Binə (Xocavənd)
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
== Toponimikası ==
Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır.
== Tarixi ==
=== Tarixi abidələri ===
Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
== Coğrafiyası və iqlimi ==
Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir.
== Əhalisi ==
== İqtisadiyyatı ==
İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var.
== Mədəniyyəti ==
İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.