Salihə Sera Kadıgil

Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]

Sera Kadıgil
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
7 iyul 2018-ci ildən
Seçki dairəsi2018İstanbul (1.)
2023İstanbul (1.)
Şəxsi məlumatlar
Doğum tarixi 29 noyabr 1984(1984-11-29) (39 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sera Kadıgil 29 noyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Orta təhsilini Vəfa liseyində alıb. 2007-ci ildə İstanbul Universitetinin Hüquq bölməsindən məzun olub. 2010-cu ildə həmin universitetdə özəl hüquq üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası London Kraliça Meri Universitetində film əsərləri haqqında apardığı tədqiqatlar nəticəsində hazırlanıb.[1] Hazırda İstanbul Universitetində PhD dərəcəsi üzrə təhsilini davam edir.

İstanbul Vəkillər Kollegiyasının Heyvan hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.[1]

İngiliscə bilir. Evlidir.[2]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2011-2012-ci illərdə Cümhuriyyət Xalq Partiyası Qadın qolları İdarə Heyətinin üzvü olub. 2014, 2016 və 2018-ci illərdə CHP Məclisinin üzvü seçilib.[1]

2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışının deputatı seçilib. TBMM Qadın və Kişilər üçün Bərabər Cəmiyyət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

25 iyun 2021-ci ildə Cümhuriyyət Xalq Partiyasından istefa verib və Türkiyə İşi Partiyasına üzvü olub. TİP sözçüsü və İdarə Heyətinin üzvüdür.[1]

2023-cü il mayın 14-də Türkiyə İşi Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]

  1. 1 2 3 4 5 6 7 TBMM. "Saliha Sera KADIGİL". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
  2. TBMM. "27. DÖNEM TBMM ALBÜMÜ" (PDF). www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10.01.2024.