SƏRF

is. [ ər. ] Xərc; sərf etmə, xərcləmə, işlətmə.
□ Sərf etmək (eləmək, qılmaq)1) xərc etmək, işlətmək, xərcləmək, pul və s. qoymaq (bir işə).
Əziz balalar!… Məktəb vasitəsilə öyrəndiyimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq, … biz üç yoldaş qüvvətimizi sərf etdik. N.Nərimanov.
Əziz artıq pul sərf edib özgə maşınına xəlvət minməyi sevməzdi. S.Rəhman;

2) xeyir vermək, xeyirli olmaq, lazım olmaq, sərfəli olmaq. Kar özünə sərf eyləyəni eşidər. ( Ata. sözü );
3) həsr etmək.
Qulam müəllimin arzusu o idi ki, yetmiş-həştad yaşına qədər ömür sürsün və bu ömrün hamısını da müəllimliyə sərf etsin… S.Rəhimov.
[Dustaq] vaxtının çoxunu oxumağa, yazmağa sərf edirdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRF I sərf bax xərc II sərf bax morfologiya
  • SƏRF xərc — çıxar — məsrəf

Omonimlər

  • SƏRF SƏRF I is. [ ər. ] Xərcləmə. Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var (H.Cavid). SƏRF II is
SƏRƏNCAMÇI
SƏRF₂
OBASTAN VİKİ
Fənni-Sərfi-Türki
Su sərfi
Su sərfi — axının canlı en kəsim sahəsindən bir saniyədə keçən suyun həcminə sərf deyilir. == Hesablanması == Su sərfi aşağıdakı düsturla hesablanır: Q = W ⋅ V m 3 / s a n {\displaystyle Q=W\cdot V{m}^{3}/san} (Q-su sərfi, W- en kəsiyi , V- suyun sürəti) Böyük sərflər adətən m 3 / s a n {\displaystyle {m}^{3}/san} , kiçik sərflər isə l / s a n {\displaystyle {l}/san} ilə ölçülür. Sərf axının əsas səciyyəvi elementlərindən biri hesab edilir. Müxtəlif hidrotexniki qurğuların, suvarma kanallarının layihələndirilməsində sərf məlumatlarından geniş istifadə olunur. Suvarma sistemləri üzrə su tələbatı qrafikləri, kanallar arasında su bölgüsü, təsərrüfatların suvarma və su dövriyyəsi planlarında sərf əsas göstərici kimi qəbul olunur. Sərf haqqında olan ölçmə məlumatlarına əsasən onun bir sıra hesabat göstəriciləri təyin edilir. Bu səciyyəvi göstəricilərə orta gündəlik, orta aylıq, orta illik, orta və ekstremal çoxillik sərflər daxildir. Bunlarla yanaşı, çayın daşqın, gursulu, azsulu fazalarına xas olan maksimal və minimal sərf göstəriciləri də təyin olunur. Axımı səciyyələndirən əsas göstəricilərdən biri də onun həcmidir. İstənilən vaxt üçün axımın həcmini sərf məlumatları əsasında müəyyən edilə bilər.
Sərfəli Sifariş Miqdarı
Sərfəli Sifariş Miqdarı modeli (ing. Economic order quantityEconomic order quantity) — bilinən ən qədim və ən çox istifadə edilən ehtiyatlara nəzarət metodu olub, ilk dəfə 1915-ci ildə Ford Harrisin nəşrlərində rast gəlinib. == Modelin şərtləri == Modeldən istifadə etmək rahat olsa da, bəzi şərtlərin ödənilməsi vacibdir. Bu şərtlər: Tələb müəyyən və sabitdir. Çatdırılma vaxtı- sifarişlərin verilməsi ilə təhvil alınması arasında müddət müəyyən və sabitdir. Sifariş edilən miqdar hissələrlə deyil, bütöv olaraq təslim edilir və sabitdir. Sifarişin təchiz olunma müddəti dəqiq bilinir və ya sıfıra bərabərdir. Əsas xərclər sifariş və ehtiyat saxlama xərcləridir ki, bunlar da il ərzində dəyişilmir. Güzəşt və endirimlər mövcud deyil. Əgər yuxarıda göstərilən şərtlərin biri və ya bir neçəsi ödənməssə SSM modelində dəyişikliklər edilərək istifadə olunur.

Digər lüğətlərdə