Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəl təzədən evlənək (film, 2012)
== Məzmun == Teymur və Xırda xanım ər-arvaddırlar.Onlar hər axşam evlərində teletoy evlilik proqramına baxırlar.Və bir gün Teymur Xırdaxanıma deyir ki, gəl biz yenidən evlənək.Sən get o verlişə guya kimsəsizsən və sənə yazıqları gəlib cehiz, pul versinlər məndə zəng edib sənə talib çıxım.Xırdaxanım verlişə gedir və zəng gəlir verlişdə Xırdaxanım zəng edən adamı Teymur bilib ona hə deyir və bütün macəralarda bundan sonra başlayır.
Təcədin
Təcədin, Tacədin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 4 km şimal-şərqdə, Baydaq çayının sol sahilində yerləşirdi. Kəndin adı erməni mənbələrində Tecadin kimi qeyd edilir. Toponim «son zirvə, ən yüksək zirvə» mənasında işlənən tac sözünə türk dilində «dincəlmək üçün fasilə etmək», «fasilə», «dincəlmək» mənasında işlənən din sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərin ortasında ləğv edilmişdir. İndi xaraba kənddir.
Təzəbin
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Təzəbinə kəndi dağ ətəyində yerləşir. == Tarixi == Qədimdə bu kəndin yerində yerləşən kəndin adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ və ya Noraküh (ermənicə: Təzəkənd) adlandırılmışdı. 1990-cı ildə Ermənistandan Azərbaycana gələn qaçqınların yerləşdirilməsi məqsədi ilə Ağdam tikinti trestinin köməyi ilə kənd yenidən salınmış, layihə sənədlərində adı Təzəbinə kimi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.
Təzəkənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzəkənd (Qarayazı)
Təzəkənd — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.856 nəfər (880 nəfəri kişilər, 976 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.Əhalinin əksəriyyəti əslən Ağtəhləlidirlər, onlar SSSR dövründə bu ərazilərə köçərək burada Təzəkənd kəndinin əsasını qoymuşdurlar.
Təzəkənd (Qoşaçay)
Təzəkənd (fars. تازه كند‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (33 ailə).
Təzəkənd (Qırxbulaq)
Təzəkənd - İrəvan quberniyasının İrəvan qəzasında, indi ki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 67 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Təzəgyuğ («gyuğ» kənd deməkdir) və Nor gyuğ (nor - təzəgyuğ - kənd deməkdir) kimi göstərilir. Toponim Azərbaycan dilində işlənən təzə və kənd sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilib Norgyuğ (Təzəkənd) qoyulmuşdur.
Təzəkənd (Salyan)
Təzəkənd — Azərbaycan Respublikasının Salyan rayonunun Qarabağlı kənd inzibati ərazi vahidinə daxil olan kənd. == Foto məlumatlar == Təzəkənd kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Tarix == Salyan rayonundakı indiki Təzəkəndin keçmiş adı da (Uqrukənd) uyğur etnonimi ilə bağlıdır. Tədqiqat göstərir ki, Uqrukənd toponimi Uyğurkənd adının fonetik dəyişikliyə uğramış şəklidir. Xalq etimologiyasına əsasən uqru sözünün “oğru” mənasında anlaşılması nəticəsində sovet dövründə həmin kəndə Təzəkənd adı verilmişdir. Bu ərazinin belə adlandırılmasının bir başqa önəmli səbəbi tarixi mənbəələrdən götürülmüş faktlara görə Uyğurkənd adı uyğunkənd, (uyğun yer) sözününü dəyişikliyə uğramış halıdır. Orta əsrlərdə Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğlu Abaqa xan 1266-cı ildə döyüşmək üçün Qızıl Orda hökmdarı Bərkə xanı Kür çayının qarşı sahilindəki 300 minlik ordusunun seyr edərkən, bu sahilin savaş üçün daha uyğun olduğunu bildirmiş, atasının Kür çayı üzərində yenicə bişmiş kərpicdən inşa etdirdiyi (indiki Sabirabad rayonu ərazisindəki Xankeçən kəndi yaxınlığında) körpünü dağıtdırmış və qarşı tərəfdən uzun müddət Qızıl orda ordusunu dayandırmış və Bərkə xan ordusunu daha şimala çevirərək Kaxeti üzərinə səfər edərkən qızdırmadan qəfil ölmüş və bu səbəbindən döyüşün baş tutması ləngimişdir.
Təzəkənd (Sarvan)
Təzəkənd — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 1928 ci ildə Alget yəni Məsçidli Gorarxından bir neçə ailə yan ərazidə ev tikməyə və oraya köçməyə başladı. Bələcə təzə bir kənd yaranmağa başladı. Bu kəndin adı da o zamandan Təzəkənd qaldı. Hazırda burada ailələrin sayı 3000ə çatır. Kəndin sakinləri deyirlərki, onlar əməksevər xalqdılar həmdə onlar tərəfindən becərilən ərzaq xüsusi dadlı və bərəkətli yetişir. “Təzəkəndin tarixi 1926-1928 ci ildən başlayır. Həmin zaman qonşu Alget (yəni el içində Məsçidli Gorarxı deyə çağrılır) evlərin sayına görə aşıb daşır kənd də sıxıntı yaranırdı. Ona görə kənardan yeni məhələlər salınmağa evlər tikilməyə başlamış. Ondan sonra həmin məhəllələrin sayı artmış böyük kənd yaranmış.
Təzəkənd (Sayınqala)
Təzəkənd (fars. تازه كند‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (5 ailə).
Təzəkənd (Silvaneh)
Təzəkənd (fars. تازه كند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (40 ailə).
Təzəkənd (Sisyan)
Təzəkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Şəki kəndinin yaxınlığında yerləşirdi. "Yeni" mənasında işlənən təzə və yaşayış məntəqəsi bildirən kənd sözləri əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 61 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq tarixi torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Təzəkənd (Sərab)
Təzəkənd (fars. تازه كند‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Təzəkənd (Tarım)
Təzəkənd və ya Ağ Zava (az-əbcəd. تزه‌کند، آغ‌زاوا‎, fars. تازه‌کند‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 112 nəfər yaşayır (34 ailə).
Təzəkənd (Təbriz)
Təzəkənd (fars. تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.778 nəfər yaşayır (465 ailə).
Təzəkənd (Tərtər)
Təzəkənd — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaradağlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tərtər rayonunun Qaradağlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təzəkənd kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Təzəkənd (Urmiya)
Təzəkənd (fars. تازه كند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər yaşayır (94 ailə).
Təzəkənd (Xudafərin)
Təzəkənd (fars. تازه كند‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Təzəkənd bazilikası
Təzəkənd bazilikası – Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən VI əsrə aid alban kilsəsinin xarabalıqlarıdır. == Tarixi == Mxitar Qoşnın "Alban salnaməsi"ndə Alban katalikosu Lazar haqqında yazarkən göstərir ki, "o, Baqməcdə (Bərdə və Beyləqan arasında yer) Hazarapatı (kəndini) və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. O, bunları Allah-təaladan ona vəhy gələndən sonra bina etmişdir." Təzəkənd bazilikasının həmin Pantaleon kilsəsinin olduğu fikri var. == Memarlıq xüsusiyyətləri == Bina, plan baxımından iki cüt sütunla bölünmüş üçnefli bazilikadır. Bina yaxşı yonulmuş daş və kərpicdən inşa edilmişdir. Abidənin uzunluğu 16,5 metr, eni isə 9,2 metrdir. Binanın şərq tərəfində səcdəgah absidaları və yanlarda keşiş cübbələrinin saxlandığı yer vardır. Orta nefin eni 5 metr, yan neflərin eni isə 2,1 metrdir. Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, düzbucaqlı formalara malik olan keşiş cübbələrinin saxlandığı yerlə yandakı neflər başa çatırdı. Bazilikanın döşəməsi bişmiş kərpicdən hazırlanmışdır.
Təzəkənd bələdiyyəsi
Təzəkənd bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Ağdam) — Ağdam rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (İsmayıllı) — İsmayıllı rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Təzəkənd bəxşi
Təzəkənd bəxşi — (Farsca: بخش تازه‌کند), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 4 bəxşindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 14,235 nəfər və ya 2,929 evdir. Bəxşin mərkəzi Təzəkənd şəhəridir.
Təzəkənd Üngüt
Təzəkənd Üngüt — İranın Ərdəbil ostanının Germi şəhristanının Üngüt bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,556 nəfər və 364 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Təzəkənd şəhəri
Təzəkənd və ya Muğansər— İranın Ərdəbil ostanının Parsaabad şəhristanının Təzəkənd bəxşində şəhər və bəxşinin mətkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Təzəkənd (Xızı)
Təzəkənd — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Təzəkənd kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == Təqribən 150 il bundan əvvəl yaranıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xızı-Bərmək yurdunda ilk məktəb bu kənddə yaradılıb. Məktəb Hacı Yəhyanın evində yerləşirdi. Cümhuriyyət süqut etdikdən sonra Məhəmməd Əmin Rəsulzadə Lahıca gedərkən Müsavat Partiyasının sonuncu gizli iclasını məhz Təzəkənddə keçirmişdir, iclasda Seyid Hüseyn Sadiq partiyanın sədri, Cəfər Cabbarlı isə katibi seçilmişdir. Sovetlər qurulduqdan sonra "Yeni yol" kolxozu yarandı. 1959-cu ildə kolxoz dağıldı və ardınca Xızı rayonu inzibati-ərazi vahidi olaraq ləğv edildi, beləcə kəndi camaat tərk etdi. Kənddə yalnız "Yeni yol" kolxozunun sədri Bəxtiyar Ələsgər oğlu Abbasov öz ailəsi ilə qaldı. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzi, Bakı və digər bölgə mərkəzləri ilə əlaqə baxımından çox əlverişli nöqtədə yerləşirdi.
Təzəkənd (Yardımlı)
Təzəkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Bərcan kənd Sovetinin Təzəkənd kəndi Şıxlar kənd Sovetinin tərkibinə verilmişdir.
Təzəkənd (Zəngibasar)
Təzəkənd və ya Tatar Təzəkəndi - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, İrəvan şəhərinin cənub-şərqində, Buğut dağının ətəyində yerləşir. Kəndin adı sonralar Təzəkənd kimi rəsmiləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində Təzəkənd kimi qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək, 14 yanvar 1969-cu ilə kimi Eçmiədzin rayonunun tabeliyində olmuşdur. Toponim XIX əsrdə «azərbaycanlı» sözünün sinonimi kimi işlənən tatar etnonimi ilə Təzəkənd («təzə» yeni, «kənd» yaşayış məntəqəsi mənası ifadə edir) oykoniminin birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı erməni dilinə kalka edilərək Tazagyuğ (kyuğ erməni dilində kənd deməkdir) qoyulmuşdur. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 10 noyabr 1970-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək Ayntap adlandırılmışdır.
Teizmdən
Teizm (yun. Θεός, Teos — tanrı) — zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir. Aləmdə baş verən şeyləri teizm çox vaxt Allah qayəsinin həyata keçirilməsi kimi nəzərdən keçirir. Təbii qanunauyğunluq teizmdə Allah qayəsindən asılı şəkildə götürülür. Deizmdən fərqli olaraq teizm Allahın bütün dünya hadisələrində bilavasitə iştirakını qəbul edir, panteizmdən fərqli olaraq allahın dünyadan kənarda və dünya üzərində mövcudluğunu müdafiə edir. Teizm klerikalizmin, teologiyanın və fideizmin ideoloji əsası olmaqla elmə və elmi dünyagörüşə ziddir. == Növləri == === Monoteizm === Monoteizm yalnız bir tanrının olduğu inancıdır.
Teoden
Teoden ― Con Tolkinin "Üzüklərin hökmdarı" adlı fantastik romanındakı personaj.
Mao Tszedun
Mao Tszedun həmçinin Sədr Mao (26 dekabr 1893[…], Şaoşan[d], Tzin sülaləsi – 9 sentyabr 1976[…], Çjunnanhay[d]) — Çin Xalq Respublikasının ilk lideri. ÇXR-nın qurucusu Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Mao, 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. O, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan Yeni Gənclik jurnalını sevərək oxuyub. Bu jurnal, Yan Fu və Ding Wenjiang kimi Darvinist ideoloqların məqalələrindən ibarət olub. Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə gedib. Burada, Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış olub. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi, onun universitet kitabxanasında işə götürülməsini təmin edib.