Arakel (Xocavənd)

Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.[1]

Arakül
39°26′16″ şm. e. 46°59′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 812 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 134 nəf. (2015)
Xəritəni göstər/gizlə
Arakül xəritədə
Arakül
Arakül
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə[3] yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır[4]

XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.[5]

Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.

İkinci Dünya müharibəsində bu kənddən 340 nəfər iştirak etmiş, onlardan 110 nəfəri geri qayıtmamışdır.

Kəndin erməni əhalisi Çaykənd əməliyyatı çərçivəsində 1991-ci il 13–15 may tarixlərində Ermənistanın Xınzırək kəndinə yaxın yerdə, Azərbaycan ərazisində salınmış düşərgəyə köçürülmüşdür. Əhalinin bir hissəsi isə Hadrut şəhərinə köçmüşdür. Həmin ilin iyun ayında kənddə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar yerləşdirilmişdir.

1993-cü ilin 15 avqust tarixində Ermənistan ordusunun Qarabağda yay hücumu çərçivəsində Xətai kəndi işğal olunmuş, kəndin azərbaycanlı əhalisi qovulmuşdur.[6] Onların yerinə kəndə yenidən ermənilər köçürülmüşdür.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Arakül kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
4330 Kilsə[7] XX əsr Arakül kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Çaylaqçayın (Araz çayının qolu) sol sahilində, Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[8] XXXX XXXX XXXX
2009[9] ↗XXXX ↗XXXX ↗XXXX

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xətai kəndinin əhalisinin faktiki sayı 107 nəfər, qeydiyyatdakı əhalinin sayı 106 nəfər təşkil edirdi[10].

  • 1897-ci ildə 873 nəfər.
  • 1912-ci ildə 1235 nəfər.
  • 1921-ci ildə 1091 nəfər.
  • 1970-ci ildə 307 nəfər.
  • 1976-cı ildə 195 nəfər.
  • 1979-cu ildə 330 nəfər.
  • 1991-ci ildə 257 nəfər.
  • 2005-ci ildə 107 nəfər.
  • 2015-ci ildə 134 nəfər.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

1928-ci ildə kəndə elektrik enerjisi verililmişdir.

2023-cü ildə kənddə orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb. İnsan qalıqları təbii təpəliklərin üzərində Ərəküllə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkarlanıb. Skeletlərin ilkin müayinəsi zamanı məzarlığın XIII–XV əsrlərə aid olduğu müəyyənləşdirilib. Əldə edilən dəlillər müsəlman əhalinin bu ərazidə ermənilərdən daha əvvəl yaşadığını sübuta yetirir[11].

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. "Xocavəndin işğaldan azad olunmuş yaşayış məntəqələri (https://xocavend-ih.gov.az/)". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. Xocavənd rayonunun Arakül kəndi
  4. Arakül // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  5. B. Budaqov, Q. Qeybullayev. Yuxarı Qarabağın toponimləri. 2005
  6. "Qarabağ müharibəsinin xronikası Qarabağ münaqişəsi 1988–2006". 2018-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-27.
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 110" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  8. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  9. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
  10. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine — səh. 4
  11. AzTV. "Xocavənddə müsəlman qəbiristanlığı aşkarlandı" (az.). Youtube.com. 12.01.2023. 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]