Seylon

Şri-Lanka, tarixi adı ilə Seylon, başqa tarixi mənbələrdə Sərəndib (سرنديب‎)[5] və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist RespublikasıCənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır.

Şri Lanka
sinh. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය  (sinh.)
tam. இலங்கை சனநாயக சமத்துவ குடியரசு  (tamil.)
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Refreshingly Sri Lanka... the Wonder of Asia, Rhyfeddod Asia yw Ffresni Sri Lanca
Himn: "Sri Lanka Matha"
(azərb. "Ana Şri Lanka"‎)
Tarixi
 • Dominion 4 fevral 1948
 • Respublika elanı 22 may 1972
Rəsmi dilləri
Paytaxt

Kolombo (icra və məhkəmə)

Şri Cayavardenepura Kotte (qanunverici)
Prezident Qotabaya Racapaksa
Baş nazir Mahinda Racapaksa
Sahəsi Dünyada 122-ci
 • Ümumi 65,610 km² km²
 • Su sahəsi (%) 1,9
Əhalisi
 • Əhali 21,670,000 nəfər (57-ci)
 • Siyahıyaalma (20.III.2012) 20,277,597 nəf.
 • Sıxlıq 317 nəf./km²
 • Ümumi 88.496.535.599 $[3], 74.403.578.363 $[3]
ÜDM (AQP)
 • Ümumi 223 milyard dollar  (63-cü)
 • Adambaşına 10 600 dollar  (135-ci)
İnternet domeni .lk
ISO kodu LK
BOK kodu SRI
Telefon kodu +94
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şri Lanka

Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi.

Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır.

Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır. 2,524 metr yüksəkliyində olan Pidurutalagala dağı ölkənin ən yüksək nöqtəsidir. Təbii qaynaqları arasında əhəng daşı, qrafit, mineral qumlar, filizlər, fosfatlar, gil və hidro enerji yer alır. Ölkədə baş verən əsas təbii fəlakətlər qasırğa və burulğanlardır.

Dini vəziyyət

[redaktə | mənbəni redaktə et]

Şri Lankada buddiizm dövlət dini kimi hələ birinci minillikdən əvvəl III əsrdə təsdiq olunub. Hal-hazırda buddizm txeravad formasında əhalinin 70 faizini əhatə edir. Üç böyük budda təriqəti geniş yayılıb: siam, amarapura, ramanna. Ölkənin ən böyük xalqı olan sinhalın çoxu buddistdir. Şri Lankanın 15 faiz əhalisi şivaizm formasında induizmə etiqad edir. İnduizm tamilərin böyük əksəriyyəti arasında geniş yayılıb. Ölkədə müəyyən qədər müsəlman (əhalinin 7 %) da yaşayır. Mavrlar (ərəblərin və hind-müsəlman tacirlərin nəsilləri), eyni zamanda burada yaşayan malaylar, əfqanlar, bəlucilər islam dininə etiqad edirlər. Ölkədə kifayət qədər xristianlar (8 %) da vardır. Bəzi sinhal və tamilər, eləcə də bürqerlər xristiandırlar. Xristianların əksəriyyəti katoliklərdir(1 mln. nəfər). Protestanlar da vardır ki, onların 42 min nəfəri anqilkan, 24 min nəfəri metodistlərdir. Bununla yanaşı cənubi Hindistan kilsəsinin tərəfdarları (6 min nəfər), yeddinci günün adventistləri, qurtuluş ordusunun tərəfdarları (5 min nəfər), reformatorlar (4 min nəfər), baptistlər (3 min nəfər), presviterianlar və başqaları da vardır. Şri Lankanın qədim əhalisi veddalardır, onlardan öz qədim ənənələrinə sadiq olan yalnız 3 min nəfər qalmışdır.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Şri-Lanka dualist formada idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 4 fevralda qeyd olunur. Şri-Lanka Konstitusiyası 1978-ci ilin sentyabr ayından qüvvədədir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Şri-Lanka 3-cü dərəcəli dairə katibliklərini özündə birləşdirən 25 dairədən ibarət 9 əyalətə (Mərkəzi, Şərqi, Qərbi, Cənubi, Şimali, Şimal-Mərkəzi, Şimal-Qərbi, Sabaraqamuva və Uva) bölünür[6] .

Şri-Lankanın inzibati ərazi bölgüsü

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Şri-Lanka Respublikasının Konstitusiyasının, milli müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı, hüquqi dövlətin və Hökumətin başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı — Prezident ümumi və birbaşa seçkilərdə 6 illik müddətə seçilir.

Mövcud Konstitusiya və qanunlar çərçivəsində vəzifəsini həyata keçirən Prezident ali qanunverici orqan qarşısında məsuliyyət daşıyır.Parlament üzvlərinin 2/3 hissəsinin dəstəyi və Ali Məhkəmənin razılığı ilə dövlət başçısına qarşı impiçment elan edilə bilər.

Prezident öz növbəsində Parlamentin sessiyasını təxirə salmaq və yaxud ləğv etmək, ali qanunverici orqanı zəruri hallarda (Parlamentin ən azı bir illik fəaliyyətindən sonrakı müddət ərzində) buraxmaq və erkən seçkilər təyin etmək, habelə əfv fərmanı imzalamaq səlahiyyətinə malikdir.

Baş nazir və Nazirlər Kabinetinin üzvləri, diplomatik nümayəndəliklərin başçıları, habelə bir sıra yüksək vəzifəli şəxslər dövlət başçısı tərəfindən təyin edilir.

Qanunvericilik hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

225 nəfərdən ibarət birpalatalı Parlamentdir. Parlamentin üzvləri özünəməxsus proporsional sistem əsasında (hər hansı bir dairədə qalib gəlmiş partiya əlavə yer qazanır) ümumi və birbaşa səsvermə yolu ilə 6 illik müddətə seçilirlər.

Qanunvericilik hakimiyyətinin Konstitusiya ilə nəzərdə tutulmuş əsas elementlərini ehtiva edən bir çox vəzifələrlə (illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası) yanaşı, qanunları qəbul etmək və imzalamaq səlahiyyəti yalnız Parlamentə məxsusdur.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Parlament qarşısında kollektiv məsuliyyət daşıyan və ölkədə icra hakimiyyətini həyata keçirən Hökuməti Prezident formalaşdırır. Dövlət başçısının müavini — Baş nazir bir qayda olaraq hakim partiyanın rəhbəridir və nazirliklərə ümumi nəzarəti, habelə Nazirlər Kabineti ilə dövlət başçısı arasında əlaqələndiricilik funksiyasını həyata keçirir.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

İngilismüsəlman hüquq sistemlərinin elementlərini özündə birləşdirən Şri-Lankada məhkəmə hakimiyyəti, ölkənin ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, həmçinin Apelyasiya və aşağı instansiya məhkəmələri tərəfindən həyata keçirilir.

  • Пузанов И. И. Жемчужина океана // Вокруг Азии / И. И. Пузанов; Художник М. Чубасов. — М.: Географгиз, 1957. — С. 165–367. — 368, [32] с. — 50 000 экз. (в пер.)
  • Поляркин В. А. Цейлон. — М.: Географгиз, 1959. — 56 с. — (У карты мира). (обл.)
  • Бонифатьева Л. И., Ершов Ю. А. Цейлон: Географический очерк / Л. И. Бонифатьева, Ю. А. Ершов; Отв. ред. В. Г. Яковлев. — М.: Географгиз, 1962. — 192, [16] с. — 6 000 экз. (в пер.)
  • Краснодембская Н. Г. От Львиного острова до Обители снегов / Н. Г. Краснодембская. — М.: Наука, 1983. — 112 с.
  • Бонифатьева Л. И., Сучков И. В. Шри-Ланка / Л. И. Бонифатьева, И. В. Сучков. — М.: Мысль, 1985. — 112 с. — (У карты мира). (обл.)
  • Нокс Р. Историческая повесть о Цейлоне: XVII век = An historical relation of Ceylon: XVIIth century / Роберт Нокс / Переводчик: Н. Г. Краснодембская. — СПб.: Петербургское востоковедение, 2007. — 284 с. — 1 000 экз. — ISBN 5-85803-341-7. (в пер.)