Qara tut

Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü.

Qara tut
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir.

Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır[2]

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır. Yarpaq ayası yumurtaşəkilli, ürəkvari və ya silindrik formada olub, üst tərəfdən parlaq, tünd yaşıl, alt tərəfdən isə bozumtul-yaşıl rənglidir. Qara tut ağ tuta nisbətən yarpağını gec tökür. Çiçəkləri bircinsli, erkək və dişi çiçəkləri hamaş çiçək qrupları əmələ gətirir. Mart-aprel aylarında çiçəkləyir. Meyvəsinin uzunluğu 2–2,5 sm-ə çatır, bənövşəyi-qara rənglli, iyun-iyul aylarında yetişir. Tоxum və calaq vasitəsilə çoхaldılır.

Qara tut ağacı ağ tuta nisbətən gec inkişaf edir, quraqlığa və soyuğadavamlı, torpağa tələbkar olmayan, istisevən bitkidir. Dinclik dövrü 4–5 ay çəkir. Gec yarpaqlayaraq özünü soyuqdan qoruya bilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bütün rayonlarda geniş yayılmışdır.

Meyvələrindən sirkə, doşab, şərab hazırlanır. Meyvələri orqanizmdə qanı artırır, susuzluğu aradan qaldırır, maddələri tənzimləyir, soyuqdəymədə yаxşı təsir göstərir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 986.
  2. "Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009" (PDF). 2022-03-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-06-21.