Salihə Aydəniz (1973, Ergani, Diyarbəkir ili) — tibb bacısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]
Salihə Aydəniz | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Diyarbəkir 2023 — Mardin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1973 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Salihə Aydəniz 1973-cü ildə Diyarbəkir ilinin Ergani ilçəsində anadan olub. Peşə Sağlamlıq Liseyinindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub.[1]
Mardin ilinin Dargeçit ilçəsində tibb bacısı olaraq çalışıb.[1] DBP, HDP və DEM üzvü olub. 2019-2023-cü illərdə Bölgələr Partiyasının (BDP) həmsədri olub.
2018-ci ildə Diyarbəkir ilindən, 2023-cü ildə isə Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM İnzibati nəzarətçisi vəzifəsində təmsil olunub.[1]
Kürdcə bilir. Evli və 2 uşaq anasıdır.[1]