Kalafalıq

KalafalıqAzərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd.[1]

Kalafalıq
39°47′39″ şm. e. 46°31′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kalafalıq xəritədə
Kalafalıq
Kalafalıq

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Həmçinin Kalafalıq kəndi Azərbaycan Respublikasında öz turş alçaları ilə məşhurdur.

Kalafalıqla bərabər beş kəndin sovetliyinin kolxoz sədri Verdiyev Sadıq öz igidliyi, səxavətliyi, vətənpərvərliyi ilə ad qazanmışdır.

Kalafalıq əhalisi, həmçinin indiki Türkiyə ərazisindən XVIII əsrdə gəldiyini iddia edir. Eyni zamanda bunun doğru olduğunu isbat edən tarixçilər və faktlar da var. Səlcik nəslinin əslinə gəldikdəysə, Şahavat bəyin ( hansı ki Türkiyə ərazisində gələn o şəxs) iki oğlu olur. Oğullarından biri Bülövlük kəndindən olan, bəy qızı-Səlcik xanımla evlənir. Təssüf ki, Səlcik xanımın yoldaşı gənc yaşda vəfat edir. Elə buna görə nəslin adı Səlcik xanımın adı ilə adlandırılır. Bəy nəslindən olduğundan səbəb Səlciklər bu gün belə özlərini bəy nəsli, əsilzadə adlandırır.

Laçın rayonunun Vağazin inzibati ərazi vahidində yerləşən kənd Ərdəşəvə çayının (Şəlvəçayın qolu) sahilində, Qarabağ silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi keçmişdə rayonun ərazisində mövcud olmuş Birinci Cağazur kəndindən çıxmış ailələrin Kalafalıq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kalafa köhnə kəndin, yaxud mal-qara saxlamaq üçün tikilmiş pəyələrin xarabalığına; quyuya, qazılmış çökək yerə deyilir. Oykonimin tərkibindəki -lıq şəkilçisi çoxluq və məkan anlayışı ifadə edir[2].

Kalaflıq kəndi Laçın rayonunun ən ucqar kəndi olaraq, şərq tərəfdən Daglıq qarabağın Şuşa rayonu ilə həmsərhəddir. Dağlıq ərazidə yerləşməklə bir neçə təbii sərvətlərlə: Civə, Uran və minerallarla zəngindir. 1936-cı ildən kolxoz yaradılmış və əsasən heyvandarlıq və əkinçilik təsərrüfatları ilə məşğul olmuşlar.

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.

60 təsərüfatdan 300 nəfərdən ibarət idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Kalafalıq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 378. ISBN 978-9952-34-155-3.