TƏRƏDDÜD

is. [ ər. ]
1. Bir işi görməkdə, bir məsələni həll etməkdə qətiyyət göstərməmə, qərarsızlıq göstərmə, nə edəcəyini bilməmə, qəti qərara gələ bilməmə; qərarsızlıq.
[Əli] daima axtarış yolunda, tərəddüd içində yaşayırdı. Çəmənzəminli.
Təliə də tərəddüdlər içərisində olduğuna baxmayaraq, vəliəhdə göz qoyurdu. M.S.Ordubadi.

□ Tərəddüd etmək (göstərmək) – qəti qərara gələ bilməmək, çətinlik çəkmək.
2. Gediş-gəliş, əlaqə, hərəkət. Yollarda tərəddüd getdikcə çoxalmışdır.
□ Tərəddüd eləmək köhn. – gedib-gəlmək, hərəkət etmək.
Küçələri arşından qalın qar elə tutmuşdu ki, tərəddüd eləmək mümkün deyil idi. C.Məmmədquluzadə.

Tərəddüd kəsilmək – gediş-gəliş kəsilmək, əlaqə kəsilmək, hərəkət olmamaq.
Yollar bağlandı, tərəddüdlər kəsildi. C.Məmmədquluzadə.
İlin səkkiz ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRƏDDÜD şübhə — qərarsızlıq — qətiyyətsizlik

Etimologiya

  • TƏRƏDDÜD Ərəbcə rədd sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏRƏÇİÇƏKLİLƏR
TƏRƏDDÜDLÜ

Digər lüğətlərdə