Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Teizm (yun. Θεός, Teos — tanrı) — zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir.
|
Aləmdə baş verən şeyləri teizm çox vaxt Allah qayəsinin həyata keçirilməsi kimi nəzərdən keçirir. Təbii qanunauyğunluq teizmdə Allah qayəsindən asılı şəkildə götürülür. Deizmdən fərqli olaraq teizm Allahın bütün dünya hadisələrində bilavasitə iştirakını qəbul edir, panteizmdən fərqli olaraq allahın dünyadan kənarda və dünya üzərində mövcudluğunu müdafiə edir. Teizm klerikalizmin, teologiyanın və fideizmin ideoloji əsası olmaqla elmə və elmi dünyagörüşə ziddir.
Monoteizm yalnız bir tanrının olduğu inancıdır. Bəzi müasir monoteist dinler də vardır ki, bunlar Bəhailik, İslam, Xristianlıq, Yəhudilik, Siqhizm, Eckankar və Hinduizmin bəzi formalarıdır.
Politeizm birdən artıq tanrının olduğu inancıdır. Təcrübi olaraq Politeizm çoxsaylı Allahların olması inancı deyil, eyni zamanda xüsusi panteonların olduğu inancıdır.