TOP-HEAVY

adj möhkəm olmayan, dayanıqsız, düşə / dağıla bilən; That pile of books is top-heavy; it will fall O kitab topası möhkəm dayanmayıb; uçub dağılacaq

TOP HAT
TOP-HOLE
OBASTAN VİKİ
Falcon Heavy
Falcon Heavy — SpaceX şirkəti tərəfindən istehsal edilmiş təkrar istifadə edilən uçuş raketi. Falcon Heavy Falcon 9 raketinə əsaslanır.
Get Heavy
Get Heavy — Lordi studiya albomu. == Alboma daxil olan mahnılar == Scarctic Circle Gathering (intro) 01:02 Get Heavy 03:00 Devil Is a Loser 03:29 Rock the Hell Outta You 03:07 Would You Love a Monsterman?
Heavy Metal
Metal (və ya Hevi-metal; ing. Heavy Metal, ağır metal) — aqressiv ritmlər və həddən artıq distorsiyalı gitaralarla xarakterizə edilən rok musiqi növüdür. Bu növün kökləri 1964–1967-ci illərdə blüz və roku birləşdirərək yeni hard-rok növünü yaratdı. Bu musiqi növü daha çox gitara və baraban əsaslıdır. Metal öz məşhurluğunu 1980-ci illərdə daha çox növün ortaya çıxmasıyla artırdı. Ticari məqsədli olmayan bu musiqi növü, dünyada böyük bir dinləyici kütləsinə malikdir. Ən məşhur metal qrupları Black Sabbath, Iron Maiden, Judas Priest, Manowar, Metallica, AC/DC, Eric Burdon, Led Zeppelin və Deep Purpledur. == "Heavy metal" ifadəsinin mənşəyi == Ehtimallardan birinə görə Uilyam S. Borrousun 1962-ci ildə yazdığı "The Soft Machine" adlı romanının obrazlarından biri olan "Uranlı Villi, ağır metal uşaq"dan götürülüb. "Blue Oyster Cult"un prodüseri, meneceri, bəstəkarı və şairi olan Sendy Perlman 1970-ci ildə "ağır metal" ifadəsini ilk dəfə roka daxil etdi. Başqa versiyaya görə 1960-cı illərin axırında Led Zeppelin, Black Sabbath, The Move kimi qrupları olan Birmingem şəhəri sənayenin ürəyi sayılırdı və bəziləri "ağır metal" ifadəsinin buradan yarandığını ehtimal edir.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar. Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Kawasaki Heavy Industries
Kawasaki Heavy Industries Ltd. (KHI) (yap. 川崎重工業株式会社, Romanizasiya: Kawasaki Jūkōgyō Kabushiki-gaisha), Yaponiyada yerləşən bir ağır sənaye şirkətidir. Şirkət 15 oktyabr 1896-cı ildə Shōzō Kawasaki tərəfindən yaradılmış olub, motosikl, iş maşınları (ağır texnika), aerokosmika sənayesi ilə müdafiə sənayesi sahəsində fəaliyyət göstərir. Şirkətin mərkəzi Kobenin Chūō və Tokionun Minato bölgələrində yerləşir.
Avtomatik top
Avtomatik top — sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Brilliant top
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV–XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla "atəşə tutan" komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT — cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Top (şahmat)
Top — Şahmat fiquru. Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Top gölü
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir. == Ümumi məlumat == Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir. Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Top göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kiçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. == Top göyərtələrinin sayına görə gəmilərin təsnifatı == Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
ZZ Top
ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu. Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.
Relativistic Heavy Ion Collider
Relativist (nisbi) Ağır İon Toqquşdurucu Gerçək zaman maşını ilə kainatın başlanğıcının tapılmasını təsəvvür edin. Relativist (nisbi) ağır ion toqquşdurucunun (en. RHIC – RAİT) çevrəsinin uzunluğu 2,5 mildir (~4.0 km) və 700 nəfər adam tərəfindən nəzarət edilir. RAİT-in inşası 600 milyon dollardan artıq qiymətə başa gəlib və illik saxlanılma xərci 150 milyon dollardan artıqdır. Əgər Nyu York, Uzun Adada yerləşən Relativist ağır ion toqquşdurucudakı qızıl ionları bir birinə çırpılsalar bu görüş 7,2 triliyon Faranheyt dərəcədən çox (~4 triliyon dərəcə Selsi) temperature əmələ gətirə bilər. Bu, zərrəcikləri əridəcək qədər yüksək temperaturdur, Zərrəciklər ayrıldıqca onların ibarət olduğu bloklar-kvarklar və qluonlar-maddənin yeni vəziyyətinə — kvark-qluon plazmaısına keçmək üçün birləşirlər. Çarpışma başa çatıb materiallar soyuduqda protonlar və neytronlar təsir kimi 4.000 subatomik zərrəcik əmələ gətirərək yenidən yaranır. Alimlər RAİT-i istifadə etdikcə ilk milyonuncu saniyəsi ərzində böyük partlamanın şərtlərini təkrarlamağa cəhd göstərirlər. Elm üçün istifadəsi RAİT-də fiziklər universal maddənin formalaşmasını daha çox anlamaqdan ötrü qızıl atomlarını elektronlarından arınaraq pozitiv yüklü ionlara çevirməsi üçün səylə sürətləndiricidən (akseleratordan) keçirirlər. Dairəvi borucuqlara buraxılmış həmin ionların sürəti çarpışmadan əvvəl işıq sürətinin 99,9%-nə qədər yüksəlir.
Dutch Top 40
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Gümüş top (Portuqaliya)
Gümüş top (por. Bola de Prata) — Portuqaliya Premyer Liqasının mövsüm ərzində bombardir olmuş oyunçusuna təqdim edilən mükafat. Əgər mükafata eyni anda 2 və ya daha çox futbolçu namizəd olarsa bu halda mükafat daha az oyun keçirmiş futbolçuya təqdim edilir. Mükafat ilk dəfə olaraq idman qəzeti sayılan A Bola tərəfindən 1952/53 mövsümünün sonunda sahibinə təqdim edilmişdir.
Qızıl top 1956
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı ilk dəfə 1956-cı ilin 18 dekabrında Stenli Metyuz qazanmışdır.
Qızıl top 1957
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1957-ci ilin 17 dekabrında Alfredo Di Stefano qazanmışdır.