Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alabalıq
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur. Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər.
Avadanlıq
Avadanlıq aşağıdakı mənalara gələ bilər: Şəbəkə avadanlıqları: Kompüter şəbəkəsinin elementləri arasında əlaqə yaratmaq üçün lazım olan qurğulardır. Kompüter avadanlığı: Kompüterdə olan fiziki vahidlər.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Varlıq
Varlıq — fəlsəfi kateqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos, təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür. Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, "Varlıq" hərəkət etmir, dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki, varlıq bölünməz kiçicik hissəciklərdən — atomlardan və boşluqdan ibarətdir.
Alabalıq kababı
Hel (varlıq)
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri. Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur. Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Varlıq (dəqiqləşdirmə)
Varlıq
Varlıq (jurnal)
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Varlıq (qəzet)
"Varlıq" — həftəlik qəzet. Varlıq qəzeti 1992-ci ildə Əli Hacı tərəfindən təsis edilmişdir. İlk dövrlərdə qəzetin baş redaktoru Əli Hacı Ağaevli olmuş sonradan Qardaşxan Əzizxanlı baş redaktor olmuşdur.. Varlıq qəzetinin redaktoru Məzahir Həsənov olmuşdur. Qəzetin ilk sayı 21 yanvar 1992 ildə çap olunmuşdur. Qəzet 4 səhifədən ibarət idi.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Varlıq jurnalı
Varlıq — 15 iyul 1933-cü ildə Yaşar Nabi Nayır tərəfindən nəşr olunan aylıq sənət və ədəbiyyat jurnalı (ilk sayında sahibi Səbri Esat Siyavuşgil çıxdı). İlk yaşlarında Qərb ədəbiyyatının və şeirlərinin tərcümələri ilə tanınan, Türkcəni öz anlayışı ilə tanıdan Varlıq, fasiləsiz nəşr olunmaqla bu günə qədər yaşamışdır. "Heç bir şeydən yaratma" səyindən ilham alan ad sahibi Yaşar Nabi Nayır tərəfindən nəşr olundu və bir çox məşhur yazıçı və türk ədəbiyyatının şairlərinin ilk əsərləri nəşr olundu. Melih Cevdet Anday, Cahit Sitki Taranci Orxan Vəli Bedri Rəhmi Eyuboğlu Necati Cumali Tarik Dursun Ece Ayhan Attila İlhan Yaşar Kamal Aziz Nesin Semih Poroy Tomris Uyar Jurnalın ilk nömrələrinə Yeddi məşəlin şeirləri daxil idi. Qəribələr ilk dəfə Varlıq jurnalının səhifələrində göründü; Varlıqda qəribə bir manifest nəşr olundu. Jurnalda Kənd İnstitutunun yazıçıları, xüsusən də Mahmud Makalın hekayələri yer aldı. Varlıq jurnalında yazmaqla Respublika dövrü yazıçılarının çoxu tanınıb. Əvvəlcə Ankarada nəşr olunan jurnal 1946-cı ildən bu yana İstanbulda nəşr olunur. Yaşar Nabi'nin ölümündən sonra qızı Filiz Nayır Deniztekin jurnal rəhbərliyini əlinə aldı.Jurnal, Eurozine, Avropa Mədəni Jurnalı Şəbəkəsinin üzvüdür. 15 iyul 1933-cü ildə Ankarada hər 15 gündə bir nəşr üçün təsis edilmişdir.
Yuxarı Aralıq
Yuxarı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 29 mart 2005-ci ildə Mərkəzi Yuxarı Aralıq kəndi olan Aralıq kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Yuxarı Aralıq kənd inzibati ərazi vahidi adlandırılmışdır. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir. Keçmiş adı Aralıq Başkənd olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini göstərməklə, onu eyni adlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Aralıq "orta, mərkəz" deməkdir.
Aşağıtorpaqlı (Aralıq)
Aşağıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Alıqızıl, 1928-ci il qeydlərində isə Aşağı Əliqızıl kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Qarahacılı (Aralıq)
Qarahacılı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1914-cü il qeydlərində Qarağaçlı kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 31 km, Aralıq qəsəbəsinin mərkəzindən 14 km məsafədədir.
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Saraçlı (Aralıq)
Saraçlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Saraçlu, 1928-ci il qeydlərində Pirço kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq qəsəbə mərkəzindən 4 km məsafədədir.
Tarlabaşı (Aralıq)
Tarlabaşı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901 və 1928-ci il qeydlərində Ahuri və ya Ahori kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 63 km, Aralıq qəsəbəsinin mərkəzindən 18 km məsafədədir.
Təzəköy (Aralıq)
Təzəköy — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yenidoğan (Aralıq)
Yenidoğan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd İğdır şəhər mərkəzinə 67 km, Aralıq qəsəbəsinin mərkəzindən 22 km məsafədədir.
Yuxarıaratan (Aralıq)
Yuxarıaratan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıtorpaqlı (Aralıq)
Yuxarıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd.. Kəndin adı 1928-ci il qeydlərində Yuxarı Əliqızıl kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Yuxarıçamurlu (Aralıq)
Yuxarıçamurlu — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıçiftlik (Aralıq)
Yuxarıçiftlik — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.