Qısabarmaq sərçə

Qısabarmaq sərçə (Carpospiza brachydactyla) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Yayılma arealı Orta ŞərqMərkəzi Asiya-nı, həmçinin Şimali Afrikanı əhatə edir. Ortalama uzunluğu 14,5-15,5 sm olan bu quşa daha çox quru (arid) iqlim şəraiti olan ərazilərdə rast gəlmək olar. Görünüşcə Qaya sərçəsi-nə bənzəsə də ondan döşündə zolaqların olmaması ilə fərqlənir. Köçəri növdür, yuvasını ağaclarda və ya sıx kollarda qurur.