sir
sirdaş
OBASTAN VİKİ
Bəndər Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Bəxtiyar Siracov
Bəxtiyar Tahir oğlu Siracov — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda ziyalı ailəsində doğulub. 1974-cü ildə Bakı şəhərindəki 82 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tətbiqi riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Daha sonra həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutuna) təyinat alır və oradan da Moskvaya, Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunur. Bəxtiyar Siracov bu mərkəzdə 1980-1981-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində elmi tədqiqatlarla məşğul olur. 1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Briabrinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirir. 1986-cı ildə Viktor Briabrinin təşəbbüsü ilə "SPEKTR adlı layihəyə cəlb olunur və 1 il bu layihədə əməkdaşlıq edir. 1987-1988-ci illərdə Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda (indiki Institute of Informatics, Slovak Academy of Sciences) çalışır. 1990-cı ildə Moskvada dissertasiya işini müdafiə edərək Bəxtiyar Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır. 1992-ci ildə Avstriyayanın paytaxtı Vyana şəhərinə I-NET şirkətində çaılşmaq üçün dəvət alır.
Fətulla Siracov
Kani Siran (Bükan)
Kani Siran (fars. كاني سيران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (34 ailə).
Kyara Sirakusa
Chiara (25 sentyabr 1976) − Malta müğənnisi. Kyara 25 sentyabr 1976-cı ildə Valettada - Maltada anadan olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsində == 2009 Avroviziya Mahnı Müsabiqəsində What If We adlı mahnı ilə Maltanı təmsil etdi. Lakin uğur qazana bilmədi. Kyara həm də 2005 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Angel" (Mələk) adlı mahnı ilə təmsil etmiş və ikinci olmuşdur. Həmçinin 1998-ci ildə Avroviziya Mahnı Müsabiqəsində "The One That I love" adlı mahnı ilə Maltaya bir üçüncülük qazandırmışdır.
Sirab
Sirab mineral suyu
Sirab (Babək)
Sirab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin cənubundakı antik dövrə və orta əsrlərə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki Sarıdağda isə karst mağarası bu ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu toponim "baş su" (sərab) və ya "sirli su" (sirab) mənasındadır. Tədqiqatçılara görə isə fars dilindəki sir (bol, doymuş) və ab (su) sözlərinin birləşməsindən düzəlib "bol sulu, sudan doymuş" mənasındadır. Kəndin yaxınlığında 1979-cu ildə istifadəyə verilmiş Sirab su anbarı da var. == Tarixi == === Tarixi abidələri === Sirab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sirab kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sirab mineral suyu
Sirab mineral su yatağı — Naxçıvan MR-in Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 km şimal-şərqdə, Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağı. == Tədqiqi == Sirab (şirli su) yaxud Sərab (başsu) suyu qədim zamanlardan məşhur olmuş və mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən üç tip su aşkar edilmişdir. I tip – 9 və 12 nömrəli quyulardan Orta Eosenin alevrolitli, çatlı, gilli süxurlarından alınmışdır. Kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kaliumlu – natriumludur. Narzan (Kislovodsk) tipli sulara yaxındır. Balneoloji tərkibi: II tip – 8 nömrəli quyudan, 531 metr dərinlikdən alınmışdır. Kimyəvi tərkibinə görə karbon qazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. Borjomi (Gürcüstan) tipli sulara yaxındır. Balneoloji tərkibi: III tip – 10 nömrəli quyudan, 1075–1080 metr dərinlikdən alınmışdır.
Sirab nekropolu
Sirab nekropolu – Babək rayonunun eyniadlı kəndindən cənubda, orta əsrlərə aid arxeoloji abidə. == Tarixi == Sahəsi təxminən 5 hektardır. Əsasən qərbdən şərqə doğru istiqamətlənmiş düzbucaqlı torpaq qəbirlərdən ibarətdir. Baş daşılarının əksəriyyəti düşmüşdür. Saxlanan baş daşlarının bəzisi yastı daş plitələrdən ibarət olub, yuxarısı tacvarı sonluqla tamamlanır. Bəzi baş daşlarının üzərində ərəb dilli yazılara rast gəlinir. Qoç formalı baş daşlarının üst hissəsində ərəb dilli yazılar var.
Sirab su anbarı
Sirab su anbarı — Naxçıvan MR Babək rayonu ərazisində, Naxçıvan şəhərindən şimal-şərqdə yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1979-cu ildə istismara verilmişdir. Su anbarı Naxçıvançaydan qidalanır. Bu çaydan su götürülərək kanal vasitəsi ilə su anbarına verilir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2650m və su anbarının ümumi həcmi 12.7mln.m³-dur. Suvarma sahəsi 2700ha-dır.
Sirabçay
Sirabçay — Babək rayonunda çay. Naxçıvançayın sol qoludur. Dərəsində eyniadli mineral bulaqlar var.
Sirac Abışov (şəhid)
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. == Həyatı == 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . === Vəfatı === 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. == Təltifləri == Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. == Xatirəsinin əbədiləşdirilməsi == Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
Sirac Göycəyev
Sirac Göycə oğlu Göycəyev — Sosialist Əməyi Qəhrəmanı == Həyatı == 1897-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmişdir. Ordudan qayıtdıqdan sonra kənd təsərrüfatı sahəsində çalışmışdır. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Bico kəndindəki M.Əzizbəyov adında kolxozda 1972-ci ilə qədər briqadir işləmiş, sonra İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxmişdır. Bico kəndində vəfat etmişdir.
Sirac Əliyev
Siracəddin Səyyid
Siracəddin Səyyid (1958, Özbəkistan) — Özbək şairi. Özbəkistanın xalq şairi. == Həyatı == Siracəddin Səyyid 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.
Siracəddin Urməvi
Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198, Urmiya – 1283, Konya) — Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. == Haqqında == Azərbaycanda Siracəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun əsərlərindən məlum olur ki, filosof 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş, uşaqlıq illərini həmin səfalı diyarda keçirmişdir.Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir. Siracəddin Urməvi bir müddət Dəməşqdə yaşamış, sonralar isə Kiçik Asiyaya getmişdir. 1246-cı ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. Görkəmli hüquqşünas alim kimi onun 1250-ci ildə disput məclislərində iştirak etdiyi xəbər verilir. XIII əsrin türk tarixçisi İbn Bibi 1282–1285-ci illərdə qələmə aldığı "Ali işlərə dair Əlaəddin əmrləri" kitabında Azərbaycan filosofunun bütün elm sahələrində şöhrət tapdığını qeyd edərək fəaliyyətini yüksək qiymətləndirmişdir. Ən məşhur əsəri "Nurların doğuşları"dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında, 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb. Filosofun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbul və Tehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan "Hikmət incəlikləri" 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib. Zakir Məmmədov elmi-tədqiqatında göstərmişdir ki, Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır.
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Siraius
Doris (lat. Doris) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinə aid heyvan cinsi. == Növləri == Doris alboranica Bouchet, 1977 Doris atypica (Eliot, 1906) Doris bertheloti (d'Orbigny, 1839) Doris bicolor (Bergh, 1884) Doris bovena Er. Marcus, 1955 Doris caeca (Valdés, 2001) Doris cameroni (Allan, 1947) Doris chrysoderma Angas, 1864 Doris claurina (Er. Marcus, 1959) Doris falklandica (Eliot, 1907) Doris flabellifera Cheeseman, 1881 Doris fontainii d'Orbigny, 1837 Doris fretterae T. E. Thompson, 1980 Doris granulosa (Pease, 1860) Doris ilo (Er. Marcus, 1955) Doris immonda Risbec, 1928 Doris kerguelenensis (Bergh, 1884) Doris kyolis (Ev. Marcus & Er.
Siraklar
Sirakuz
Sirakuz (Siciliya)
Sirakuz (ABŞ)
Sirakyus (ing. Syracuse) — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. Eyni zamanda Onondaqa Kaunti bölgəsinin mərkəzi şəhəridir. Əhalisinə görə Nyu-York ştatında 5-ci yerdədir. 2010-cu ilin əhali siyahıalmasına əsasən şəhər mərkəzində 145.170 nəfər yaşayır. Ətraf bölgələrlə bu rəqəm 662.577-dır. Adını İtaliyanın Siciliya adasının şərq sahilində yerləşən Sirakuz şəhərindən alıb.
Sirakuz (Siciliya)
Sirakuza — İtaliyanın Siciliya muxtar vilayətində şəhər. 123 000 əhalisi var. Siraküza Aralıq dənizi ortasında olan Siciliya adasının cənub-şərqində Aralıq dənizinin İyonyen dənizi deyilən hissəsində Siraküza Körfəzində yerləşmişdir. Şəhər Antik Yunan çağlarında belə anfitiyatrosu, mədəniyyəti və arxitekturası məşhur idi. 2700 illik tarixində şəhər antik çağlarda əhəmiyyətli tarixi rol oynamışdı. Bir zamanlar şəhər, tarixi bilinən Aralıq dənizi hövzəsində ən böyük siyasi və hərbi gücü olan siyasi vahid mövqesindəidi. Məşhur elm adamı və ixtiraçı Arximedin vətəni idi.
Sirakuz Universiteti
Sirakuz Universiteti (ing. Syracuse University) - Amerika Birləşmiş Ştatlarinın Nyu-York ştatının Sirakuz şəhərində yerləşən özəl elmi-tədqiqat univerisitetidir. == Tarixi == 1870-ci il martın 24-də yaradılmışdır. == Məşhur məzunları == Universitetin məzunları arasında ABŞ-nin vitse-prezidenti Co Bayden də var.
Sirakuza
Sirakuz (Siciliya)
Sirakuza (əyalət)
Sirakuza (it. Provincia di Siracusa, sic. Pruvincia di Sarausa) — İtaliyanın inzibati bılgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Sirakuza şəhəridir. == Coğrafiyası == Sirakuza əyaləti Siciliya adasının cənub-şərqində İon dənizinin sahilləri boyunca yerləşmişdir. Əyalətin kontinental hissəsini İbley dağları tutur. Ən yüksək nöqtəsi Monte-Lauro zirvəsi olub, dəniz səviyyəsindən 986 m hündürlükdə qərar tutmuşdur. Əyalətin sahəsi 2109 km²olub, Siciliya adasının 8,2 %-ni təşkil edir. Əyalət şimalda Kataniya əyaləti, qərbdə Raquza əyaləti və şərqdə isə İon dənizi suları ilə əhatələnmişdir. Əyalətin şimal hissəsi Siciliyada ən iri şay sayılan Simento çayı vadisinə aiddir.