Hel (varlıq)

Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri.

Hel
q.skan. Hel
"Hel". Yohannes Gerts. 1889-cu il.
"Hel". Yohannes Gerts. 1889-cu il.
Mifologiya german-skandinav mifologiyası
Yer Helheym
Cinsi qadın
Fəaliyyəti ölülər diyarının (Helheym) hakimi
Atası Loki[1][2][…]
Qardaşı və bacısı Yormunqandr, Sleypnir
Əlaqəli personajlar Loki, Anqrboda, BaldrOdin
Digər mədəniyyətlərdə Persefona, Erlik, Prozerpina, Kali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur.

Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.

Helin XI əsrə aid qədim ingilis dilinə tərcümə edilmiş "Nikodima incili" və qədim skandinav dilində yazılmış "Barfolomey saqası"ndakı fiqurlarla potensial əlaqələri, eləcə də onun potensial Hind-Avropa paralelləri ilə bağlı elmi nəzəriyyələr irəli sürülmüşdür.

Qədim skandinav dilində qadın cinsində olan "Hel" xüsusi ismi bu diyara ağalıq edən varlıq ilə eynidir. Bu terminin müasir ingilis dilindəki "Hall", eləcə də qədim skandinav dilindəki "Valhalla" (azərb. Öldürülmüşlərin zalı‎) sözü ilə əlaqəsi var. Bu sözü bütün german dillərində tapmaq mümkündür. Məsəlüçün, qədim ingilis dilindəki "Hell"[a], qədim friz dilindəki "Helle", qədim sakson dilindəki "Hellia", qədim yuxarı alman dilindəki "Hella" və qot dilindəki "Halja" bu nümunələrə aiddir. Bu sözün bütün formaları bərpa edilmiş pragerman dilindəki qadın cinsində olan *xaljō" (azərb. Üstü basdırılmış yer/Cəhənnəm‎) ismindən törəmişdir. Bu sözün pragerman dilindəki forması da prahind-Avropa dilindəki "*kel-" və "*kol-" (azərb. Üstünü örtmək/Gizlətmək/Qorumaq‎) sözlərindən törəmişdir.[3][4]

Arxeoloji tapıntılar

[redaktə | mənbəni redaktə et]

Xalqların böyük köçü dövrünə aid bir neçə brakteatın Hel təsvirinə sahib olduğu irəli sürülmüşdür. Xüsusilə də "IK 14" və "IK 124" təyinatlı brakteatlar yamac boyunca aşağı, əlində əsa daşıyan bir qadına doğru hərəkət edən bir atlını təsvir edir. Ehtimal olunur ki, yamac atlının ölülər diyarına olan səyahətini təsvir edir, əsalı qadın isə həmin diyarın – Helheymin hakimi olan Hel fiqurunu simvolikləşdirir.[5]

Üç tanrı fiqurunu təsvir edən bəzi "B" sinifli brakteatların Baldrın ölümünü təsvir etdiyi düşünülür. Bu üç fiqurdan ikisinin Baldr və Odin olduğu dəqiqləşdirilmişdir, ancaq üçüncü fiqurun ya Loki, ya da ki Hel olduğu güman edilir. Üçüncü fiqurun Hel olduğu halda, bu brakteatda ölən Baldrın Helheymə getməsi və onun Hel tərəfindən qarşılanması təsvir olunmuşdur.[6][7][8]

2017-ci ilin yanvar ayında İslandiya Adlandırma Komitəsi "Hel" adının uşaqlara verilməsinin qadağan edilməsi ilə bağlı qanun qəbul etmişdir. İslandiya Adlandırma Komitəsi bildirmişdir ki, "ad böyüdükcə uşağa mühüm dərəcədə narahatlıq və əndişə verə bilər".[9][10]

  1. Bu sözdən müasir ingilis dilindəki "Hell" sözü törəmişdir.
  1. Гела (rus.). // Гейльброн — Германия 1929. Т. 15.
  2. Геллия (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1892. Т. VIII. С. 281.
  3. Orel, 2003. səh. 156
  4. Uatkins, 2000. səh. 38
  5. Peş, 2002. səh. 67
  6. Peş, 2002. səh. 70
  7. Bonneteyn, 2006. səh. 327
  8. Simek, 2007. səh. 44
  9. "Naming committee stops parents from naming daughter after goddess of the underworld". icelandmag.visir.is (ingilis). Iceland Magazine. January 10, 2017. November 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 27, 2019.
  10. "Not allowed to name after Nordic goddess Hel" (ingilis). Iceland Monitor. January 9, 2017. December 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 27, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]