Su sərfi

Yellouston Milli Parkında çayın su sərfinin hesablanması (ABŞ)
Yellouston Milli Parkında çayın su sərfinin hesablanması (ABŞ)

Su sərfi — axının canlı en kəsim sahəsindən bir saniyədə keçən suyun həcminə sərf deyilir.

Su sərfi aşağıdakı düsturla hesablanır:

 (Q-su sərfi, W- en kəsiyi , V- suyun sürəti)

Böyük sərflər adətən , kiçik sərflər isə ilə ölçülür. Sərf axının əsas səciyyəvi elementlərindən biri hesab edilir. Müxtəlif hidrotexniki qurğuların, suvarma kanallarının layihələndirilməsində sərf məlumatlarından geniş istifadə olunur. Suvarma sistemləri üzrə su tələbatı qrafikləri, kanallar arasında su bölgüsü, təsərrüfatların suvarma və su dövriyyəsi planlarında sərf əsas göstərici kimi qəbul olunur.[1]

Sərf haqqında olan ölçmə məlumatlarına əsasən onun bir sıra hesabat göstəriciləri təyin edilir. Bu səciyyəvi göstəricilərə orta gündəlik, orta aylıq, orta illik, orta və ekstremal çoxillik sərflər daxildir. Bunlarla yanaşı, çayın daşqın, gursulu, azsulu fazalarına xas olan maksimal və minimal sərf göstəriciləri də təyin olunur.

Axımı səciyyələndirən əsas göstəricilərdən biri də onun həcmidir. İstənilən vaxt üçün axımın həcmini sərf məlumatları əsasında müəyyən edilə bilər.

Maksimal sərf çayların gursulu və daşqın dövrlərində əmələ gəlməklə ani vaxt və ya qısa müddətdə davam edir. Rusiya ərazisində olan çayların çoxu üçün gursulu dövr yaz fəslində qarın intensiv əriməsi ilə əlaqədardır. Çaylarda daşqının əmələ gəlməsinə yaz-yaypayız fəsillərində şiddətli yağışlar əsas səbəb olur.[1]

Əmələgəlmə xüsusiyytlərinə görə maksimal sərf üç qrupa bölünür.

  • Qar suyundan əmələ gələn maksimal sərf
  • Yağış suyundan əmələ gələn maksimal sərf
  • Qarışıq sular hesabına (qar və yağış suları) əmələ gələn maksimal sərf

Azərbaycan çaylarında maksimal sərf çay hövzələrində qarın intensiv əridiyi, güclü yağışlar düşdüyü yaz aylarında və yayın əvvəllərində təsadüf edilir. Bəzi dağıdıcı qüvvəyə malik maksimal sərfləri qismən tənzimləmək məqsədi ilə sədlər, suaşıran qurğular, dəmir və şose yollarının maneələrlə kəsişmə yerlərində sahilbərkidici işlər və digər qurğular layihə olunur.

Minimal sərf çayların azsulu dövründə- qış və yay-payız mövsümlərində təsadüf edilir. Minimal sərfi səciyyələndirən onun gündəlik və orta minimum qiymətləri hesab olunur. Minimal sərf göstəricilərindən suvarma, su təchizatı, gəmiçilik, energetika sahələrində münasib tələbatların ödənilməsini aşkar etmək üçün istifadə edilir.

  1. 1 2 Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.

Sərfin hesablanması