Tut çanaqlı yastıcası (lat. Pseudolaspis pentagona Targ.)-Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinin Yastıcalar fəsiləsinə aid olan növ
Tut çanaqlı yastıcası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Tut çanaqlı yastıca |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Mərdəkan dendrarisində tut və söyüd bitkisi üzərində aparılan müşahidələrə əsasən, tut yastıcasının dişi fərdinin bədəni oval formada, sarı və ya açıq limon rəngində, uzunluğu 1,0-1,5 mm olmaqla çanağın altında yerləşir. Qanadları və ayaqları yoxdur. Dişi fərdin çanağı 1,5-2,5 mm uzunluqda, ağ-sarımtıl rəngdə olmaqla girdə və yastıdır. Erkək fərdi dişi fərddən fərqləndirən, onun sarı rəngdə bir cüt qanadlara malik olmasıdır. Erkəklərin nimfal çanağı ağımtıldır, uzunsovdur, 1 sürfə çanaqcığına malikdir ki, bu da çanağın baş tərəfində yerləşir. Yanlarda 2 ədəd uzunsov nov vardır. Sürfə çanağı çox yumşaq olub, içərisində erkək fərdlər inkişaf edir. Yetkin erkək fərdlər qanadlıdır, 3 cüt ətrafa, bığcığa və gözlərə malikdir. Uzun kopulyativ aparat aydın görünür. Rəngi sarımtıl narıncı rənglidir. Bədənin ölçüsü 0,7-1,0 mm-dir (cinsi orqan bura daxil deyildir). Erkəyin inkişafı nimfal çanağın altında gedir, yetkin halda çanağın altından (arxa tərəfdən) çıxır və ucurlar.[2]
Abşeron şəraitində dişi fərdlər, 8-140C temperaturda aprel ayının əvvəli və ortalarında yumurta qoymağa başlayırlar.Yumurta qoyma prosesi təxminən 30-40 gün davam edir. Çanağının altında yumurtalar olan dişi fərdlərə mayın sonuna qədər təsadüf olunur. Yumurtadan 6-8 günlük inkişafdan sonra “avara sürfələr” çıxır. Yumurtaqoyma aprelin axırı, mayın əvvəlinədək davam edir. May ayının ortalarında yumurtalardan sürfələr çıxmağa başlayır və 12-14 gün davam edir.Tut çanaqlı yastıcası Abşeronda tut ağacı üzərində ildə 3 nəsil verir. Zərərvericinin mayalanmış dişi fərdləri qışlayır. Martın sonundan etibarən yastıcalarda oyanma başlanır. Bədən yavaş-yavaş böyüyür, yumurta hüceyrələr formalaşır. Yumurtalar oval formadadır, rəngləri müxtəlifdir – açıq sarı, tünd sarı və narıncı rənglidir. Bu yumurtalar ucları ilə bir - birinə yumşaq ağ rəngli mumla yapışaraq zəncirlər əmələ gətirir. Adətən zəncirlərdə yumurtaların sayı 10 - 12 ədəd olur. Beləliklə Abşeron yarımadasında tut çanaqlı yastıcası 3 nəsil verir. Bir dişi fərd yaşadığı müddətdə 150-dən 200-ə qədər yumurta qoya bilir. Yumurta oval formada olmaqla ağ, sarımtıl və bir də narıncı rəngdə, dişi fərdin bədəninin alt hissəsində olur.
I nəslin sürfələrinə mayın II ongünlüyündə təsadüf ounur, sürfələrin kütləvi cıxışı mayın II ongünlüyünün sonunda başlanır. “Avara sürfələr” yastı oval formadadır, aktiv hərəkət edirlər. Gözlərə, ətraflara və bığcığa malik olur. Yumurtanın rəngindən asılı olaraq çıxan “avara sürfələr” də ağımtıl sarı, sarı və narıncı rəngdə olur. Bu nəticələr ədəbiyyat məlumatları ilə də təsdiq olunur.
Sürfələr aktiv hərəkət edir, bir neçə saatdan 1-2 günə qədər aktiv hərəkətdə olurlar. Avara sürfələr bitkinin yeni açılmış pöhrələrinə dırmaşır, bitkinin şirəsini sormaq üçün əlverişli yer axtarırlar. Sonra sürfələr bitkiyə yapışır, ətraflar, bığcıqlar itir, mum saplar ayrılaraq ilkin çanaqcıq yaranır. Dişi fərdlər əsasən bitkinin cavan zoğlarına, yeni pöhrələrinə yapışır, erkək fərdlər isə qismən yaşlı zoğlara, budaqlara yapışır. Ağımtıl sarı rəngli sürfələrin çanaqcığı ağımtıl şəffaf, narıncı rəngli sürfələrin çanaqcığı isə qızılı rəngdə olur. Çanaqlı yastıcalar tamamilə bitkinin zoğ və budaqlarını örtərək bütöv kaloniyalar yaradır ki, bu kaloniyalarda erkək fərdlərin nimfal çanaqları dişilərin üstünü örtərək onların müxtəlif parazitlərlə yoluxmasını çətinləşdirir.
I yaşlı sürfələr 15-18 günlük inkişafdan sonra II yaşlı sürfələrə çevrilir. Artıq mayın III, iyunun I ongünlüyündə erkək və dişi fərdlər bir-birindən kəskin fərqlənir. Bu dövrdə dəyirmi ağ çanaqlı dişi fərdləri və uzunsov, bir tərəfi tamamilə sərbəst ağ çanaqlı erkək fərdləri bir-birindən asan ayırmaq olur. Ümumiyyətlə tut çanaqlı yastıcası yeganə növdür ki, hələ yumurta mərhələsində yumurtalar müxtəlif rəngdə olur: ağımtıl sarı, sarımtıl, sarımtıl narıncı rəngli. Yumurtanın rəngindən asılı olaraq çıxan avara sürfələr də ağımtıl sarı, sarı, narıncı rəngdə olur. Tut çanaqlı yastıcasında partenogenez çoxalma mümkün deyildir. Erkək fərdlərlə cütləşməyən dişi fərdlər yumurta qoya bilmirlər Ağımtıl sarı rəngli sürfələrin çanaqcığı ağımtıl şəffaf, narıncı rəngli sürfələrin çanaqcığı isə qızılı rəngdə olur. Beləliklə artıq, I yaşlı sürfələrdə cinsi dimorfizm aydın görünür.
İyunun II - III ongünlüyündə II yaşlı sürfələr dişi fərdlərə çevrilir. Bu dövrdə erkəklərin uçuşu baş verir. Erkəklərin kütləvi uçuşu 15-20 gün davam edir. Bir qisim erkəklərə 30-35 gündən sonra da təsadüf olunur. Erkək fərdlər ağız aparatına malik olmadığından 2-3 gün yaşayırlar. Bunlar dişilərlə cütləşdikdən sonra məhv olur. Dişilər mayalandıqdan sonra yenidən yumurta qoymağa başlayırlar.
İyunun III ongünlüyü, iyulun I ongünlüyündə II nəslin inkişafı başlanır. II nəslin yumurta qoyan dişiləri iyunun III ongünlüyündə yaranır və iyulun ortalarına qədər təsadüf edir. II nəslin erkəkləri avqustun əvvəllərində uçur. İyulun II-III ongünlüyü, avqustun əvvələrində artıq I və II yaşlı sürfələrdən (70-80%), cavan-yetkin dişilərdən ibarət yastıca koloniyalarına təsadüf olunur. Avqustun II-III ongünlüyündə III nəslin yumurta qoyan dişiləri yaranır. Erkəklərin uçuşu sentyabrın sonu oktyabrın I yarısında baş verir.
Yumurtadan çıxan birinci yaş sürfə yaxşı inkişaf etmiş 3 cüt ayağa malik olur. Sürfələr çanağın altından çıxaraq bitkilərin gövdə, budaq və zoğlarına, yarpaq və meyvələrinə zərər verirlər. Tut qalxanlı yasticasi intensiv çoxalan zərərvericidir. O, qisa müddətdə ağaclar üzərində külli miqdarda toplaşaraq koloniyalar əmələ gətirir. Bitkilərin zərərverici ilə yoluxması nəticəsində, ağacların yarpaqları tökülür, budaqları və zoğları quruyur, meyvələrin keyfiyyəti aşağı düşür. Polifaqdır, müxtəlif meyvə agaclarına, dekorativ-park və meşə bitkilərinə zərər vurur. Polifaqlıq, çox yüksək yumurta qoyma qabiliyyətinin olması, böyük ekoloji plastikliyi nəticəsində, zərərvericinin müxtəlif ekoloji şəraitə asan uyğunlaşması nəticəsində canaqlı yastıca çox böyük sürətlə yayılır və yayılma arealı gündən-günə genişlənir. Azərbaycanda bu zərərverici müxtəlif meyvə ağaclarına alma, armud, şaftalı, göyəm, gavalı, gilənar, tut, alça, akasiya ağaclarının budaqlarında, gövdələrində yayılmışdır. Xüsusən tut ağaclarının gövdə və budaqlarında iri koloniyalarla yayılır, çox böyük zərər vurur, 3-4 il ərzində iri ağacların qurumasına gətirib çıxarır. Subtropik bitkilərdən limon və naringi üzərində yaşayır, güclü yoluxmada çox böyük zərər vurur. Dekorativ bitkilərdən Lənkəran akasiyası və söyüdə daha çox zərər vurur.[3].
Tut çanaqlı yastıcanın bioekoloji xüsusiyyətlərini daha yaxşı tədqiq etmək üçün onun laboratoriyada kartof yumruları üzərində artırılması metodikası işlənib hazırlanmışdır.Bu məqsədlə üstü hamar kartof yumruları bu yastıca ilə yoluxdurulur. Təbii şəraitdə tut çanaqlı yastıca ilə yoluxmuş bitkinin hər hansı bir hissəsi kəsilir və saxlanılır. Sürfələrin kütləvi çıxışı dövründə kartof yumruları zərərverici ilə yoluxdurulur.
Tut qalxanlı yastıcası Şərqi Asiya mənşəlidir, vətəni Çin, Koreya, Yaponiya sayılır. Sonralar bu zərərverici bitkilərlə subtropik iqlimə malik Avropa dövlətlərində yayılmışdır. Hal-hazırda nəinki subtropik iqlimli, eləcə də mötədil iqlimə malik dövlətlərdə də yayılaraq əksər ağac və kolların aqressiv düşməninə çevrilmişdir. ABŞ, Almaniya, Bolqarıstan, Fransa, İtaliya, İngiltərə, İsveçrə, İspaniya, Macarıstan, Yunanıstan, Gürcüstan, Əfqanıstan, İran, Suriya, Türkiyə, Yaponiya, Çin, Azərbaycan.