Show TV
Show TV — Ciner Mediya Qrupu tabeliyində nəşr edən, xüsusilə 2000-ci illərdə yarışma proqramları və seriallarıyla ön plana çıxmış, Türkiyənin ən çox izlənilən televiziya kanallarından biridir.
== Tarixçə ==
=== Quruluş ===
Show TV, Show Radio ilə birlikdə 1 mart 1991 tarixində Erol Aksoy, Dinç Bilgin və Haldun Simavi tərəfindən Fransada qurulmuş və yayıma Başka Bir Alem! şüarı ilə həmin ölkədə başlamışdır. 1 mart 1992 tarixində də Türkiyədə yayıma başlamışdır. Yayıma başladığı ilk vaxtlarda yayımlanmayan xəbər bülleteni, aylar sonra ilk dəfə Mehmet Ali Birandın təqdimatı ilə 2 mart 1992 tarixində yayımlanmağa başlanmışdır. Show TV bir vaxtlar qardaş kanalı olan Cine5 ilə birlikdə türk televiziya məkanına yeni həyəcan gətirmişdi.
=== 1991-2002 ===
Kanalın ilk baş müdiri Güneri Civaoğlu idi. Ana Haber Bülteni"ni kanalın ilk dövrlərində Gülgün Feyman, 1996-cı ildən 2002-ci ilə qədər Reha Muhtar təqdim etmiş idi. Reha Muhtar bu sayədə həmin dövrün Show TV-sinin ən məşhur simalarından biri idi.
1993-cü ildə Erol Aksoy və Dinç Bilgin arasında ortaqlıq, 1994-cü ildə Erol Aksoy, Dinç Bilgin və Aydın Doğan arasında ortaqlıq, 1995-ci ildə yenə Erol Aksoy və Dinç Bilgin arasında ortaqlıq olmuşdur.