Fətulla Siracov

Fətulla Qasım oğlu Siracov (18 aprel 2001, Gəndov, Dəvəçi rayonu30 yanvar 2021, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Fətulla Siracov
Fətulla Qasım oğlu Siracov
Şəxsi məlumatlar
Doğum tarixi 18 aprel 2001(2001-04-18)
Doğum yeri
Vəfat tarixi 30 yanvar 2021(2021-01-30) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Qasım Siracov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019—2021
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Kəlbəcərin azad olunmasına görə" medalı

Həyatı və hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Fətulla Siracov 18 aprel 2001-ci ildə Şabran rayonunun Gəndov kəndində anadan olmuşdur. Fətulla Siracovun ailəsində 3 bacı və bir qardaş olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Murovdağda yerləşən "N" saylı hərbi hissədə etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Fətulla Siracov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətulla Siracov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[1]

Hərbi xidmətini Kəlbəcər rayonunda yenidən davam etdirən 30 yanvar 2021-ci ildə Kəlbəcərdə xidmət zamanı dünyasını dəyişmişdir. Nəşi doğulduğu Şabran rayonunun Gəndov kəndində dəfn edilmişdir.[2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 29.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  2. "Hərbi qulluqçumuz Kəlbəcərdə vəfat etdi - FOTO". www.xebertime.az (az.)). 30.01.2021. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.