tornaçılıq
torpaq
OBASTAN VİKİ
Toronto
Toronto — Kanadada ən böyük şəhər. Ontario əyalətinin mərkəz şəhəridir. Əhalisinin sayı 2,7 milyondan çoxdur. Kanadada əhalinin ən çox məskunlaşdığı şəhər hesab olunur. Bölgə (Böyük Toronto Ərazisi; Greater Toronto Area - GTA) əhalisinin sayı 5.113.149 nəfərdir. Toronto beynəlxalq ticarət, maliyyə, incəsənət və mədəniyyət mərkəzi olmaqla, dünyanın ən multikultural və kosmopolitan şəhərlərindən biri kimi tanınır. İnsanlar artıq 10.000 ildən çoxdur ki, çaylar, dərələr və meşələrdən ibarət geniş yamaclı bir yaylada yerləşən Torontonun ərazisində məskunlaşmışlar. Şəhər, Kanadanın ən böyük 5 bankının mərkəzi olan və bir çox böyük yerli və xarici şirkətin əsas qərargahı sayılan Toronto Birjasına ev sahibliyi etməkdədir. İqtisadiyyatı texnologiya, dizayn, maliyyə xidmətləri, təhsil, incəsənət, moda, biznes xidmətləri, ekoloji yeniliklər, qida xidmətləri və turizm sahələrində bir sıra üstünlüklərə malikdir. == Tarixi == === XIX əsrə qədər === === XIX əsr === === XX əsr === === XXI əsr === == Coğrafiya == == Mədəniyyəti == === Turizm === === İdman === ==== Yarışlar ==== == İqtisadiyyat == == Memarlıq == == Təhsil == Torontoda ibtidai və orta təhsili təmin edən dörd ictimai məktəb şurası fəaliyyət göstərir: "Gələcəyim"Katolik Məktəb Şurası, Viamonde Məktəblər Şurası(CSV), Toronto Katolik Rayon Məktəblər Şurası(TCDSB) və Toronto Şəhər İdarə Heyəti(TDSB).
Rockstar Toronto
Rockstar Toronto (əvvəllər — Rockstar Canada) — Oakvill, Ontario, Kanadada yerləşən Rockstar Games şirkətinin hesabatlarının aparıldığı və oyunların təkmilləşdirildiyi ofisi. Ofis Toronto şəhərindən təxminən 20 dəqiqəlik yolda yerləşir. Şirkət 2002-ci ilədək Rockstar Canada adı altında fəaliyyət göstərsə də, 2002-ci ildə Rockstar Games tərəfindən adı dəyişdirilərək Rockstar Toronto adlandırılmışdır. Nintendo Wii oyun konsolunun satışa çıxarılmasından sonra, Rockstar Toronto bu konsol üçün oyunların portasiya edilməsini öz üzərinə götürdü. Onların son layihəsi: 2015-ci ildə satışa çıxarılan Grand Theft Auto V videooyunu olmuşdur.
Toronto Raptors
Toronto Reptors — Ontario əyalətini Toronto şəhərini təmsil edən Kanadanın peşəkar basketbol klubu. ABŞ Milli Basketbol Liqasındakı (NBA) Şərq Konfransının Atlantik qrupunda mübarizə aparır.
Toronto Reptors
Toronto Reptors — Ontario əyalətini Toronto şəhərini təmsil edən Kanadanın peşəkar basketbol klubu. ABŞ Milli Basketbol Liqasındakı (NBA) Şərq Konfransının Atlantik qrupunda mübarizə aparır.
Toronto Universiteti
Toronto Universiteti (ing. University of Toronto) — Şimali Amerikanın ən böyük elmi-tədqiqat mərkəzlərindən biri. Ali məktəb Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşir. == Tarixi == 15 mart 1827-ci ildə kral IV Georq Yuxarı Kanadada Kral Kollecinin yaradılması haqqında xartiya imzalayır. Dini yönümlü kollecin ilk prezidenti Toronto şəhərinin Anqlikan kilsəsinin yepiskopu Con Straçan təyin edilir. Həmin il Kral Kollecinin üçmərtəbəli yunan intibahı üslubunda inşa edilmiş və hazırda tarixi abidə kimi qorunan binası tikilir. ilə sıx əlaqələr qurur. 1849-cu ildə Yuxarı Kanadanın yeni yaradılmış məsul hökuməti səs çoxluğu ilə Kral Kollecinin Toronto Universiteti adlandırılması haqqında qərar verir. Ali məktəb bütünlüklə kilsə ilə əlaqəni kəsir. 1878-ci ildə universitetin Tətbiqi Elmlər Məktəbi yaradılır və Skule adlandırılır.
Toronto bayrağı
Toronto bayrağı (fr. Drapeau de Toronto) – Kanadanın Ontario əyalətinin Toronto şəhərinin bayrağı. 21 yaşlı Corc Braun Kolleci tələbəsi Rene de Santis tərəfindən dizayn olunmuşdur və 1974-cü ildə Qədim Toronto Bayraq Dizayn Komitəsinin təşkil etdiyi müsabiqədə qalib gəlmişdir. 1997-ci ildə şəhərlə bağlı aparılan dəyişikliklərdən sonra yeni şəhər şurası yeni dizayn axtarmağa başlamış, lakin təklif olunan variantların heç birini qəbul etməmişdir. De Santis orijinal bayraq üzərində bir neçə kiçik dəyişiklik aparmağı təklif etmiş və hazırladığı yeni bayraq 1999-cu ilin oktyabrında qəbul olunmuşdur. Bayraqda göy fonda Toronto Şəhər Zalının əkiz qüllələri təsvir olunmuşdur. Ən aşağıdakı qırmızı ağcaqayın yarpağı isə qüllələrin aşağısındakı Şura Bölməsini təmsil edir. Yuxarıdakı və qüllələr arasındakı boşluq "T" hərfi şəklindədir və şəhərin adının ilk hərfinə işarədir. Bayrağın bir versiyası Toronto Yanğınsöndürmə Xidmətinin sərəncamında olan "William Lyon Mackenzie" yanğınsöndürən qayığında istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == Toronto bayrağı Toronto.ca rəsmi saytında.
Came məscidi (Toronto)
Came məscidi – Kanadanın Toronto şəhərində yerləşən məscid. Hay-Parkın şərqində yerləşir. Şəhərin ən qədim islam mərkəzidir və "bütün Toronto məscidlərinin anası" adlandırılır. Məscid binası 1930-cu ildə presviterian kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Torontonun alban və boşnaklardan ibarət müsəlman icması binanı satın almış və burada şəhərin ilk islam mərkəzini qurmuşdur. == Tarixi == Məscidin camaatı 1961-ci ildə qurulmuşdur və ilk görüşü bir dəri mağazasında baş tutmuşdur. Məscidin yerləşdiyi tikili 1930-cu ildə Con Frensis Braun tərəfindən Hay-Park Presviterian Kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Toronto Müsəlman Cəmiyyəti Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Əl Səudun ayırdığı qrant sayəsində tikilini satın almış və Torontonun ilk daimi məscidinə çevirmişdir. İlk dövrlərdə məsciddə ibadət edənlər arasında bir çox Təbliğ camaatı üzvləri olsa da, Qucarat müsəlmanlarının Torontonun şərqinə axın etməsindən və 1981-ci ildə Mədinə məscidinin qurulmasından sonra onların sayı azalmışdır. == Mübahisələr == Məscidin imamı olmuş İbrahim Hüseyn Malabarinin 2004-cü ildə Əbdülrəhman Əl-Sudeysi Şimali Amerika İslam Cəmiyyətinin konfransına dəvət etməsi mübahisəyə səbəb olmuş, Bney-Brit bu barədə narahatlığını bildirmişdir.
Cami məscidi (Toronto)

Toronto Metropolitan Universiteti
Toronto Metropolitan Universiteti (TMU) — Kanadanın Toronto şəhərində ictimai tədqiqat universiteti. == Akademik strukturu == Universitetdə 7 akademik bölmə/fakültə fəaliyyət göstərir: İncəsənət fakültəsi İctimai Xidmətlər fakültəsi Mühəndislik və Memarlıq fakültəsi Elm fakültəsi Yaradıcılıq məktəbi Linkoln Aleksandr Hüquq məktəbi Ted Roçers İdarəetmə məktəbi. Məktəb universitetin biznes məktəbi kimi xidmət edir. Universitetdə həmçinin G. Raymond Şang Davamlı Təhsil məktəbi xidmət göstərir. Məktəb 400-dən çox kurs təklif edir. Əksər fakültələr daha kiçik şöbələrə və məktəblərə bölünür. Universitet Kanada Universitetləri və Beynəlxalq Universitetlər Assosiasiyası kimi bir sıra Milli və Beynəlxalq təhsil təşkilatlarının üzvüdür. Universitetin Biznes məktəbi həmçinin Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası tərəfindən akkreditə olunub. == Tarixi == Universitet 1948-ci ildə Kanadanın qərbində Dövlət məktəbləri və Müəllim kollecləri sisteminin inkişafında böyük rolu olan Egerton Rayersonun adını daşıyan Rayerson Texnologiya İnstitutu kimi təsis edilmişdir. 1964-cü ildə müəssisə əyalət qanunvericiliyinə uyğun olaraq yenidən təşkil edildi və Rayerson Politexnik İnstitutu adlandırıldı.
Toronto Beynəlxalq Film Festivalı
Toronto Beynəlxalq Film Festivalı (ing. Toronto International Film Festival) qısaca TIFF — hər il 480 mindən çox insan iştirak edən dünyanın ən böyük ictimai film festivallarından biri. 2016-cı ildə festivalda 83 fərqli ölkənin istehsalı olan 397 film ekranlarda göstərildi. Festivalda 480 min nəfər izləyicini 5 min nəfərlik işçi heyəti qarşılamışdır. Festival 1 maydan sonrakı cümə axşamı gecəsi (Kanadada sentyabr ayının ilk bazar ertəsi günü) başlayır və on bir gün davam edir. Festivalda həmçinin Xalqın seçimi mükafatı tədbiri də keçirilir. Festivalın hazırkı idarəçi direktoru Kameron Beleydir. 2021 Toronto Beynəlxalq Film Festivalı 9-18 sentyabr 2021-ci il tarixi aralığında baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == tiff.net — Toronto Beynəlxalq Film Festivalının rəsmi saytı Toronto Beynəlxalq Film Festivalı — Internet Movie Database saytında.