TƏFRİX’Lİ
TƏHBƏND
OBASTAN VİKİ
Niderlandda təhsil
Niderlandda təhsil — Qərbi Avropada yerləşən Niderland Krallığında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Niderland tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Ali təhsil == Niderland dövlət universitetlərində təhsil özəl universitetlərə nisbətən çox ucuzdur. Buna baxmayaraq, dövlət universitetlərində təhsil almaq burada daha şöhrətli və populyardır.
Nizami Təhməzov
Nizami İsa oğlu Təhməzov (19 oktyabr 1947, Dəmirçilər, Qubadlı rayonu – 20 yanvar 2018, Bakı) — general-mayor, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının hərbi prokuroru (1993–1995). == Həyat və fəaliyyəti == Nizami İsa oğlu Təhməzov 19 oktyabr 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. İlk ibtidai təhsilini ana yurdu Dəmirçilərdə, orta təhsilini isə qonşu Dondarlı kəndində almışdır. 1965–1969-cu illərdə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Respublika prokurorluğuna göndərilir. Bir müddət Ağdam, Şahbuz, Kürdəmir, Neftçala, Lənkəran və Bakının Əzizbəyov rayon prokurorluğunda müstəntiq işləyir. Daha sonra Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilir. 1984-cü ildə Bakı şəhər prokurorluğunda mühüm işlər müstəntiqi vəzifəsinə təyin olunan Nizami Təhməzov həmin vəzifədə 1992-ci ilə kimi çalışmışdır. Nizami Təhməzov 25 avqust 1993-cü ildə H. Əliyevin fərmanı ilə Respublika Hərbi prokuroru təyin olunmuş və fəaliyyətin ilk vaxtlarında ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilmişdir. Nizami Təhməzov 70 yaşında ürək çatışmazlığından dünyasını dəyişmişdir.
Norveçdə təhsil
Norveçdə təhsil 6-16 yaşlı uşaqlar üçün icbaridir. == Ali təhsil == Norveçdə altı universitet, altı ixtisaslaşmış institut, 25 institut, iki dövlət incəsənət institutu və 29 özəl ali məktəb vardır. 2005-ci il məlumatına görə ali məktəblərdə 211 min tələbə təhsil alır. Əsas universitetləri bunlardır: Bergen Kafedral Məktəbi (norv. Bergen Katedralskole, lat. Scholae Bergensis Cathedralis) — Bergen şəhərində Domkirke kilsəsi yaxınlığında yerləşir və 400 tələbəsi vardır. Bergen Universiteti (norv. Universitetet i Bergen) — 1946-cı ildə yaradılıb. Altı fakültəsi vardır. Norveç Təbiət və Texniki Elmlər Universiteti.
Orta təhsil
Orta təhsil – əksər ölkələrin maarif sistemində əsas təhsil dərəcəsinin ənənəvi adı. Orta təhsil adı təhsil səviyyəsinin təbəqələşməsi nəticəsində yaranmışdır. Orta ixtisas təhsili – xalq təsərrüfatı, səhiyyə və mədəni-maarif müəssisələri üçün orta ixtisas təhsilli mütəxəssislər hazırlanması sistemi. XX əsrin I yarısından müstəqil təhsil sahəsi kimi formalaşmışdır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Pakistan Təhrik-i İnsaf
Pakistan Təhrik-i İnsaf — Pakistanda siyasi partiya.Sədri keçmiş kriket oyunçusu İmran Xandır.
Pakistan Təhriki Təliban
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Paris Şəhər Sənaye Fizikası və Kimyası üzrə Ali Təhsil İnstitutu
Paris Şəhər Sənaye Fizikası və Kimyası üzrə Ali Təhsil İnstitutu (fr. École supérieure de physique et de chimie industrielles de la ville de Paris və ya ESPCI) — 1882-ci ildə Fransanın Paris şəhərində əsası qoyulmuş institut. == Məşhur məzunlar == Frederik Jolio-Küri: Nobel mükafatı laureatı. Fransız fizik.
Paşa Təhməzov
Paşa Qurban oğlu Təhməzov (23 mart 1949, Lənkəran – 23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Paşa Təhməzov 23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur. Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, "23 Avqust" meydanında büstü qoyulmuşdur.
Pedaqoji təhsil
Pedaqoji təhsil – ümumtəhsil və ixtisas məktəblərində, tədris-tərbiyə müəssisələrində təlim-tərbiyə işi üçün tələb olunan ixtisaslı kadrların hazırlanması sistemi. == Əsas pedaqoji anlayışlar == Pedaqoji fəaliyyət böyüməkdə olan nəslin tərbiyəsi ilə məşğul olan ictimai əhəmiyyətli peşəkar fəaliyyətdir. O, təhsil prosesi çərçivəsində baş verir və məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin tərbiyəsi, inkişafı üçün münasib şəraitin yaradılmasına yönəldilmişdir. Pedaqoji fəaliyyət yalnız uşağa müəyyən bilik və bacarıq ehtiyatı vermək deyil, həm də ona mənimsənilmiş həyat təcrübəsindən istifadə etmək qabiliyyətini inkişaf etdirmək imkanı da verir. Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı təsiri ilə inkişaf edərək zənginləşmiş və pedaqoji anlayışlar sistemini yaratmışdır. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmdir. Pedaqogika anlayışlar vasitəsilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır. Hazırda pedaqogikanın əsas anlayışları aşağıdakılardır: Təlim Tərbiyə Təhsil İnkişaf Pedaqoji proses Təlim ikitərəfli pеdaqоji prоsеs olduğundan öyrədənlə öyrənənlər arasında qarşılıqlı, məqsədyönlü, planlı, mütəşəkküil pedaqoji fəaliyyət mövcuddur. Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir. Tərbiyə şüur və davranışın istənilən şəkilə salınması üçün yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, ardıcıl olaraq yetişən gənc nəslə aşılanması və öyrədilməsidir.
Peşə-Texniki Təhsil Sistemi Şagirdlərinin Texniki Yaradıcılıq Sərgisi (film, 1974)
== Məzmun == Filmdə Bakıdakı 68 saylı peşə-texniki təhsil məktəbində sərginin açılması, Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin həmin sərgidə iştirak etməsi, peşə-texniki təhsil komitəsinin sədri T. Allahverdiyevin qonaqları Bakı şəhəri peşə-texniki məktəb şagirdlərinin texniki yaradıcılıq sərgisinin ekspozisiyası ilə tanış etməsi öz əksini tapmışdır.
Prezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. == Haqqında == Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir. Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir. == Tarixi == Xüsusi Dövlət Mühafizə Xidməti: — 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), — 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, — 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.
Pərvin Təhməzov
Pərvin Təhməzov (tam adı: Pərvin İlqar oğlu Təhməzov; 22 yanvar 1997, Sumqayıt – 3 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Təhməzov Pərvin İlqar oğlu 22 yanvar 1997-ci ildə Sumqayıtda doğulub. 1 yaşından 7 yaşına qədər Sumqayıt şəhər 64 saylı məktəbəqədər uşaq bağçasına gedib. Orta təhsilini Sumqayıt şəhər V. İbrahimov adına 35 saylı tam orta məktəbdə alıb. İdmana marağı olan Pərvin 9 yaşından 17 yaşına kimi cüdo ilə məşğul olub, bu müddətdə təşəkkürnamələr, fəxri fərmanlar, kürsü medalları və kuboklar qazanıb. Məktəbi bitirdiyi il Qərbi Kaspi Universitetinin Filologiya üzrə ingilis dili fakültəsinə qəbul olur. Ali təhsilin başa vurduqdan sonra 2020-ci ilin 13 iyulunda hərbi xidmətə gedir, Goranboy rayonunun Aşağı Ağca kəndindəki N saylı hərbi hissəsində xidmətə başlayır. İkinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərə qatılır. Kəlbəcər, Ağdərə, Suqovuşan, Ağuçuq istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşur və oktyabrın 1-də şəhidlik zirvəsinə ucalır. 2 ay 10 günün əsgəri olan Pərvin qəhrəmancasına şəhid olan döyüş yoldaşlarını düşmən tərəfindən çıxararkən özü də şəhid olur.
Qazaxıstanda təhsil
Qazaxıstanda təhsil — Sovet İttifaqından müstəqillik qazandıqdan sonra Qazaxıstanda təhsil üçün "dövlət maliyyələşdirməsi" kəsilmişdi. 1991-ci ildə ümumi daxili məhsulun 6% -dən 1994-cü ildə təxminən 3% -ə düşmüşdür. 1999-cu ildə 4% -ə yüksəlmişdir. " İbtidai və orta məktəb müəllimləri pis maaş alırlar; 1993-cü ildə 30.000-dən çox müəllim (və ya 1990-cı il müəllim heyətinin təxminən yeddisi) təhsili tərk etdi, onlardan bir çoxu daha gəlirli iş axtarırdılar. 1994-cü ildə Qazaxıstanda təxminən 3,5 milyon şagirdin qatıldığı 8,575 ibtidai və orta məktəb (təxminən on birdən on bir sinif), təxminən 222 min şagirdi olan 244 xüsusi orta məktəb var. 1992-ci ildə Qazaxıstanda uyğun uşaqların təxminən 51 faizi 8500-ə yaxın məktəbəqədər müəssisələrdə təhsil alırdı. 1994-cü ildə 272,100 tələbə respublikanın altmış bir ali təhsil müəssisəsinə qəbul edildi. Tələbələrin əlli dörd faizi qazax, 31 faizi ruslar idi. Qazaxıstanın 1995-ci il konstitusiyasında məcburi, ictimailəşdirilmiş orta məktəb təhsili verilir. Vətəndaşlar ali təhsil müəssisələri üçün yarışırlar.
Qazaxıstanın Təhlükəsizlik Şurası
Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası (sonra — Təhlükəsizlik Şurası) — Qazaxıstan Respublikası Konstitusiyasının 44-cü maddəsinin 20) yarımbəndinə uyğun olaraq, Qazaxıstan Respublikasının Prezidenti tərəfindən qərarların hazırlanması və müdafiəni təmin etmək səlahiyyətlərinin dövlət başçısı tərəfindən həyata keçirilməsini asanlaşdırmaq və milli təhlükəsizlik, Qazaxıstan Respublikasının dövlət suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, ölkədəki sosial-siyasi sabitliyi qorumaq, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını qorumaq üçün Qazaxıstan Respublikasının Prezidenti tərəfindən yaradılan məsləhət orqanıdır. Təhlükəsizlik Şurasının Həyat Başçısı Qazaxıstan Respublikasının İlk Prezidenti - Nursultan Nazarbayevdir. == Tarixi == Mövcud Təhlükəsizlik Şurası haqqında Əsasnamə Qazaxıstan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli 838 saylı Fərmanı ilə təsdiq edilmişdir. Təhlükəsizlik Şurası, 1991-ci ildə, Qazaxıstan SSR Təhlükəsizlik Şurasının, 21 avqust tarixində Qazaxıstan SSR Prezidentinin Fərmanı ilə qurulduğu və sonrakı qərarında Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasına çevrildiyi dövrdən başlayır. Qazaxıstan Respublikasının Prezidenti 17 iyun 1993-cü ildə. == Səlahiyyəti == Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası (bundan sonra - Təhlükəsizlik Şurası), "Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası haqqında" 5 iyul 2018-ci il tarixli Qazaxıstan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq qurulmuşdur. daxili siyasi sabitliyi qorumaq, konstitusiya quruluşunu, dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün Qazaxıstan Respublikasının Prezidenti və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini əlaqələndirir beynəlxalq aləmdə və Qazaxıstanın milli maraqları. Mövcud Təhlükəsizlik Şurası haqqında Əsasnamə Qazaxıstan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli 838 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Təhlükəsizlik Şurasının əsas vəzifələri bunlardır: 1) milli təhlükəsizliyin təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, asayişin təmin edilməsi, dövlət qurumlarının və təşkilatların bu sahələrdə fəaliyyətlərinin əlaqələndirilməsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin həyata keçirilməsi ilə bağlı Prezidentə təklif və tövsiyələr vermək; 2) Prezident üçün qərar layihələrinin hazırlanması: hərbi vəziyyətin tətbiqi, uzadılması, ləğvi; fövqəladə vəziyyətin tətbiqi, uzadılması, ləğvi; barışıq və təhlükəsizliyin qorunması üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin istifadəsi; 3) Qazaxıstan Respublikasının qanunvericiliyinə və Təhlükəsizlik Şurası sədrinin qərarlarına uyğun olaraq digər vəzifələr. Təhlükəsizlik Şurası dövlət orqanlarının və təşkilatlarının, hüquq mühafizə orqanlarının və xüsusi dövlət orqanlarının ölkənin milli təhlükəsizliyinin və beynəlxalq mövqelərinin, dövlətin müdafiə qabiliyyətinin, qanunçuluğun və asayişin təmin edilməsi sahəsində tədbirlərin həyata keçirilməsinə dair fəaliyyətlərini əlaqələndirir.
Qazma işlərində təhlükəsizlik (film, 1936)
Qoşqar Təhməzli
Qoşqar İlahi oğlu Təhməzli (29 may 1970, Vejnəli, Zəngilan rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. == Həyatı == Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonu Vejnəli kəndində anadan olub. 1977–1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur (Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi"). == Fəaliyyəti == 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995–1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997–2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004–2005-ci illərdə "Nəbz" Tibb mərkəzinin baş direktoru, 2008–2016-cı illərdə isə "Medeks" MMC-də baş direktor vəzifələrində çalışıb. Müxtəlif tibbi layihələr həyata keçirən Q. Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında "Ən yaxşı top-menecer" adına layiq görülüb. 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, "Müharibə veteranı" statusuna layiq görülmüşdür.
Qırmızı təhlükə
Qırmızı təhlükə (ing. Red Scare ; rus. Красная угроза) — Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən ilk olaraq 1919–1920-ci illərdə siyasi fəallara və sosialistlərə qarşı başladılmış antikomunist təbliğat. İkinci dünya müharibəsindən sonrakı 1947–1957-ci illərdə də ABŞ daxilində və xaricində federal hökuməti devirmək istəyən komunistlərə qarşı silah kimi istifadə olunmuşdur. == Birinci Qırmızı təhlükə == Birinci Qırmızı təhlükə, 1917-ci ildə Rusiyada gerçəkləşdirilmiş oktyabr inqilabından sonra dünya üzərində sosializm tərəfdarlarının artmasından sonra başladılmışdır. Əslində Qırmızı təhlükə termini ABŞ hökumət rəsmilərinin kommunizmə olan qorxularını ifadə etməkdə idi. 1920-ci illərdə anarxist, kommunist və digər radikal sol qrupların təxmini sayı 150.000 civarında dəyişirdi. Bu göstərici XX əsrin 20-ci illəri Amerikasının əhalisinin 1%-nə bərabər idi. ABŞ rəsmiləri ölkə daxilində kommunizmin yayılmasından qorxurdu və 1919-cu ildə başlamış fəhlə tətilləri bu narahatlığı daha da artırırdı. Boston polisi, yüz minlərlə metal və kömür mədənçisi tətillərə başladı.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. == Haqqında == RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. == Həmçinin bax == Mehman Hüseynov Obyektiv TV == İstinadlar == == Ədəbiyyat == Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Respublika Təhsil Şurası
"Respublika Təhsil Şurası" İctimai Birliyi (ing. Council of Education Social Consolidation) — Azərbaycan Respublikasının təhsil sahəsində fəaliyyət göstərən, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ictimai birlikdir. == Tarixi == "Respublika Təhsil Şurası" İctimai Birliyi — 24 sentyabr 1998-ci ildə, Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılmışdır. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu, həmçinin öz Nizamnaməsi əsasında qurur. "Respublika Təhsil Şurası" İctimai Birliyi 25 may 2001-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qeydiyyat № 1353. == Məqsəd və vəzifələri == == Strukturu == "Respublika Təhsil Şurası" İctimai Birliyinin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Nəzarət-Təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir.
Rifa ət-Təhtəvi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. == Fəlsəfəsi == İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Rifaə Təhtavi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. == Fəlsəfəsi == İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica Celso Suckow da Fonseca və ya qısaca Cefet-RJ) – Braziliyanın Rio-de-Janeiro şəhərində yerləşən dövlət universiteti.
Rusiya Federal Təhlükəsizlik Xidməti
Rusiya Federal Təhlükəzislik Xidməti (rus. Федеральная служба безопасности Российской Федерации, qısaca FSB (rus. ФСБ) ― öz səlahiyyətləri çərçivəsində Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi üzrə Rusiyanın mərkəzləşdirilmiş vahid təhlükəsizlik orqanları sistemi.
Rusiya Təhsil Akademiyası Psixologiya İnstitutu
RTA Psixologiya İnstitutu — 1912-ci ildə Moskva Universitetinin nəzdində professor Georgi İvanoviç Çelpanovun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Rusiyada ilk, dünyada isə 3-cü Psixologiya İnstitutu. == Tarixi == İnstitutun rəhbəri G.İ.Çelpanov 1907-ci ildə Moskvaya köçür və Moskva Universitetində fəlsəfə kafedrasına rəhbərlik edir. Çelpanovun ən böyük xidməti Psixologiya İnstiutunu yaratmasıdır. Psixologiya İnstitutu formal olaraq 1912-ci ildə yaradılsa da, faktiki olaraq 1914-cü ildən fəaliyyətə başlamışdır. 1923-cü ildə onu nəinki universitetdən, hətta rəhbərlik etdiyi Psixologiya İnstitutundan işdən qovurlar. Lakin az sonra o, Dövlət Rəssamlıq Akademiyasında dərs deyir. 1927-ci ildə onun sonuncu kitabı nəşr olunur. 1930-cu ildə isə o, tamamilə işsiz qalır.
Saman Təhmasibi
Saman Təhmasibi (26 iyul 1985, Sənəndəc) — 1995-2010-cu illərdə İranı, 2010-2016-cı illərdə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2007-ci il Asiya Çempionatının qalibi. == Karyerası == Saman Təhmasibi 2006-cı ilin iyununda Monqolustanda tələbələr arasında Dünya Çempionatının qalibi oldu. Həmin ilin sentyabrda Çinin Quançjou şəhərində Dünya Çempionatının bürünc medalına sahib olan Saman Təhmasibi Qətərin Doha şəhərində baş tutan Asiya Oyunlarını isə 8-ci pillədə başa vurdu. 2007-ci ildə Saman Təhmasibi Qırğızıstanda Asiya Çempionatının qalibi, Azərbaycanda isə Dünya Çempionatının bürünc medalına sahib oldu. 2008-ci ildə İranı XXIX Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu. Saman Təhmasibi 2010-cu ildə Azərbaycan Güləş Federasiyası tərəfindən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Saman Təhmasibi Azərbaycan bayrağı altında həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatında mübarizə aparsada uğursuz çıxış elədi və turniri 18-ci pillədə başa vurdu. Saman Təhmasibi 2011-ci ildə İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin qalibi oldu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medala sahib oldu. Həmin il Saman Təhmasibi Dünya və Avropa Çempionatlarında medala sahib ola bilməsə də Dünya Çempionatını beşinci pillədə başa vurmaqla olimpiya lisenziyası əldə elədi. 2012-ci ilin mayında Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını 8-ci pillədə başa vuran Saman Təhmasibi avqustda Azərbaycanı olimpiada da təmsil elədi.

Значение слова в других словарях