Mavr bağacığı (lat. Eurygaster maura L.) — Həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ.
Mavr bağacığı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Ranqsız: Dəstəüstü: Dəstə: ???: Mavr bağacığı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Mavr bağacığının rəngi dəyişkən olur. O, Ziyankar bağacıqdan ön döşün kənarlarının düz olması ilə fərqlənir. Mavr bağacığının başı ön tərəfdən kütdür. Dilçək skul lövhələri ilə bitişik olmayıb, başın sonuna qədər uzanır. Bədəninin uzunluğu 8–11 mm.-dir.[1]
Mavr bağacığı Azərbaycanın Lənkəran-Astara zonasında, Böyük Qafqazın cənub yamaclarında, Şirvan, Mil və Muğan düzündə yayılmışdır. Bu bağacığa ziyankar bağacıqlara nisbətən az təsadüf olunur.[2]
Aprelin birinci və ikinci ongünlüyündə bağacıqlar kütləvi surətdə mayalanma və yumurtaqoyma prosesinə başlayır. Yumurtaqoyma prosesi aran və dağətəyi rayonlarda may ayının axırına qədər davam edir. Bağacıqlar hər dəfədə 14 yumurta qoyur. Orta hesabla 1 dişi fərd öz inkişafı dövründə 70-80 ədəd yumurta qoyur. Bağacıq yumurtaları şarşəkilli olub, yaşıl rəngdədir. Havanın temperaturundan asılı olaraq, bağacıq yumurtalarının inkişafı 8-14 gün davam edir. Yumurtadan çıxan sürfələr xarici quruluşuna görə yetkin fərdlərə oxşayır. Yumurtadan çıxan I yaş sürfələr əvvəllər hərəkətsiz olub, çıxdığı yumurtanın qabığı ətrafında toplaşırlar. Bu sürfələr 1 yaşının axırına qədər bədənlərində olan ehtiyat qida hesabına yaşayır. Birinci qabıq dəyişmədən sonra sürfələr fəallaşır və dənli bitkilərin üzərinə yayılaraq qidalanmağa başlayır.[1]