Beyli 29 yanvar 1999-cu ildə Şimali-Karolina ştatının Kernersvill şəhərində anadan olub Çarlestonda böyümüşdür.[2][3] Üç qardaşı və üç bacısı var. Böyük ögey qardaşı Orion Beyli, böyük ögey bacısı Triniti Beyli, kiçik ögey qardaşı Meraki Beyli, kiçik bacısı Kendra Beyli və qardaşı Maykl Beylidir.[3] İlk ailəsi Afrika və İtaliya əsilli idi. Övladlığa götürüldüyü ailəsi isə ağdərilidir. Ögey anası 2018-ci ildə vəfat etmişdir.[4][5] Beyli Kerensvilldə Şəqri Forsit tam orta məktəbini bitirmişdir.[6][7][8]
Beyli əvvəlcə müğənni olmaq istəyirdi. Amma tamaşaçıların qarşısında mahnı oxuyanda səhnə qorxusu yaşadıqdan sonra 15 yaşında aktrisa və model karyerasına başladı.[9] Profesional aktrisalıq karyerasına 2015-ci ildə "Xanım Mersedes" və "Konstantin" seriallarında rol alaraq başladı.2018-ci ildə CW telekanalında yayımlanan "Qara işıqlandırma" elmi fantastika serialının iki mövsümündə Vendi Hernandez rolunu canlandırmışdır. İlk mövsümü 2020-ci ildə Netflix-də yayımlanan "Xarici banklar" serialında Kiara "Kay" Kerrara rolunda yer almışdır.[10]