Sirac Əliyev

Əliyev Sirac Şöhrət oğlu — (27 iyun 1973, Qırılı, Ağstafa rayonu27 mart 1993, Papravənd, Ağdam rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.

Sirac Əliyev
Əliyev Sirac Şöhrət oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qırılı, Ağstafa rayonu
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Paprəvənd, Ağdam rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Qırılı, Ağstafa rayonu
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1992 - 1993
Rütbə Əsgər|Azərbaycan
Döyüşlər Birinci Qarabağ döyüşləri

Həyatı[redaktə | mənbəni redaktə et]

2020-ci ilin sentyabr ayında başlanılan Vətən müharibəsinədək Qırılı kəndinin cəmi 6 şəhidi var idi. Onlardan biri Birinci Qarabağ müharibəsi zamanı torpaxlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərkən şəhidlik zirvəsinə ucalmış qəhrəmanımız Əliyev Sirac Şöhrət oğludur. O 1973-cü il avqustun 25-də Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlmişdir. 1992-ci ildə Qazax RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılan Sirac 27 mart 1993-cü ildə Ağdam rayonu Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib. Halhazırda Qırılı kənd tam orta məktəbi onun adını daşıyır.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Ağstafa rayonu Qırılı kənd tam orta məktəbi S.Əliyevin adını daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]