Sarxanbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Sarxanbəyli | |
---|---|
39°44′44″ şm. e. 48°46′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1927-ci ildə çap edilmiş kitabda təsvir olunub ki, 146 ailədən ibarət üç kənddən ibarət bir Sarxanbəyli kənd inzibati-ərazisində birləşmiş Muğanın ən yaşlı sakinləri olan sarxanbəylilər diqqətəlayiqdir. Muğanın şərq hissəsi, daha dəqiqi Əlibayramlı dairəsi, Lenin kanalının aşağı axarında və onun şimalında sarxanbəylilərin daimi yaşayış yeri hesab edilməlidir. Sarxanbəylilər bütün məlumatlara görə Salyan qəzasında ilişib qalmış şahsevən tayfalarından biridir və Persia ilə iqtisadi əlaqələrini kəsmişdir. Vaxtilə Muğan çölünə gələn şahsevən tayfaları arasında sarxanbəylilərin də adı çəkilir.[1]
Tarixi bir məlumata görə, Yünsür paşa Şahqulu paşa oğlu adlı bir el başçısı Anadoludan, Osmanlı dövlətindən eldöndülük edərək Qızılbaşlar məmləkətinə sığınmışdı. Özü ilə oğul-övladlarını, qohum-əqrabalarını da gətirmişdi. Onları Muğan düzündə yerləşdirmişdilər. Yünsür paşanın Allahqulu paşa adlı qardaşı, Sarıxan bəy, Bidalı bəy, Qoca bəy adlı nəvələri ilə məiyyəti Qurd bəyin də Polad bəy, Dəmir bəy, Quzat bəy adlı xidmətçiləri vardı.
Bir versiyaya görə, Yünsür paşanın Qoca bəy, Bəndalı bəy, Polad bəy, Dəmir bəy, Sarıxan bəy, Novruzəli bəy adlı oğulları vardı. Novruzəlibəyli tayfasından olan 2008-ci ildə 98 yaşlı Hüseynxan bəy Nəcəfqulu xan oğluna görə, Qoca bəy, Novruzalı bəy, Sarıxan bəy, Dəmir bəy, Bəndalı bəy, Polad bəy qardaşdırlar.
Sonrakı dönəmdə isə Şahsevən elinə qalış, sarvanlar, cilovdarlı, talışmikayıllı, qəhrəmanbəyli, muğanlı-heydər, rzabəyli, cahanxanımlı, bəybağlı və gamışçı oymaqları qoşulublar. Başqa bir versiyaya görə, inanlı oymağının qolları: pireyvatlı, kəlaş, korabbaslı, geyikli, yurtçu, dursunxocalıdır.
Bəydili oymağının qolları isə əcirli, hacıxocalı, yeddioymaq, ərəbli, çaxırlı, qubadlıdır.
Biz XVIII yüzil mənbələrini araşdırarkən Korabbaslı oymağının Yaycı elindən törəndiyinə dair bilgi tapdıq. Bu kimi qaynaqlar sübut edir ki, yuxarıda göstərilən bölgülər şərtidir, dəqiq deyildir, doğru məxəzlərə söykənməyib.
Sabirabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |