təkzibolunmazlıq
təqaüdçü
OBASTAN VİKİ
Təqaüd
Təqaüd (ərəb. تقاعد ‎ — oturaq), qanun təyin etmiş qocalıq yaşına çatan insanlara, əlillərə, tələbələrə və bir sıra ehtiyacı olan insanlara, müntəzəm surətdə verilən pul yardımı. Təqaüd VII əsrdə xəlifə Ömər ibn Xəttab tərəfindən yeridilmişdir. Zəkatdan və Cizyədən yığılan pulların bir hissəsi ehtiyacı olan insanlara, kasıblara, qocalara, yetimlərə, dul qadınlara və əlillərə Xilafət hökuməti tərəfindən verilirdi.
Adlı təqaüd
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçülərinin siyahısı
Abbasov Nadir Xuduş oğlu — 11.06.2002
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilmişdir. Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir. 2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Beynəlxalq Parlament Təqaüdü
Beynəlxalq Parlament Təqaüdü — (İPS) (alm. ‎ Internationales Parlaments-Stipendium) Almaniya Bundestaqının Mərkəzi, Şərqi, Cənubi Avropadan, ərəbdilli ölkələrdən, Fransa, İsrail, Kanada eləcə də ABŞ-dən olan 120-ə yaxın gənc üçün hər il təşkil etdiyi təqaüd proqramıdır . 2007-ci ilə kimi proqram Beynəlxalq Parlament Praktikası (İPP) adını daşıyırdı . == Tarixi == Almaniya Bundestaqı Beynəlxalq Parlament Təqaüdü proqramını 1986-cı ildən bəri təşkil edir və bu layihə öz başlanğıcını “Bundestags-Internship-Programm”-dan (BİP) götürüb. BİP sözügedən proqramdan fərqli olaraq yalnız Birləşmiş Ştatlardan olan gənc akademiklər üçün nəzərdə tutulmuşdu. 1986-dan 1988-ə kimi illik olaraq 20 təqaüd verilirdi. 1989-cu ildə Fransa ilə birlikdə BİP nümunəsində “Alman-Fransız Parlament Praktikası” adlı proqram yaradılır. BİP-dən fərqli olaraq bu layihə qarşılıqlı prinsiplər əsasında təşkil edilir, belə ki, alman akademiklər də Fransa Milli Məclisində praktika keçmək imkanına sahib idilər. Bundan əlavə proqramın 10 aylıq dövrü əhatə edirdi. Təqaüdü qazanmış fransızlar hazırlıq məqsədi ilə Berlin Humbolt Universitetində bir semestr dərslərə qatılırdı, Almaniyadan olan təqaüd sahibləri isə ”Sciences Po Paris”-də bir semestr keçirirdilər.
Təhsil təqaüdü
Təhsil təqaüdü və ya stipendiya (lat. stipendium — "maaş") — ali, orta ixtisas, peşə təhsilinin alınması üçün tələbələrə, həmçinin doktorantlara verilən müntəzəm maliyyə yardımı. 19 iyun 2009-cu il tarixli “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2 maddəsinə görə " Dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alanların fəaliyyətini stimullaşdırmaq məqsədilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, о cümlədən adlı təqaüdlər verilir və yardımlar göstərilir ".
Stenfordda John S. Knight Jurnalistika Təqaüdləri
Stenfordda John S. Knight Jurnalistika Təqaüdləri — haqqında məlumatlar. Stenford Universitetində ödənişli 9 aylıq jurnalistika təqaüdüdür. ABŞ-də işləyən jurnalistlər üçün mövcud olan 20 belə proqramdan biridir. Hər il beş illik təcrübəyə malik 20-yə qədər jurnalistə verilən təqaüddür. Qəbul abituriyentlərin "həll etmək istədikləri jurnalistika problemini müəyyən etmək və ifadə etmək" bacarığına əsaslanır. 1966-cı ildə Stanford Universitetində Peşəkar Jurnalistika Təqaüd Proqramı açılmlşdı. 1984-cü ildə Amerikalı qəzet naşiri və redaktoru Con S. Naytın şərəfinə adlandırılmışdır.

Digər lüğətlərdə