Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keyli
Keyli (rəqs)
Leyli
Leyli — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastanların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur. Leyli həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada soprano səs olan Leyli rolunun ilk ifaçısı Əbdürrəhman Fərəcov olmuşdur. Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktrisa Kima Məmmədova, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Gülnarə Sayalıyeva canlandırmışlar. == Nizaminin "Leyli və Məcnun"unda == Nizami Leyli obrazında gözəlliyə məhəbbəti tərənnüm etmişdir. Bu gözəlliyin məzmuu və mündəricəsi olduqca genişdir. O, şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şerlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir. Nizami əsərdə Leylini canlı sənət nümunəsi kimi təsvir edir: Nizaminin təsvirinə görə Leylinin saçından bənövşə qıvrım verərdi.
Artur Veyli
Artur David Veyli (ing. Arthur David Waley; 19 avqust 1889[…] – 27 iyun 1966[…]) – ingilis tərcüməçi və şərqşünas. Klassik Çin və Yaponiya ədəbiyyatını tərcümə edərək Qərb oxucuları ilə tanış etməsinə görə tanınır. O, həm çin, həm də yapon dilindən tərcümələr etmişdir. == Həyatı == Artur Veyli 1889-cu ildə yəhudi əsilli ailədə doğulmuşdur. Əsl soyadı Şlos olsa da, Birinci dünya müharibəsi zamanı düşmən kimi ayrı-seçkilik yaşamamaq üçün soyadını dəyişdirib. Reqbi məktəbində (1903-06) təhsil aldıqdan sonra Kembric Kral Kollecinə (1907-10) daxil olub. Lakin görmə qabiiliyyəti zəif olduğu üçün məzun olmadan təhsili tamamlaya bilməyib. Çin və yapon dilləri üzrə öz-özünə təhsil verdikdən sonra Britaniya muzeyində köməkçi kimi işləməyə və tərcüməçiliklə məşğul olmağa başlayıb. Veyli heç vaxt ştatlı universitet vəzifəsini qəbul etməyib və həyatı boyunca Asiyaya səyahət etmədən imtina edib.
Beyli akasiyası
Beyli akasiyası (lat. Acacia baileyana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Bədi Xeyri
Bədi Xeyri (ərəb. بديع خيري‎; 17 avqust 1893 və ya 1893, Qahirə – 1966[…] və ya 1 fevral 1966) — Misir dramaturqu.
Deyli Blind
Deyli Blind (d. 9 mart 1990, Amsterdam, Niderland) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Niderland milli yığmasında müdafiəçi və yarımmüdafiəçi mövqeyində çıxış edən holland futbolçu. == Həyatı == Ayaks klubunun keçmiş futbolçusu və Niderland milli yığmasının futbolçusu və baş məşqçisi olmuş Danni Blindin oğludur. Ayaks klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra əsas komandaya yüksəlmiş, Qroningen klubunda bir il icarə əsasında çıxış etdikdən sonra isə əsas heyət üzvünə çevrilmiş və klubu ilə dörd dəfə Erediviziya çempionu olmuşdur. 2014-cü ilin sentyabr ayında 13.8 milyon funt-sterlinq qarşılığında İngiltərə təmsilçisi Mançester Yunayted klubuna transfer olmuşdur. 2013-cü ildən bəri milli komandanın əsas heyət üzvlərindən biri hesab olunur. 2014 FİFA Dünya Kubokunda bürünc medal qazanan Niderland milli yığmasının heyətində Deyli Blind də olmuşdur.
Heyli Heynderiks
Heyli Hanna Heynderiks (28 may 1993, Stokton, Kaliforniya, ing. Haley Hannah Heynderickx) — Oreqon ştatının Portlend şəhərindən olan amerikalı müğənni-bəstəkar. 2016-cı ildə Fish Eyes adlı debüt mini albom buraxdı. Onun ilk studiya albomu I Need to Start a Garden 2018-ci ilin mart ayında səsyazma şirkəti Mama Bird Recording Co. tərəfindən buraxıldı. == Həyatı == Heynderiks Kaliforniyanın Stokton şəhərində Filippin-Amerikan ailəsində anadan olub, Oreqon ştatının Forest Qrov şəhərində böyüyüb və oxumağı kilsədə öyrənib. Portlend Dövlət Universitetini bitirib.
Heyli Staynfeld
Heyli Staynfeld (ing. Hailee Steinfeld; 11 dekabr 1996, Tarzana[d], Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. O, 2010-ci ildə rol aldığı "True Grit" filmindəki çıxışına görə "Oskar" və "BAFTA" mükafatına namizədlik əldə etmişdir. == Həyatı == Heyli Staynfeld Los-Anceles şəhərində yerləşən Tarzana məhəlləsində anadan olub. Onun anası Çeri (qızlıq soyadı: Domasin) interyer dizayneri, atası Piter Staynfeld isə şəxsi məşqçidir. O, iki uşaqdan ən kiçiyidir. Onun Qriffin adlı böyük qardaşı var. Onun əmisi fitness məşqçisi və aktyor Ceyk Staynfelddir. Heylinin anasının babasının qardaşı Larri Domasin keçmiş uşaq aktyor olmuşdur. Onun xalası qızı aktrisa True O'Brien, Hayli səkkiz yaşında olarkən televiziya reklamında çəkilmişdi.
Keyli (rəqs)
Keyli (şot.kelt cèilidh) — ənənəvi Qal ictimai məclisi, adətən Qal xalq musiqisi və rəqsləri ilə müşaiət olunur. Keyli İrlandiya və Şotlandiyada yaransa da, hazırda Şotlandiya və İrlandiya diasporu tərəfindən işlənir.
Keyli Qilkrist
Keyli Qilkrist (16 may 1992, Nyuport-Biç[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Keyli Qilkrist, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Leyli Erol
Leyli Erol — Azərbaycanlı şairə və musiqiçi. == Həyatı və karyerası == Leyli Erol-İsrafilova Bakı şəhərində anadan olmuşdur. 1986-1997-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta təhsil almışdır. 1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili almışdır.2004-cü ildən başlayaraq günümüzə qədər 100 dən çox mahnının söz müəllifidir. İlk olaraq, Azərbaycanın Xalq artisti Röya Ayxanla çalışmışdır. Röya Ayxanın ifa etdiyi "Tənha yağış" mahnısının sözlərinin müəllifidir. Daha sonra Xalq artistləri Aygün Kazımova, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Aysel Əlizadə və digər ifaçılarla işbirliyi olmuşdur. Nəğməkar şairə təkcə Azərbaycanda deyil, xaricdə də bir çox layihələrdə rol almışdır. Məsələn, Lalə Məmmədovanın ifa etdiyi "Şalaxo" rəqsinə azərbaycanca sözləri Leyli Erol, gürcücə sözləri isə Givi yazmışdır. Türkiyəli müğənni Çingiz Kurtoğlunun 2014-cü ildə işıq üzü görən "Saklı Düşlər" albomunda yer alan və Kral Müzik ödüllərində namizəd göstərilən "Kor olsun" adlı mahnısının söz müəllifidir.
Leyli Vəliyeva
Leyli Vəliyeva (tam adı: Leyli Fətulla qızı Vəliyeva; 17 iyul 1969, Zəngilan rayonu) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Leyli Vəliyeva 1969-cu ildə Azərbaycan Respublikası Zəngilan rayonunun Seyidlər kəndində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. O, bir neçə bədii və telefilmlərdə çəkilmişdir. Respublika və Beynəlxalq Teatr Festivalları laureatıdır. L.Vəliyeva 24 dekabr 2002-ci ildə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktisa Güşvər Şərifovanın bacısıdır. == Əsas rolları == Şölə, Ziba – ("Sərgüzəşti-vəziri-xani Lənkəran", M. F. Axundov) Zalxa – ("Hekayəti-xırsi-quldurbasan", M. F. Axundov) Xumar – ("Şeyx Sənan", H. Cavid) Nastenka – ("Ağ gecələr", F. Dostoyevski) Ranevskaya – ("Albalı bağı", A. P. Çexov) Dezdemona – ("Otello", V. Şekspir) Kleya – ("Ezop", Q. Fiqeyredo) Luiza – ("Məkr və məhəbbət", F. Şiller) Qedda – ("Qedda Qabler", H. İbsen) Fru Alvinq – ("Kabuslar", H.İbsen) Başeva – ("Mavi yuxular", Ş. Aleyxem) İokasta – ("Şah Edip", Sofokl) Zeynəb ("Məkkəyə gedən yol" C.Məmmədquluzadə) Nabat xala ("İfritin kələyi" Y.Şvarts) İnsan ("Axırıncı qatar, yaxud itlər" İ.Fəhmi, O Kazımi) Missis Mann ("Oliver Tvistin macəraları" Ç.Dikkens) Sabah müəllimə ("Mən səni sevirəm" Ə.Əmirli) Ledi Kapuletti — ("Romeo və Cülyetta" U.Şekspir) Şəhrəbanu,Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Pəricahan xanım – ("Qaraca qız" S.S.Axundov) Knyaginya – ("İtalyansayağı xoşbəxtlik" D.Fo, p.Filippo) Nazlı – ("Danışan gəlincik" A.Şaiq) Yelizaveta, Kraliça - (“III Riçard”, U.Şekspir) Ana ördək - (“Çirkin ördək balası” H.X.Andersen) Mirandolina - mehmanxana sahibəsi - (“Mehmanxana sahibəsi” K.Qoldoni) Fərmanın anası - (“Xortdanın cəhənnəm məktubları” Ə.Haqverdiyev) Leylinin anası - (“Leyli və Məcnun”, M.Füzuli) Səriyyə - (“Ünvansız qatar”, Ə.Əmirli) Ana - (“Yarımçıq qalmış”, Y.Abramov, L.Bəyim) Matilda Fon Tsand - (“Dəlixanada qətl”, Fridrix Düremat) 2385 Ceyran Bayramova - “Kod adı V.X.A” (M.Ələkbərzadə) == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) — Leyli Həyat varsa-Sevda Səndən sonra-Nəzakət 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Mirvari) İkinci güllə (film, 2017) Lal yuxu (teleserial, 2017) Mən burdayam, İlahi!
Leyli köçən
Leyli köçən və ya Leyliqaçan— İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Culçayın sağ qolu olan Köçbəkçayın yaxınlığında yerləşirdi. Kəndin adı erməni mənbələrində Leyliqaçan kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Leyli şəxs adı ilə köçən feli sifətin birləşməsindən əmələ gəlmişdir. "Leylinin köçünün düşdüyü yer" mənasını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Mənbədə Leylikaçan kimidir. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır.
Leyli məktəbləri
Leyli məktəbləri — Azərbaycanda qız pansionları. İlk Leyli məktəbini 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və xərci ilə Bakıda (indiki AMEA Əlyazmalar İnstitutunun binasında) açmışdı. Bu məktəbə H.Z. Tağıyevin qız məktəbi də deyilirdi.
Medison Beyli
Medison Lilli Beyli (ing. Madison Lilly Bailey; 29 yanvar 1999, Şimali Karolina) — amerikalı aktrisa. == Həyatı == Beyli 29 yanvar 1999-cu ildə Şimali-Karolina ştatının Kernersvill şəhərində anadan olub Çarlestonda böyümüşdür. Üç qardaşı və üç bacısı var. Böyük ögey qardaşı Orion Beyli, böyük ögey bacısı Triniti Beyli, kiçik ögey qardaşı Meraki Beyli, kiçik bacısı Kendra Beyli və qardaşı Maykl Beylidir. İlk ailəsi Afrika və İtaliya əsilli idi. Övladlığa götürüldüyü ailəsi isə ağdərilidir. Ögey anası 2018-ci ildə vəfat etmişdir. Beyli Kerensvilldə Şəqri Forsit tam orta məktəbini bitirmişdir. == Karyerası == Beyli əvvəlcə müğənni olmaq istəyirdi.
Mehmet Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Sidney Reyli
Sidney Reyli (ing. Sidney George Reilly; 24 mart 1873, Odessa, Xerson quberniyası və ya Xerson quberniyası – 5 noyabr 1925, Moskva) — Böyük Britaniya kəşfiyyatçısı. == Həyatı == Sidney Reyli 1873-cü ildə Odessada doğulub. Relli 6 ölkənin casusu kimi həm bu, həm də digər tərəfin əleyhinə işləyib. O, dəfələrlə adını və pasportunu dəyişərək başqa-başqa ölkələrdə casusluq edib. Sidney Reyli peşəkar casus olmasına baxmayaraq, həddindən çox zərərli vərdişlərə yiyələnmişdi. Narkotika, spirtli içki, qumar və qadın düşkünü olan Relli bir neçə dəfə milyon dollar qazanmış və hamısını da eyş-işrətə sərf etmişdi. Relli həmçinin gözəl geyinməyi sevirdi. Onun peşəkar casusluğundan bir çox dövlətlərin xüsusi xidmət orqanları faydalanıb. Belə orqanlardan biri də Yaponiyanın xüsusi xidmət orqanı olan “Kem-Peitai”dir.
Məhməd Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Nikki Heyli
Nimrata Nikki Randxava Heyli (ing. Nimrata Nikki Randhawa Haley; 20 yanvar 1972) — ABŞ siyasətçisi, ABŞ Respublikaçılar Partiyasının üzvüdür. Cənubi Karolina ştatının 116-cı qubernatorudur. 23 noyabr 2016-cı ildə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ona ABŞ-nin BMT-də daimi nümayəndəsi postunu təklif edib.
Samuel Beyli
Samuel Beyli (ing. Samuel Bailey; 5 iyul 1791, Şeffild – 18 yanvar 1870, Şeffild) — İngilis filosofu və iqtisadçısı. Bıçaq istehsalı üçün bir ailə firmasında çalışmış, parlament seçkilərində iştirak etmişdir. D.Rikardonun dəyər əmək nəzəriyyəsini tənqid etməsi sayəsində şöhrət qazandı. Mark Blauqa görə "Keynesdən əvvəl yüz böyük iqtisadçı" siyahısına daxildir. == Seçilmiş əsərləri == «Siyasi iqtisadiyyat, siyasət, əxlaq və s. suallar.» (Questions in Political Economy, Politics, Morals, &c., 1823); «Dəyərin təbiəti, ölçülməsi və səbəbi haqqında kritik bir dissertasiya; xüsusilə cənab Rikardo və tərəfdarlarının əsərləri ilə əlaqəli» (Critical Dissertation on the Nature, Measure, and Causes of Value; Chiefly is Reference to the Writings of Mr. Ricardo and his Followers, 1825). «Pul və onun qarışıqlığı» (Money and its Vicissitudes, 1837). == İstinadlar == == Ədəbiyyat == Блауг М. Бейли, Сэмюел // 100 великих экономистов до Кейнса.
Xeyri Əmirzadə
Xeyri Osman oğlu Əmirzadə (d. 5 oktyabr 1893, Krım vilayəti, Yalta şəhəri, Dərəgöy kəndi - ö. 17 fevral, 1958, Bakı) — aktyor. == Həyatı == Azərbaycan kino sahəsində özünəməxsus yeri olan Xeyri Osman oğlu Əmirzadə 5 oktyabr 1893-cü ildə Krım vilayətinin Yalta şəhərinin Dərəgöy kəndində baqqal Qara Osmanın ailəsində anadan olub. Milliyyətcə türkdür. Xeyri böyüdükcə onun rəssamlığa meyli görsənirdi. Atasının kənddə kiçik bir dükanı vardı. Ailəsini bu dükandan götürdüyü gəlirlə dolandırırdı. Həm də o, dindar idi. Oğlunun şəkil çəkdiyini görəndə hər dəfə aləmi bir-birinə qatır, əlindəkiləri alıb cırır, “kafir oğlu, kafir” deyib onu döyürdü.
Reyli səpələnməsi
On doqquzuncu əsr İngilis fiziki Lord Rayleigh'in (John William Strutt) adını daşıyan Rayleigh səpələnməsi (/ ˈreɪli / RAY-lee), şüalanmanın dalğa uzunluğundan xeyli kiçik hissəciklər tərəfindən işığın və ya digər elektromaqnit şüaların əsasən elastik bir şəkildə səpələnməsidir. Səpələnmə hissəciyinin rezonans tezliyindən (normal dispersiya rejimi) xeyli aşağı olan işıq tezlikləri üçün səpələnmə miqdarı dalğa uzunluğunun dördüncü gücü ilə tərs mütənasibdir. Rayleigh səpələnməsi hissəciklərin elektrik polarizasiyasından qaynaqlanır. Bir işıq dalğasının salınan elektrik sahəsi bir hissəcik içindəki yüklərə təsir göstərir və eyni tezlikdə hərəkət etmələrinə səbəb olur. Bu səbəbdən hissəcik, şüalanmasını dağınıq bir işıq olaraq gördüyümüz kiçik bir radiasiya dipoluna çevrilir. Hissəciklər ayrı atom və ya molekul ola bilər; işığın şəffaf qatı və mayelərdən keçdiyi zaman baş verə bilər, ancaq ən çox qazlarda görülür. Rayleigh'in yer atmosferində günəş işığının səpələnməsi dağınıq səma radiasiyasına səbəb olur ki, bu da gündüzün və alatoranlığın səmanın mavi rənginin, həm də alçaq Günəşin sarımtıldan qırmızımtıl çalarlarının səbəbidir. Günəş işığı da molekulların fırlanma vəziyyətini dəyişdirən və qütbləşmə təsirlərinə səbəb olan Raman dağılmalarına məruz qalır. İşığın dalğa uzunluğu ilə müqayisə oluna bilən və ya daha böyük bir ölçülü hissəciklər tərəfindən səpələnmə, ümumiyyətlə Mie nəzəriyyəsi, ayrı-ayrı dipol yaxınlaşması və digər hesablama üsulları ilə izah olunur. Rayleigh səpələnməsi, işığın dalğa uzunluğuna görə kiçik olan və optik olaraq "yumşaq" olan hissəciklərə aiddir (yəni 1-ə yaxın bir qırılma göstəricisi ilə).
Leyli Ağazadə
Leyli Ağazadə (26 avqust 2006) — Azərbaycanı təsmil edən bədii gimnast. == Həyatı == Leyli Ağazadə 2006-cı il avqustun 26-da anadan olub. == Karyerası == Leyli Ağazadə 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin il Leyli Ağazadə həm də Macarıstanda beynəlxalq turnirin bürünc medalına sahib oldu Leyli Ağazadə 2022-2023-cü illərdə Almaniya, Cənubi Koreya, Latviya və Bosniya və Herseqovinada baş tutan beynəlxalq turnirlərdə altı qızıl, üç gümüş və altı bürünc medala sahib oldu.
Bill Heyli
Vilyam Con Klifton Heyli (ing. William John Clifton Haley; 6 iyul 1925[…], Highland Park[d], Miçiqan – 9 fevral 1981[…]) — amerikalı musiqiçi, müğənni və bəstəkar, rok-n-rollun ilk ifaçılarından biri. Onun "Comets" qrupu ilə birlikdə yazdığı " Rock Around the Clock " (1954) mahnısı "Kometalar" (ing. The Comets) rok-n-rollun populyarlaşmasına böyük təsir göstərmişdir.
Feyli dili
Feyli (kürd. فه‌یلی/Feylî) — kürd dillərindən olan pəhləvaninin dialektlərindən biri. Bağdad, Diyalə, Bədrə və Luristan ərazilərində yayılmışdır. == Yayılması == Fars assimilyasiyasına çox məruz qalmış feyli qəbiləsinin şiə kürdlər tərəfindən danışılır. Buna görə də onlar çox vaxt səhvən farslar və ya lurlar hesab olunurlar. Feyli kalhori kimi kürd dillərinin cənub qrupunu təşkil edir.
Bəyli
Bəyli (Qəbələ)
Cəyli
Cəyli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəyli oykonimdir. Şirvan düzündədir. Boz Ulus tayfalarından cəklərin adı ilə əlaqələndirilir və etnotoponim hesab edilir. Azərbaycan dilinin bəzi dialektlərinde isə cey sözü "tayfa, nəsil" mənasında işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1567 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə Cəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Abi bəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Amerika xəyalı
Amerika xəyalı (American Dream) həyat tərzinin seçim azadlığı və iqtisadi çiçəklənməyə bərabər imkanlar kimi ümumiyyətlə müəyyənləşdirilir. Lakin həmin anlayış tez-tez cürbəcür olur.
Amerikan xəyalı
Amerika xəyalı (American Dream) həyat tərzinin seçim azadlığı və iqtisadi çiçəklənməyə bərabər imkanlar kimi ümumiyyətlə müəyyənləşdirilir. Lakin həmin anlayış tez-tez cürbəcür olur.
Bəyli (Qəbələ)
Bəyli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənddə əhali heyvan saxlayır, taxıl əkirlər. Üzüm əkiminə isə demək olar ki, yenicə başlanılıb. Təzə salınmış sahələrə qulluq göstərən sakinlər üzümçülüyün inkişafına səy göstərirlər. Artıq yeni bağlar becərilib, bu minvalla gələcəkdə bu məhsulun bol olması gözlənilir. Çünki kəndin üzümçülüyə yararlı münbit torpaq sahəsi var. == Etimologiyası == Kənd Şəki yaylasındadır. Yerli əhalinin dilində Bəyli kimi işlənir. Keçmiş adı Yemişanlı olmuşdur. Oykonim "bəyə məxsus kənd" mənasında izah olunur.
Bəyli (Üskü)
Bəyli (fars. بيگلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (123 ailə).
Cəyli bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.