SARXAN

baş xan, böyük xan, xanlarxanı (Sar-şahinlər sinfinə mənsub olan, suda, quruda və dağ zirvələrində yaşayan yırtıcı quşdur. Qədim türklərdə totem və etnonim olan bu söz "dünya, kainat" mənasında olan "Sarı-Günəş" ilə əlaqədardır).
SARƏNG
SARI
OBASTAN VİKİ
Sarxan
Sarxanbəyli
Sarxanbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Tarixi-Bir məlumata görə, Yünsür paşa Şahqulu paşa oğlu adlı bir el başçısı Anadoludan, Osmanlı dövlətindən eldöndülük edərək Qızılbaşlar məmləkətinə sığınmışdı. Özü ilə oğul-övladlarını, qohum-əqrabalarını da gətirmişdi. Onları Muğan düzündə yerləşdirmişdilər. Yünsür paşanın Allahqulu paşa adlı qardaşı, Sarıxan bəy, Bidalı bəy, Qoca bəy adlı nəvələri ilə məiyyəti Qurd bəyin də Polad bəy, Dəmir bəy, Quzat bəy adlı xidmətçiləri vardı. Sarıxan bəydən Bədr xan və sarıxanbəylilər törəmişlər. Bidali bəydən məstalıbəyli, qaraqasımlı, alıbabalı, novruzalıbəyli oymaqları yaranmışdır. Qoca bəydən Qocabəylilər əmələ gəlmişdir. Qurd bəydən isə göstərilən kimi poladlı, dəmirçili, quzatlı tayfaları meydana çıxıb. Bir versiyaya görə, Yünsür paşanın Qoca bəy, Bəndalı bəy, Polad bəy, Dəmir bəy, Sarıxan bəy, Novruzəli bəy adlı oğulları vardı.
Sarxanlı
Sarxanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Sarıxanlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Sərxanlı — Şərur rayonunda kənd.
Sarxanlı (Cəlilabad)
Sarxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sarxanlı oyk. Cəlilabad rayonunun Qarakazımlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi priembel tayfasından Sarxan adlı şəxsə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndi Sarxanın atacı Göycənin adı ilə Göycəli də adlandırırlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1098 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sarxanlı (İmişli)
Sarıxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.