Yonca bağacığı

Yonca bağacığı (lat. Adelphocoris lineolatus) — buğumayaqlılar tipinin həşəratlar cinsinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ.

Yonca bağacığı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yonca bağacığı
Beynəlxalq elmi adı
  • Adelphocoris lineolatus

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]
Yonca bağacığı

Uzunluğu 6,5–9,5 mm-dir. Bədəni uzunsovdur. Rəngi qonur, yaxud sarımtıl yaşıldır. Bağacığın qabaq kürəkciyində iki qara nöqtə vardır. Ayaqları qonur sarıdır. Sürfəsi yaşılımtıl-qonur olmaqla, ya tamamilə qanadsızdır, yaxud da kiçik qanad başlanğıclarına malikdir.[1]

Yonca bağacağı yumurta fazasında qidalandığı bitkilərin gövdələri daxilində qışlayır. Dişi bağacıqlar yumurtasını bitkinin gövdəsi daxilinə qoyur. Azərbaycan şəraitində bəzi illərdə yonca bağacığının yetkin mərhələdə qışlamasına da təsadüf edilir. Yazda temperaturun yüksəlməsilə (19oC) əlaqədar olaraq yumurtada rüşeym inkişaf etməyə başlayır və bir müddət keçdikdən sonra ondan sürfə çıxır. Bu sürfələr qidalandıqdan 25–30 gün sonra yetkin hala çatır. Bir qədər sonra yetkin bağacıqlar yumurta qoymağa başlayır ki, bunlardan da ikinci nəslin sürfələri çıxır. Sürfələr və yetkin fərdlər yoncanın gövdəsinin. Yarpaqlarınıın, qönçələrinin və çiçəklərinin şirəsini sorur. Nəticədə onun qönçə və çiçəkləri tökülür və gövdələrinin ucları isə quruyur. Belə zədələnmələr yonca əkinləri üçün daha qorxuludur. Bağacıqlar yumurtalarını bitkinin cavan gövdələrinə, əsas etibarilə onların aşağı hissəsinə qoyur. Dişilər yumurta qoymazdan əvvəl gövdələrdə xortumları vasitəsilə deşiklər açır və yumurtasını həmin deşiklərin daxilinə qoyur. Bağacıqlar hər gövdəyə 20-yə qədər yumurta yerləşdirir. Bir dişi bağacıq yaşadığı müddətdə 40-a qədər yumurta qoya bilir. Azərbaycan şəraitində yonca bağacığının 4–5 nəsil verdiyi ehtimal olunur. [1]

Yonca bağacığı Qərbi Avropa, Şimali Afrika, Ön Asiya, Əfqanıstan, Pakistan, Monqolustan, Çin, Yaponiya, Şimali Amerika, Uzaq Şərq, Qazaxıstan, Orta Asiya ölkələrində,[2] Azərbaycanda isə yonca bitkisi əkilən bütün rayonlarda geniş yayılıb.

  1. 1 2 S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası, 1986, səh 196
  2. "Adelphocoris lineolatus Goeze. - Люцерновый клоп". 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
  • S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası, 1986, səh 196

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]