SALİHƏ

xeyirxah, yaxşılıq edən, saf əxlaqlı.
SALİH
SALİK
OBASTAN VİKİ
Salihə Aydəniz
Salihə Aydəniz (1973, Ergani, Diyarbəkir ili) — tibb bacısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Salihə Aydəniz 1973-cü ildə Diyarbəkir ilinin Ergani ilçəsində anadan olub. Peşə Sağlamlıq Liseyinindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. Mardin ilinin Dargeçit ilçəsində tibb bacısı olaraq çalışıb. DBP, HDP və DEM üzvü olub. 2019-2023-cü illərdə Bölgələr Partiyasının (BDP) həmsədri olub. 2018-ci ildə Diyarbəkir ilindən, 2023-cü ildə isə Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM İnzibati nəzarətçisi vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq anasıdır.
Salihə Sera Kadıgil
Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Orta təhsilini Vəfa liseyində alıb. 2007-ci ildə İstanbul Universitetinin Hüquq bölməsindən məzun olub. 2010-cu ildə həmin universitetdə özəl hüquq üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası London Kraliça Meri Universitetində film əsərləri haqqında apardığı tədqiqatlar nəticəsində hazırlanıb. Hazırda İstanbul Universitetində PhD dərəcəsi üzrə təhsilini davam edir. İstanbul Vəkillər Kollegiyasının Heyvan hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. İngiliscə bilir. Evlidir.