Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bacarıqlı insan
Homo habilis, bacarıqlı insan, əmək alətləri hazırlaya bilən, düzgün qamətlə yeriyə bilən ən qədim insan. == Ümumi məlumat == Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi.. Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Bacarıqlı əllər (film, 1963)
Bacarıqlı əllər qısametrajlı sənədli filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1963-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur pambıq ustası Qüdrət Səmədova həsr olunmuşdur. == Məzmun == Film məşhur pambıq ustası Qüdrət Səmədova həsr olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nurəddin Babayev Rejissor: Əlihüseyn Hüseynov Operator: Əlihüseyn Hüseynov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Avstriya bağacığı
Avstriya bağacığı-(lat. Eurygaster austriacus Schreck.) Buğumayaqlılar tipinin Həşəratlar cinsinin Taxtabitilər dəstəsinə aid olan növ == Xarici quruluşu == Eurygaster austriacus Schreck bədəni geniş dairəvidir. Rəngi dəyişkən olub, sarımtıl – boz və yaxud tutqun, bəzən isə qaradır. Ön döşün yan tərəfləri xaricdən təpəvari çıxıntılıdır. Başın eni uzununa bərabər olub, təpəsi itiləşmiş şəkildədir. Skul lövhəsi dilçəkdən uzundur və hər ikisi başın qabaq tərəfində rastlaşır. Uzunluğu 11 – 13 mm – dir. == Yayılması == Avstriya bağacığının Azərbaycanda yayılma arealı digər bağacıqlardan məhduddur. Bu növə yalnız Kiçik Qafqazda yerləşən rayonların ərazisində təsadüf edilir. Böyük Qafqazın cənub yamaclarında, Talışda, eləcə də Şirvan və Muğanda bu növə rast gəlinmir.
Ağacıqlı (Xudabəndə)
Ağacıqlı (fars. اقاچقلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər yaşayır (44 ailə).
Mavr bağacığı
Mavr bağacığı (lat. Eurygaster maura L.) — Həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. == Xarici quruluşu == Mavr bağacığının rəngi dəyişkən olur. O, Ziyankar bağacıqdan ön döşün kənarlarının düz olması ilə fərqlənir. Mavr bağacığının başı ön tərəfdən kütdür. Dilçək skul lövhələri ilə bitişik olmayıb, başın sonuna qədər uzanır. Bədəninin uzunluğu 8–11 mm.-dir. == Yayılması == Mavr bağacığı Azərbaycanın Lənkəran-Astara zonasında, Böyük Qafqazın cənub yamaclarında, Şirvan, Mil və Muğan düzündə yayılmışdır. Bu bağacığa ziyankar bağacıqlara nisbətən az təsadüf olunur. == Həyat tərzi == Aprelin birinci və ikinci ongünlüyündə bağacıqlar kütləvi surətdə mayalanma və yumurtaqoyma prosesinə başlayır.
Yonca bağacığı
Yonca bağacığı (lat. Adelphocoris lineolatus) — buğumayaqlılar tipinin həşəratlar cinsinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. == Xarici quruluşu == Uzunluğu 6,5–9,5 mm-dir. Bədəni uzunsovdur. Rəngi qonur, yaxud sarımtıl yaşıldır. Bağacığın qabaq kürəkciyində iki qara nöqtə vardır. Ayaqları qonur sarıdır. Sürfəsi yaşılımtıl-qonur olmaqla, ya tamamilə qanadsızdır, yaxud da kiçik qanad başlanğıclarına malikdir. == Həyat tərzi == Yonca bağacağı yumurta fazasında qidalandığı bitkilərin gövdələri daxilində qışlayır. Dişi bağacıqlar yumurtasını bitkinin gövdəsi daxilinə qoyur.
Çuğundur bağacığı
Çuğundur bağacığı-(lat. Polymerus cognatus) buğumayaqlılar tipinin yarımsərtqanadlılar dəstəsinin ot bağacıqları fəsiləsinə aid olan növ == Xarici quruluşu == Çuğundur bağacığı çox da iri olmayan həşəratdır. Alabəzək rənglidir. Yetkin fərdlərin uzunluğu 3–5 mm-dir. Rəngləri tutqun sarımtıldır. Qanadüstlüyünün nəhayəti qırmızı qəhvəyidir. Yumurtası ovalvarı olmaqla, təzə qoyulan zaman parlaq sarımtıl, sonralar isə narıncı-sarımtıl olur. Sürfəsinin gözləri qırmızı olub, özü yaşıl rəngdədir və qarıncığın kürəyə yaxın hissəsində qara rəngli ləkə vardır. Uzunluğu 3,3 mm-dir. Çuğundur bağacığı müxtəlif bitkilərlə qidalanır.