Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balasadıq
Aslanov Balasadıq Sadıq oğlu - şair, ssenarist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Balasadıq 1929-cu il oktyabrın 21-də Bakının Mərdəkan qəsəbəsində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1936-1946). Ailə vəziyyətinə görə təhsilini davam etdirə bilməmişdir. Əmək fəaliyyətinə Əzizbəyovneftdə çilingər kimi başlamış (1946-1952), sonra Bakı Radio zavodunda elektrik qaynaqçısı (1952-1969), "Azərbaycanfılm" kinostudiyasında aktyor şöbəsinin rəisi (1969-1988), həmin studiyanın dublyaj qrupunda rejissor assistenti-redaktor, "Oğuz eli" qəzeti redaksiyasında poeziya və nəsr şöbəsinin müdiri vəzifələrində işləmişdir (1990-2003). Azərbaycan klassik və müasir ədəbiyyatını, eləcə də dünya xalqları əbədiyyatını mütaliə yolu ilə dərindən öyrənmişdir. Ədəbi aləmə 1963-cü ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə gəlmişdir. İlk mətbu şeirləri - "Yaylağa payız düşür", "Nəğmələr dinən zaman" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur (1963). "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" qəzetlərində müntəzəm çıxış etmişdir. "Atəşgahda möcüzə" (1997) kitabı kütləvi tirajla buraxılmışdır.
Kalafalıq
Kalafalıq — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Həmçinin Kalafalıq kəndi Azərbaycan Respublikasında öz turş alçaları ilə məşhurdur. Kalafalıqla bərabər beş kəndin sovetliyinin kolxoz sədri Verdiyev Sadıq öz igidliyi, səxavətliyi, vətənpərvərliyi ilə ad qazanmışdır. Kalafalıq əhalisi, həmçinin indiki Türkiyə ərazisindən XVIII əsrdə gəldiyini iddia edir. Eyni zamanda bunun doğru olduğunu isbat edən tarixçilər və faktlar da var. Səlcik nəslinin əslinə gəldikdəysə, Şahavat bəyin ( hansı ki Türkiyə ərazisində gələn o şəxs) iki oğlu olur. Oğullarından biri Bülövlük kəndindən olan, bəy qızı-Səlcik xanımla evlənir. Təssüf ki, Səlcik xanımın yoldaşı gənc yaşda vəfat edir.
Kalatalıq
Kalatalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Alabalıq
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur. Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər.
Alabalıq kababı
Balacıq (Xoy)
Balacıq (fars. بلجوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 742 nəfər yaşayır (129 ailə).
Əhməd Mithəd Qalabalıq
Əhməd Mithəd Qalabalıq (türk. Ahmet Mithat Kalabalık; 1878, Konstantinopol – 30 yanvar 1953) — Türkiyə siyasətçisi . == Həyatı == İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox dövlət vəzifəsində çalışmışdır. Ailəli olmuşdur, üç övladı olmuşdur. Şeyx Səid üsyanı başlayanda Diyarbəkir valisi olmuşdur. O, qiyam zamanı Diyarbəkir millət vəkili olmuş Feyzi Riceçioğlu və ailəsinin köməyi ilə qiyamı müvəffəqiyyətlə yatırmışdır. 24 dekabr 1927–11 iyul 1928-ci il tarixlərində qısa müddət İstanbul valisi olmuşdur. O, 6 ay 17 gün vali vəzifəsində çalışmışdır.
Bajacalia
Bajacalia (lat. Bajacalia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.