SƏRÇƏ

Bu quşun adı onun çıxardığı səslə bağlıdır. Bir sıra türk dillərində sərçə yerinə cib-cib, cıpçıq, cik-cik kimi sözlər işlədilir. Görünür, sərçə kəlməsi həmin sözlərin dəyişmiş formasıdır. Tatarıstan dilçiləri özlərinin işlətdikləri cıpçıq kəl­məsini quşun çıxartdığı səs əsasında izah edirlər.Özbəklər bunun yerinə, çumçuq işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SƏRAC
SƏRDABƏ
OBASTAN VİKİ
Adi sərçə
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Cek Sərçə
Kapitan Cek Sərçə (ing. Captain Jack Sparrow) ― "Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri. Personaj ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Cek Sərçənin şəxsiyyətinin formalaşdırılması zamanı The Rolling Stones musiqi qrupunun gitaristi Kit Riçardsdan və "Looney Tunes" personajı Pepe le Püdən istifadə olunmuşdur. Personajın göründüyü ilk film 2003-cü il istehsalı "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filmi olmuşdur. Cek bütün növbəti filmlərdə də görünmüşdür: "Ölünün sandığı" (2006), "Dünyanın sonunda" (2007), "Qərib sahillərdə" (2011) və "Ölülər nağıl danışmır" (2017). Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur. Daha sonra qan borcu olduğu əfsanəvi Deyvi Consdan qaçmağa və Ost-İnd Ticarət Şirkəti ilə mübarizə aparmağa çalışır.
Qaradöş sərçə
Qaradöş sərçə,İspan sərçəsi və ya söyüd sərçəsi (Passer hispaniolensis) sərçəkimilər ailəsinin bir üzvüdür.Əsasən Aralıq dənizi regionunda cənub-qərbi və mərkəzi Asia zonasında məskunlaşmışdır Ev sərçəsi ilə sıx bağlılığı ilə seçilirki bu da və hər 2 növ bioloji hibrid olaraq Aralıq dənizi sahillərində rast gəlinir,bu da növün taxomaniyasında,təsnifləşdirilməsində problem yaradır. İspan sərçəsi olduqca böyükdür,beləki onun uzunluğu 15-16 sm (6-6.5 in) -ə çatır və ağırlığıda 22-36 q aralığında dəyişir.BU ev sərçələrində çox az böyük və ağırdır , həmçinin daha uzundur . Erkəklərin tükləri ev sərçələrinin tükləri ilə eynidir.ancaq alt hissələrindəki çoxlu qara cizgi olması ilə seçilir.boz tacları və ağ yox boz yanaqları var Dişilərin tükləri ev sərçələrindən ciddi şəkildə fərqlənməsədə onlar arasında da fərqlər var.Dişinin yanaqları yüngül cizgili və soluq krem rəngli kürək cizgiləri var İki alt növ aşşınmış çoxalma xəzlərində çox az fərlilik göstərir,ancaq hər iki cinsdədə qış quş tüklərində fərqliliklər mövcuddur. Erkək yuvasında nümayiş olunarkən,sərçəninkindən bir az fərqli çağrı edir.Bu çağrı sərçə səsinə bənzər,ancaq yüksək səslə və yüksək pərdəli chveeng-chveeng, cheela-cheeli olaraq yazılan səslər çıxardır Ev sərçələri yumşaq və daha çox tschilp kimi səslər çıxardır ,əsasən ərazilərinə girən və çıxan quşlar üçün istifadə olunur.İspan sərçəsinin digər çağrıları demək olar ev sərçəsinin ki ilə eynidir.Yuvada cütləşmiş çiftlər tərəəfindən yumşaq bir quer quer quer,axın quşları tərəfindən isə quer-it uçuş çağrısı verilir və chur-chur-it çağrısı təhdid hallarında istifadə olunur.. İspanyol serçe Passer cinsi ve serçe ailesi Passeridae cinsindeki ev serçesinin yakın bir akrabasıdır İspan sərçəsi Passer cinsi və Passeridae sərçə ailəsinin üzvü ev sərçəsi ilə qohumdur Onun taksonomiyası, Aralıq dənizində olan ev sərçəsi ilə meydana gələn "bioloji qarışıqlıq" çox mürəkkəbdir. Aralıq dənizinin əksəriyyətində iki növdən biri və hər ikisi hibridizmi yalnız məhdud dərəcədə baş verir. Apennin Yarımadası və Korsikada iki növ əvəzinə, İspan sərçəsi ilə ev sərçəsi arasında olan bir sərçə tipi İtalyan sərçəsi ilə əvəzlənir.
Qısabarmaq sərçə
Qısabarmaq sərçə (Carpospiza brachydactyla) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Yayılma arealı Orta Şərq və Mərkəzi Asiya-nı, həmçinin Şimali Afrikanı əhatə edir. Ortalama uzunluğu 14,5-15,5 sm olan bu quşa daha çox quru (arid) iqlim şəraiti olan ərazilərdə rast gəlmək olar. Görünüşcə Qaya sərçəsi-nə bənzəsə də ondan döşündə zolaqların olmaması ilə fərqlənir. Köçəri növdür, yuvasını ağaclarda və ya sıx kollarda qurur.
Əsl sərçə
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Adi sərçələr
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Ev sərçəsi
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Oxuyan sərçələr
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Qaya sərçəsi
Qaya sərçəsi (Petronia petronia) Sərçəkimilər dəstəsinə aid bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubunu, həmçinin Şimali Afrika-nı əhatə edir. Əsasən qayalıq ərazilərdə müşahidə olunur. Həm erkəyi, həm də dişisi görünüşcə ev sərçəsinə bənzəyir. Lakin, başının yanlarındakı sarımtıl-ağ zolağı və nisbətən iri dimdiyi ilə ondan fərqlənir. Ortalama uzunluğu 15-17 sm olan bu quşlar daha çox müxtəlif bitki toxumları, giləmeyvələr və bəzən də həşəratlarla qidalanırlar.
Sərçəbed
Sərçəbed — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Sərçəbet
Sərçəbet — Tiflis quberniyasının Borçalı qəzasında (İndi Ermənistanın Taşir rayonundanunda) kənd adı. XIX əsrin sonlarından sonra bu kənd barədə mə’lumat yoxdur. Sərçəbet həm də Cılqaçayın bir qolunun adıdır. Əsli Sarıcabət. Azərbaycan dilində sarıca (torpağın süxurunun sarı rəngə çalmasını bildirir) və türk dillərində bət-"üz", "səth" sözlərindən ibarətdir (coğrafi şərait bildirən toponimlərdə "bət" sözü barədə bax: Irabad). Azərbaycanda Sarıca (Şəki rayonunu) yüksəkliyinin və oradakı Daşüz (daş və bət sözünün sinonimi olan "üz" sözlərindən; bə’zi tədqiqatçıların Daşüz adını "Kitabi Dədə Qorqud" eposunda "Daş oğuz" adı ilə eyniləşdirilmələri səhvdir) toponimləri ilə mə’naca eynidir.
Sərçəkimilər
Sərçəkimilər (lat. Passeriformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dünyanın hər yerində yayılmışdır. Azərbaycanda 150-yə qədər növü məlumdur. Uzunluqları 9,5 sm-dən (Kral quşu) 65 sm-ə dək (Quzğun) olur. Adətən 4–6, bəzən də 15–16 əlvan rəngli yumurta qoyurlar. Bir yaşında nəsil verməyə başlayır. Əksər növləri ildə 2–3 dəfə bala çıxarır. Torağaylar (Alaudidae): Açıq ərazilərdə yaşayırlar. Yuvalarını yerdə qururlar.
Sərçələr
Sərçələr (lat. Passeridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Sərçələr Azərbaycanda geniş yayılmışdır. Boyları minimal 5.5 sm, maksimal 10 sm olur və göyərçinlərə nisbətən daha kiçikdir.
Sərçəveh (Bayracı)
Sərçəveh (fars. سرچاوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 110 nəfər. yaşayır (19 ailə).
Sərçəveh (Sərdəşt)
Sərçəveh (fars. سرچاوه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 73 nəfər. yaşayır (17 ailə).
Sərçəvi qumluqca
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Sərçəçalan
Çöl sərçəsi
Ağac sərçəsi (Passer montanus) — Avrasiyada yaşayan sərçə növləridir.
Çığıran sərçələr
Çığıran sərçələr (lat. Tyranni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Şimal sərçəsi (növ)
Adi şimal sərçəsi
Adi şimal sərçəsi (lat. Plectrophenax nivalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinin şimal sərçəsi cinsinə aid heyvan növü. Plectrophenax nivalis nivalis. Plectrophenax nivalis insulae. Plectrophenax nivalis vlasowae. Plectrophenax nivalis townsendi.
Şimal sərçəsi
Şimal sərçəsi (lat. Plectrophenax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinə aid heyvan cinsi.

Digər lüğətlərdə