Novruz" adlı sərgilərdə iştirak etmişdir. Əsərləri ölkəmizlə yanaşı Moskva, Gürcüstan, AlmaniyaTürkiyədə nümayiş etdirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]