Sayralar
Sayralar (lat. Cololabis) — Sakit okeanın səth sularında yayılmış, Scomberesocidae fəsiləsinə aid balıq cinsi. Cins iki növə bölünür. Sayra növü mühün sənaye əhəmiyyətli balıq sayılır.
Elmi adı latın sözü olan kolos «qısa» və labia «dodaq» sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Bədənləri uzunsov, rəngləri gümüşüdür.
== Növləri ==
Cololabis adocetus Böhlke, 1951 — Cırtdan sayra
Cololabis saira Brevoort, 1856 — Sayra
== Mənbə ==
Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Cololabis " FishBase saytında. April 2006 version.