Paşa Qurban oğlu Təhməzov (23 mart 1949, Lənkəran – 23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı.
PAŞA TƏHMƏZOV | |
---|---|
Paşa Qurban oğlu Təhməzov | |
Doğum tarixi | 23 mart 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1993 (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Dini | İslam |
Mükafatları |
Paşa Təhməzov 23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur[1]. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində Paşa Təhməzov qəhrəmancasına həlak olur.
Ailəli idi, üç övladı qalıb.
● Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
● Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
● Lənkəran şəhərində küçələrdən biri Paşa Təhməzovun adını daşıyır.
● Lənkəran şəhərində yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
● Lənkəran şəhərinin "23-Avqust" meydanında büstü qoyulub.
● Bakı şəhərinin Lökbatan qəsəbəsində Paşa Təhməzovun adını daşıyan park mövcuddur.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |