Bəxtiyar Siracov

Bəxtiyar Tahir oğlu Siracovazərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi.

Bəxtiyar Tahir oğlu Siracov
Bəxtiyar Tahir oğlu Siracov
Doğum tarixi (66 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ Azərbaycan Azərbaycan
Elm sahəsi Informasiya Kommunikasiya Technologiyaları (İKT)
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri namizədi
İş yerləri Avstriya Avstriya, Vyana, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik
Alma-mater Bakı Dövlət Universiteti, Rusiya Elmlər Akademiyası Hesablama Mərkəzi
Təhsili
Elmi rəhbəri Viktor Mixayloviç Briabrin
Mükafatları Nobel mükafatı

Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda ziyalı ailəsində doğulub. 1974-cü ildə Bakı şəhərindəki 82 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tətbiqi riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Daha sonra həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutuna) təyinat alır və oradan da Moskvaya, Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunur. Bəxtiyar Siracov bu mərkəzdə 1980-1981-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində elmi tədqiqatlarla məşğul olur. 1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Briabrinin[ölü keçid] rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirir. 1986-cı ildə Viktor Briabrinin təşəbbüsü ilə "SPEKTR adlı layihəyə cəlb olunur və 1 il bu layihədə əməkdaşlıq edir. 1987-1988-ci illərdə Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda (indiki Institute of Informatics, Slovak Academy of Sciences) çalışır. 1990-cı ildə Moskvada dissertasiya işini müdafiə edərək Bəxtiyar Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır. 1992-ci ildə Avstriyayanın paytaxtı Vyana şəhərinə I-NET şirkətində çaılşmaq üçün dəvət alır. Müəyyən fasilələrlə 1995-ci ilə qədər bu şirkətdə işləyir. Vyananın çeşidli təşkilatları üçün proqram təminatlarının yaradılmasında iştirak edir. 1995-ci ildə Vyana Beynəlxalq Mərkəzinin (VBM), Vienna International Center (VIC) , nəzdində yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA),International Atomic Energy Agency (IAEA) işə qəbul olunur. 2006-2021-ci illər ərzində agentlikdəki departamentlərdən birində proqram təminatı yaradılması ilə məşğul olan bölümlərdən birinə rəhbərlik edir. 2021-ci ilin noyabrından təqaüddədir.

2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və onun Baş Direktoru Mohamed ElBaradei Nobel Sülh mükafatına layiq görülürlər Peace Prize Awarded to IAEA and Director General. Mükafat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyk və Mohamed ElBaradei arasında, onların nüvə enerjisinin hərbi məqsədlərlə istifadəsinin qarşısının alınmasında və nüvə enerjisinin sülh məqsədləri ilə mümkün olan ən təhlükəsiz şəkildə istifadəsinin təminatında göstərdiyi səylərinə görə, iki bərabər hissədə paylaşılmışdır.

Bəxtiyar Siracov 2005-ci ildə AEBA-da çalışan bütün digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır.[1]

Bəxtiyar Siracov əsas işi ilə yanaşı ictimai fəaliyyətlə də məşğul olur. O, Vyana Beynəlxalq Mərkəzinin nəzdində yaradılmış incəsənət klubunun üzvüdür. Onun bilavasitə yaxından təşkilatçılığı və iştirakı ilə 2016-cı ildə gənc Azərbaycan rəssamları Nərmin Abdullayeva və Dilşad İmranovanın və eləcə də Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin rəsm əsərlərindən ibarət incəsənət sərgiləri keçirilmişdir: "Echo of The Colours, March 2016 Funnily About the Sad, November 2016

  1. ATV. "Nobel Sülh Mükafatı alan yeganə azərbaycanlı kimdir?" (az.). Youtube.com. 13.05.2024. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]