Cami məscidi (Toronto)

Came məscidiKanadanın Toronto şəhərində yerləşən məscid. Hay-Parkın şərqində yerləşir. Şəhərin ən qədim islam mərkəzidir və "bütün Toronto məscidlərinin anası" adlandırılır.[2][3]

İslam
Came məscidi
Xeyir-duası 1968[1]
Yerləşməsi
Ölkə
Ştat Ontario
Şəhər Toronto
Memarlıq
Üslubu keçmiş presviterian kilsəsi
Came məscidi xəritədə
Came məscidi
Came məscidi
Saytı
isnacanada.com/locations/jami-mosque-toronto

Məscid binası 1930-cu ildə presviterian kilsəsi kimi tikilmişdir.[2] 1969-cu ildə Torontonun albanboşnaklardan ibarət müsəlman icması binanı satın almış[2] və burada şəhərin ilk islam mərkəzini qurmuşdur.[3]

Məscidin camaatı 1961-ci ildə qurulmuşdur və ilk görüşü bir dəri mağazasında baş tutmuşdur. Məscidin yerləşdiyi tikili 1930-cu ildə Con Frensis Braun tərəfindən Hay-Park Presviterian Kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Toronto Müsəlman Cəmiyyəti Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Əl Səudun ayırdığı qrant sayəsində tikilini satın almış və Torontonun ilk daimi məscidinə çevirmişdir.[4]

İlk dövrlərdə məsciddə ibadət edənlər arasında bir çox Təbliğ camaatı üzvləri olsa da, Qucarat müsəlmanlarının Torontonun şərqinə axın etməsindən və 1981-ci ildə Mədinə məscidinin qurulmasından sonra onların sayı azalmışdır.[5]

Məscidin imamı olmuş İbrahim Hüseyn Malabarinin 2004-cü ildə Əbdülrəhman Əl-Sudeysi Şimali Amerika İslam Cəmiyyətinin konfransına dəvət etməsi mübahisəyə səbəb olmuş, Bney-Brit bu barədə narahatlığını bildirmişdir. Belə ki, Əl-Sudeys daha əvvəllər yəhudilər haqqında "insan irqinin çirkabı, dünyanın siçavulları, peyğəmbərlərin qatilləri, meymun və donuzların nəvələri" kimi ifadələr işlətmişdi.[6]

2017-ci ildə məscidin Kəşmirdə hindlərlə döyüşən pakistanlı militanlara dəstək üçün pul toplama kampaniyası apardığı üzə çıxmışdır. Nəticədə, kampaniyanı təşkil edən Şimali Amerika İslam Cəmiyyəti xeyriyyə təşkilatı statusunu itirmiş və 500.000 dollar məbləğində cərimə olunmuşdur.[7][8]

  1. Kernaghan, Tom G. OAK, Jami Mosque served changing community Arxivləşdirilib 2011-07-14 at the Wayback Machine
  2. 1 2 3 Doors Open Toronto, "Jami Mosque", 2009
  3. 1 2 Jami Mosque: About us Arxiv surəti 1 fevral 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-02-01 at the Wayback Machine
  4. Architectural Conservatory of Ontario. "Jami Mosque". 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2024.
  5. Masud, Muhammad Khalid. "Travellers in faith: studies of the Tablīghī Jamāʻat", p. 227
  6. Ali Sharrif. "No-show sheikh rattles Jewish-Muslim relations". NOW Magazine. 2004-06-01. 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2024.
  7. Stewart Bell. "CRA suspends, fines major Islamic charity over concerns it may have 'provided resources' to armed militants". Global News. 2018-10-01. 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2024.
  8. McLean, Jesse. "Star Investigation: Federal audit raises concern that Canadian charity funded terror". The Toronto Star (ingilis). 2013-07-25. ISSN 0319-0781. 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]