Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qarababa
Qarababa (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qarababa (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Qarabasma
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qarapaça
Qarapaça, köpgər (lat. Rupicapra rupicapra) ,(Artiodactyla) dəstəsindən bir məməli növü. Status. Sayı azdır. Növün arealı kiçilmişdir. Yayılması. Hazırda Azərbaycanda qarapaça Böyük Qafqazın cənub və şərq yamaclarında, İsmayıllı, İlisu və Zaqatala qoruqlarında yayılmışdır. Kiçik Qafqazda artıq bu heyvanlara təsadüf edilmir. Yaşayış yeri. Qarapaçalar dağlıq-meşəlik heyvanı olub, dəniz səviyyəsindən 1000 m-dən 3000 m-ə qədər hündürlüyü olan meşəli, qayalı dağlarda yaşayırlar.
Qaraqala
Kəndlər Qaraqala (Loru) — Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Qaraqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qaraqala (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Qaraqala (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Qaraqala (Qars) Digər Qaraqala yaşayış yeri — Qaraqala nekropolu — Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaraqala — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ.
Qaraqaya
Kəndlər Azərbaycanda Qaraqaya (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaraqaya (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Qaraqaya — Babək rayonunun Alagözməzrə inzibati ərazi vahidində kənd. Ermənistanda Qaraqaya (Qaraqoyunlu) — Ermənistanın Tavuş marzında Qaraqoyunlu mahalına aid kənd. Qaraqaya (Dərələyəz) — Dərələyəz mahalında kənd. İranda ‎Qaraqaya (İcrud) Qaraqaya (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Takab) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Sina dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Dizmar-i Mərkəzi dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qaraqaya (Germi) Dağlar Qaraqaya — Axta rayonunda dağ.
Qaratala
Qaratala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bölgənin digər yaşayış məntəqələri kimi Qaratala kəndinində tarixi çox qədimdir. Ən əski dövrlərdən kənd ərazisində Türk uyğarlıqları yaşamışdır. Qafqaz Albaniyasına daxil olan kənd ərazisində Türksoylu və Türkdilli Saqalar(Saklar) məskunlaşmışdır. Erkən orta əsrlərdə Azərbaycan ərazisinə Hunlar,Peçeneqlər,Barsillər,Xəzərlər və.s kimi Türk tayfaları köç etmiş,elə bu səbəbdəndir ki,kənddə əhalinin genetikası və dili heç pozulmadan,original qalmışdır. Həmçinin Türklər kəndə önəmli kültür ornamentləridə qazandırmışdır. Daha sonra Azərbaycana gələn Səlcuqi-Oğuzlar və Elxanilər dövründə şimala axın etmiş Türk boylarıda kənddən yan keçməmiş,sonralar kəndin əsas etnik sütununu təşkil etməyə başlamışdır. Bütün bunları nəzərə alaraq biz rahatlıqla kəndin Qədim Türk-Oğuz yurdu olduğunu deyə bilərik. Kənddə Oğuz boylarının yaşaması faktını kəndlə qonşuluqda yerləşən Oncallı kəndi ərazisindəki Oğuz qəbiristanlığı ilədə isbat etmək mümkündür. Kənd əhalisinin antropoloji xüsusiyyətlərinə gəlincə isə əhali Turanid və Oğuz irqi tipindədirlər.
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. == Tarixi məlumat == Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qaraçala
Qaraçala — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Qaraçala qəsəbəsi indi Azərbaycanın Aran zonasının yüzlərlə Kürqırağı kəndlərindən biri və ən adilərindəndir. Əvvəllər, yəni Sovet dönəmində, 1963-cü ilədək mövcud olmuş Əli Bayramlı rayonuna aid idi, Əli Bayramlı (indiki Şirvan) – Salyan yolunun üstündə, Kür çayının sol – Şirvan sahilində, Əli Bayramlıdan (indiki Şirvan şəhəri) 14, Salyandan 36 km məsafədə yеrləşir. Qəsəbədə, daha doğrusu, kеçən əsrin 90-cı illərinin əvvəllərinədək bu qəsəbə sovеtliyinə daхil olan, inqilaba (1917) qədər olan dövrdə kəndin əsasını qoymuş, adı təəssüf ki, xatirələrdə qalmamış, lakin əməllərindən göründüyü kimi bu yerləri sevmiş və gözəllik yaratmaq aşiqi olmuş rus mülkədar xanımın şərəfinə “Xanım xoturu” (rus dilində kiçik kənd mənasında işlədilən xutor (хутор) sözünün xalq tərəfindən dilimizə uyğunlaşdırılmış forması), Sovet hakimiyyəti qurulduqdan sonra isə bu təsərrüfatda yaradılmış 2 nömrəli pambıq toxumçuluğu sovxozunun mərkəzi malikanəsinə çevrildiyinə görə qısa formada “semsovxoz” (rusca “семенной совхоз» (semennoy sovxoz) adının qısaldılmış forması) adlandırılmışdır. Sovеt İttifaqında ilk sovхozlardan biri kimi 1922-ci ildə yaradılmış 1 nömrəli sovхozun mərkəzi malikanəsinə bitişik, müһaribәdәn dәrһal sonra burada başlamış tikinti-quruculuq işlərini həyata keçirən tikinti-quraşdırma idarəsinin ətrafında salınmış adsız kənddə, sonradan burada Sovet tarixindən bəlli olduğu kimi 1930-cu illərin kollektivləşmə dövründə yaradılmış və fəaliyyət göstəmiş təsərrüfatlararası MTS-in (maşın-traktor stansiyası) rusca “МТС» (em-te-es), azərbaycanca – em-te-es, imtees, MES) abbreviaturasına uyğun olaraq, gah “Mеs”, gah da burada 1980-cı illərədək fəaliyyət göstərmiş dizel-elektrik və su nasos stansiyasının (rusca дизельная электрическая и насосная станция (dizelnaya elektriçeskaya i vodonasosnaya stansiya) adının qısaldılmış formada işlədilən “дизельная электростанция» (ДЭС) (dizelnaya elektrostansiya (DES) adının) abreviaturasına uyğun olaraq “Dеs” adlandırılırdı. XX əsrin əvvəllərində qonşu Kərimbəyli kəndinin cənub qurtaracağında əvvəllər rus mülkədar tərəfindən salınmış malikanə də 30-cu illərdə bu kəndi, həmçinin Qarabağlı və Xalac kəndlərini də əhatə etmiş MTS-in mərkəzi malikanəsi olmuş və sonralar onun malikanəsi Salyanneft neft və qazçıxarma idarəsinə verilmişdi. Kəndin həmin hissəsi indi də sovet dönəminin maşın-traktor stansiyasının (MTS-em-te-ec) adının baş hərflərindən alınmış abbreviaturaya uyğun olaraq “İmtees” adı ilə tanınır. == Ümumi qəsəbə haqqına məlumatlar == Qaraçala qəsəbəsi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə 5000-ə yaxın sakin (2013-cü ilin məlumatına görə) yaşayır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Qaraşamb
Qaraşamb - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Nairi rayonu yaradılanadək (1972-ci il 15 marta kimi) Əştərək rayonunun tərkibində olmuşdur. Toponim qədim türk dilində «böyük» mənasında işlənən qara sözü ilə türk dilində «çay kənarlarlarında, iki çayın qovuşacağında qamış, yulğun, cəyən, biyan və s. göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd-yuva saldığı sucaq yer» mənasında işlənən şam sözünün birləşməsindən əmələ gəlmişdir. «Şam» sözü erməni dilində «şamb» formasında «qamışlıq» mənasında işlənir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 207 nəfər, 1886-cı ildə 192 nəfər, 1897-ci ildə 306 nəfər, 1908-ci ildə 363 nəfər, 1914 - cü ildə 417 nəfər, 1916-cı ildə 381 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.
Qarbalaca
Qarbalaca — Cəlilabad rayonu ərazisində çay. Rayon ərazisindən axıb, Qızılağac körfəzi ətrafındakı meyillikdə itir. Hidronim "yeraltı qara (içməyə yara­mayan) sulardan qidalanan balaca çay" məna­sını bildirir.
Qaradam
Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir. XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur. Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdam rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Qatlama
Qatlama (qaz. қаттама; qırğ. каттама; türk. katmer; monq. гамбир) və ya fəsəli - türk xalqlarının və həmçinin monqol və bolqar mətbəxlərinə aid, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Döyüşdə yaralanma
Döyüşdə yaralanma (ing. Wounded in action) — müharibə zamanı döyüş bölgəsində həlak olmayan, lakin yaralanan döyüşçülərin təsviri. Tipik olaraq bu, müvəqqəti və ya daimi olaraq silah gəzdirməyə və ya döyüşməyə davam edə bilməyəcəyinizə işarədir. ABŞ ordusu üçün WIA-ya qoşulmaq ümumiyyətlə bənövşəyi ürək təyin edilməsinə səbəb olur, çünki medalın məqsədi (ən yüksək mükafatlardan biri, ABŞ hökuməti tərəfindən rəsmi olaraq verilmiş hərbi və ya mülki şəxs) döyüşdə ölmüş, əlil və ya yaralananları tanımaqdır. == NATO-nun tərifləri == === Döyüşdə yaralı === Xarici bir agent və ya səbəb üzündən bir xəsarət alan zaman döyüşdə öldürüləndən xaric itki. Termin, hər hansı bir yara və digər yaralanmaları əhatə edir, bədənin bir deşmə olub olmadığını, nüfuz edən və ya deşilmiş bir yarada olduğu kimi, ya da kontuziya edilən yarada olduğu kimi; bütün qırıqlar, yanıqlar, partlayışlar, bioloji və kimyəvi müharibənin bütün təsiri, toionlaşdırıcı şüalanma və ya hər hansı digər dağıdıcı silah və ya agent təsiri. === Döyüşdə alınan yaralardan ölüm === Müalicə müəssisəsinə çatdıqdan sonra döyüşdə alınan yaralar və ya digər xəsarətlər nəticəsində ölən döyüş itkisi. ABŞ-də istifadə olunan qısaltma DOW, NATO isə DWRIA-dır.
Qabarcıq sıralama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} == Addım-addım nümunə == "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) == İmplementasiyası == Python dilində implementasiya aşağıdakı kimi olar.
Qarababa (Bostanabad)
Qarababa (fars. قره بابا‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (7 ailə).
Qarababa (Tikantəpə)
Qarababa (fars. قره باب‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (6 ailə).
Qarababa (Zəngilan)
Qarababa — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Oxçu çayının sahilində, Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qarababa adlı şəxsin adını daşıyır.
Qarababa (Şahbuz)
Qarababa — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 2013-cü ilə qədər mövcud olmuş kənd. == Tarixi == Qarababa Naxçıvan çayının (Arazın qolu) sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kənd XIX əsrin əvvələrində Hümbət bəy adlı şəxsə məxsus idi. Onun atası Qarababa bəy əvvəlcə rəiyyəti ilə birgə Qarabağda yaşamışdır. Qarabağ xanı ilə arası dəydikdən sonra Naxçıvan zonasında məskunlaşaraq yaşayış məntəqəsi salmışdir. Kənd həmin bəyin adı ilə adlanmışdır. 1809-cu il mayın ortalarında Abbas Mirzə Qovanlı-Qacarın başçılıq etdiyi İran qoşunu ilə Rusiya imperiyası arasında baş verən döyüş məhz Qarababa kəndi ətrafında baş vermişdir. == Ləğv edilməsi == 2013-cü il Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Qarababa kəndi ləğv edilərək Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmişdir.
Qarabala Mayılov
== Siyahı ==
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Qaraqaya (Dərələyəz)
Qaraqaya - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə «dağ» mənasında işlənən qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 141 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 259 nəfər, 1904 - cü ildə 177 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 303 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 193 nəfər, 1926-cı ildə 97 nəfər, 1931-ci ildə 140 nəfər, 1987-ci ildə 400 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qaraqaya (Karvansaray)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. == Haqqında == Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. == Tarixi == Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Sıralama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.