Qarapaça, köpgər (lat. Rupicapra rupicapra) ,(Artiodactyla) dəstəsindən bir məməli növü.
Qarapaça |
---|
|
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. |
|
|
- Status. Sayı azdır. Növün arealı kiçilmişdir.
- Yayılması. Hazırda Azərbaycanda qarapaça Böyük Qafqazın cənub və şərq yamaclarında, İsmayıllı, İlisu və Zaqatala qoruqlarında yayılmışdır. Kiçik Qafqazda artıq bu heyvanlara təsadüf edilmir.
Yaşayış yeri. Qarapaçalar dağlıq-meşəlik heyvanı olub, dəniz səviyyəsindən 1000 m-dən 3000 m-ə qədər hündürlüyü olan meşəli, qayalı dağlarda yaşayırlar.
- Sayı. Ümumi sayı 600-800 fərd təşkil edir.
- Çoxalması. Qarapaçalar 3 yaşında cinsi yetişkənliyə çatırlar. Cütləşmə noyabrın ortalarından dekabrın əvvəllərinə qədər davam edir. Erkəklər öz ətrafına 3-7 dişi toplayır. Boğazlıq dövrü altı aya qədərdir. Aprelin axırlarından mayın sonuna qədər 1, bəzən 2 bala verirlər.
- Rəqibi, düşməni, xəstəliyi. Əsas qida rəqibləri – ev heyvanları və vəhşi dırnaqlı heyvanlardır, düşməni – vaşaq, canavar və ayıdır.
- Sayının dəyişilmə səbəbləri. Azərbaycanda qarapaçanın sayının dəyişilməsinin əsas səbəbi bilavasitə insanlar tərəfindən ovlanması və onların yaşayış yerinin yay otlaqlarına çevrilməsidir.
- Qorunması üçün zəruri tədbirlər. Növün yayıldığı əraziləri qoruq elan etmək. Bilavasitə təkcə heyvanları deyil, həm də yaşayış yerlərini mühafizə etmək, biotexniki tədbirlər keçirmək, qanunsuz ova qarşı mübarizəni gücləndirmək.
- R. r. tatrica : Slovakiya ,Polşa
- R. r. balcanica : Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, şimali Yunanıstan, Makedoniya Respublikası , Serbiya, Monteneqro və Sloveniya
- R. r. carpatica : Rumıniya
- R. r. cartusiana : Fransa
- R. r. rupicapra : Avstriya ,Fransa, Almaniya, İtaliya, İsveçrə, Slovakiya
- R. r. asiatica : Türkiyə
- R. r. caucasica: Azərbaycan, Gürcüstan, Rusiya
- R. r. ornata : İtaliya
- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0