Alabalıq kababı

Alabalıq kababı.

Alabalıq kababı – alabalıqdan izqarada, manqalda və ya duxovkada hazırlanan kabab növü.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Alabalıq kababının hazırlanmasında alabalıqdan, sarımsaqdan, limondan, kəkotundan, maye yağdan, duzdan və istiotdan istifadə olunur.

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Alabalıq kababını hazırlamaq üçün əvvəlcə alabalıq təmizlənir və yuyulur. Dərin bir qabda yağı, limon suyu, kəkotu, istiot, duz və əzilmiş sarımsaq qarışdırılır.

Balıqlar bu qaba qoyulur və sous suyu qurudulmuş balıqlara yedirilir. Soyuducunun içərisində də balıqları arada çevirilir ki, sous canına yaxşı çəksin.

Sonra alabalıq tavada, elektrikli izqarada və ya qızğın alovsuz manqalda bişirilir. Balıq bişərkən hər iki tərəfi də arada fırçayla yağlanır.

Servis edilərkən salat və yaxud göyərti ilə bəzədilir.

Mənbə[redaktə | mənbəni redaktə et]