Seylon çayı
Seylon çayı — Şri-Lankada yetişdirilən çay. Seylon çayı Şri-Lankanın əsas gəlir mənbələrindən biridir. Bu ölkənin ÜDM-nin 2%-ni təşkil edir. 2013-cü ildə Şri-Lankaya 1,5 milyard dollar vəsait gətirmişdi. Təxminən 1 milyona yaxın insan çay tarlalarında işləyir. Bundan əlavə, kiçik sahibkarlar tərəfindən çay əkilməsi minlərlə insan üçün yaşayış mənbəyidir. Şri-Lanka dünyanın dördüncü ən böyük çay istehsalçısıdır. 1995-ci ildə dünyanın çay ixracatının 23%-nə sahib olub. 2013-cü ildə çay hasilatı 340 milyon kiloqramı keçərək ən yüksək həddə çatmışdır.
Ölkənin mərkəzi dağlıqlarının rütubəti, sərin temperaturu və yağışları yüksək keyfiyyətli çay istehsalına kömək edən iqlimi təmin edir.