Respublika Təhsil Şurası

"Respublika Təhsil Şurası" İctimai Birliyi (ing. Council of Education Social Consolidation) — Azərbaycan Respublikasının təhsil sahəsində fəaliyyət göstərən, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ictimai birlikdir.[1]

"Respublika Təhsil Şurası" İctimai Birliyi
Loqonun şəkli
Növü İctimai Birlik
Yaranma tarixi 24 sentyabr, 1998
Qeydiyyat tarixi 25 may, 2001
Mərkəzi Azərbaycan Azərbaycan, Bakı
Sədr Mehdi-zadə Samir Ramiz oğlu
Üzvləri 138 nəfər (aprel, 2021)

"Respublika Təhsil Şurası" İctimai Birliyi — 24 sentyabr 1998-ci ildə, Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılmışdır. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu, həmçinin öz Nizamnaməsi[2] əsasında qurur. "Respublika Təhsil Şurası" İctimai Birliyi 25 may 2001-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qeydiyyat № 1353.[3]

Məqsəd və vəzifələri

[redaktə | mənbəni redaktə et]

"Respublika Təhsil Şurası" İctimai Birliyinin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.[4] Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Nəzarət-Təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir. Birliyin icra orqanları aşağıdakılardır:

  • İdarə Heyəti[5]
  • Nəzarət-Təftiş Komissiyası[6]

"Respublika Təhsil Şurası" İctimai Birliyinin sədri

[redaktə | mənbəni redaktə et]

Fəaliyyət və layihələr

[redaktə | mənbəni redaktə et]
  • "İbtidai sinif şagirdlərinin valideynləri üçün pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması"
  • "Təhsil və zaman" mövzusunda dəyirmi masalar
  • "Pedaqoji mətbuat və müasir müəllim" mövzusunda dəyirmi masalar
  • "Qabaqcıl müəllimlərin Birinci Respublika Forumu" 2016-cı il.
  • "Qabaqcıl müəllimlərin İkinci Respublika Forumu"
  • Məktəbəqədər təhsil işçilərinin Birinci Respublika Forumu 2016-cı il.
  • İbtidai sinif müəllimlərinin Birinci Respublika Forumu
  • "İbtidai sinif müəllimlərinə fəal təlim metodlarının öyrədilməsi və pedaqoji prosesə tətbiqi üzrə işin təşkili" 2009-cu il.
  • "Pedaqoji elm və pedaqoji proses" mövzusunda elmi-təcrübi konfrans 2013-cü il.
  • "Pedaqoji mətbuat və müasir müəllim" elmi-təcrübi konfrans
  • "Musiqiçi kadrların hazırlanmasının elmi-metodiki əsasları" 2011-ci il.
  • "Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi və yayılması" layihəsi
  • "Qabaqcıl məktəblərin iş təcrübəsinin öyrənilməsi və yayılması" layihəsi
  • "Region məktəbləri ilə tanışlıq" layihəsi
  • "Məktəbdə təlim keyfiyyətinin yüksəldilməsi problemi" elmi-təcrübi konfrans
  • "Təlim-tərbiyə prosesi: ənənə və müasirlik, innovasiyalar, kreativ düşüncənin formalaşdırılması" elmi-təcrübi konfrans 2016-cı il.

Beynəlxalq layihələr

[redaktə | mənbəni redaktə et]
  • "Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi" mövzusunda Beynəlxalq layihə. Layihənin təşkil olunduğu tarixlər: 2014–2018-ci illər. Layihənin təşkil olunduğu ölkələr: Gürcüstan-Ukrayna-Bakı. Tərəfdaş — ABŞ Qarabağ fondu.
  • "Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki məsələləri" Beynəlxalq elmi-praktik konfrans 2015-ci il.

Beynəlxalq tərəfdaşlar

[redaktə | mənbəni redaktə et]
  • Lvov Vilayət Elm və Təhsil Departamenti
  • Ukrayna Milli Elmlər Akademiyası Təhsil Menecmenti İnstitutu
  • İvano-Frankovsk Vilayət Elm və Təhsil Departamenti

Təşkilatın nəşrləri

[redaktə | mənbəni redaktə et]
  • "Övladınızın dünyasına bələdsinizmi?"
  • "Uşağınız birinci sinfə hazırlaşırsa"
  • "Yaradıcılıq axtarışları"
  • "Müasir dərs, yeni yanaşmalar"
  • "İbtidai sinifdə tərbiyə işinin planlaşdırılması və onun həyata keçirilməsi metodikası"

Təşkilatın 2002-ci ildən "Təhsil və zaman" adlı qəzeti nəşr olunur.[9][10]

"Respublika Təhsil Şurası" sosial şəbəkələrdə

[redaktə | mənbəni redaktə et]

"Respublika Təhsil Şurası" İB-nin Facebook səhifəsi

"Respublika Təhsil Şurası" İB-nin rəsmi internet saytı

  1. "Arxivlənmiş surət". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  2. "Arxivlənmiş surət". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.
  3. "Arxivlənmiş surət". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  4. "Arxivlənmiş surət". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  5. "Arxivlənmiş surət". 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.
  6. "Arxivlənmiş surət". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.
  7. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  8. "Arxivlənmiş surət". 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.
  9. https://az.wikipedia.org/wiki/T%C9%99hsil_v%C9%99_zaman_(q%C9%99zet)
  10. "Arxivlənmiş surət". 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]