Page Up və Page Down klavişləri

Page Down və Page Up klavişləri və digərləri

Page UpPage Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır.

Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının "3" klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir.[1]

Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının "9" klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.[2]

  1. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
  2. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 627 s.